Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə46/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   42   43   44   45   46   47   48   49   ...   157

219 

 

Sienna  bunu  eşidib  Lenqdona  tərəf  çevrildi.  İlk 



olaraq,  baxışlarında  oxunan  inamsızlıq  şokla,  sonra  isə 

xəyanətlə əvəz olundu. 

Lenqdon  da  şokda  idi.  Deməli,  yerimizi  belə 

müəyyənləşdiriblər?!  Həmin  an  bu  onun  ağlına 

gəlməmişdi. Bunun doğru olduğuna əmin olmalıyam! 

Lenqdon üzr istəməyə macal tapmamış Sienna başını 

yana çevirdi. Onun üzündəki ifadə çəkilirdi. 

“Doğrudur”,  -  əsgər  üçüncü  otağın  qapısına 

yaxınlaşaraq dedi. Lenqdon və Siennadan üç metr aralıda 

idi. İkicə addım da atsaydı, onları görəcəkdi. 

“Tamamilə doğrudur”, - o bir addım da irəli atıb dedi. 

Birdən əsgər dayandı. “Bir saniyə gözləyin”. 

Lenqdon sanki yerindəcə donmuşdu. 

“Gözləyin,  səsinizi  aydın  eşitmirəm”,  -  əsgər  ikinci 

otağa tərəf addımlayaraq dedi. “Bağlantı zəifdir. Davam 

edin...” O, bir saniyə qulaq asıb sonra cavab verdi. 

“Bəli,  razıyam,  amma  ən  azından,  qarşımızdakmın 

kim olduğunu bilirik”. 

Onun  addımları  mağaradan  uzaqlaşıb  daş  səkidə 

eşidildi və sonra isə tamamilə itdi. 

Lenqdon dərindən nəfəs alıb Siennaya tərəf çevrildi. 

Onun baxışları qorxu və əsəblə qarışmışdı. 

“Sən  mənim  kompüterimi  işlətmisən?!”  -  o,  acıqla 

downloaded from KitabYurdu.org




220 

 

dedi. “E-mailini yoxlamaq üçün?!” 



“Bağışla...  elə  bildim  məni  anlayacaqsan.  Mən 

bilməliydim 

ki...” 

“Onlar  bizi  belə  tapıblarmış!  İndi  mənim  də  adımı 



bilirlər!” “Üzr istəyirəm, Sienna. Heç ağlıma gəlmədi...”, 

- Lenqdon özünü günahkar hiss etdi. 

Sienna  üzünü  ondan  çevirdi,  arxadakı  düyünlü  daş 

parçasına  baxmağa  başladı.  Bir  dəqiqə  ərzində  heç  biri 

cınqırını çıxartmadı. Lenqdon Siennanm masası üzərində 

qalaqlanmış  şəxsi  məlumatlarla  dolu  vərəqlərin  -  “Yay 

gecəsi  yuxusu”  tamaşasının  proqramı  və  onun  azyaşlı 

istedad  kimi  haqqında  çap  olunan  məqalələr  -  onun 

yadına  düşüb-düşmədiyin  fikirləşirdi.  “Mənim  onları 

gördüyümdən 

şübhələnmir  görəsən?”  Şübhələnib 

soruşmurdusa,  Lenqdonun  da  bu  barədə  söz  açmaq 

niyyəti yox idi. Lenqdon onu kifayət qədər incitmişdi. 

“Onlar mənim kim olduğumu bilirlər”, - Sienna zəif 

səslə dedi. O qədər zəif ki, güclə eşidilirdi. 

On saniyə ərzində Sienna bir neçə dəfə astadan nəfəs 

aldı.  Sanki  yeni  xəbərləri  həzm  etməyə  çalışırdı. 

Lenqdon  onun  əzminin  getdikcə  möhkəmləndiyini  hiss 

edirdi. 

Heç  bir  xəbər  etmədən  Sienna  birdən  ayağa  qalxdı. 

downloaded from KitabYurdu.org



221 

 

“Biz  getməliyik”,  -  o  dedi.  “Kostyum  qalereyasında 



olmadığımızı aşkarlamaq uzun çəkməyəcək”. 

Lenqdon da ayağa durdu. “Hə... amma hara gedək?” 

“Vatikana?” 

“Üzr istəyirəm, anlamadım?” 

“Axır  ki,  sənin  bayaq  nə  dediyini  başa  düşdüm... 

Vatikanın  Boboli  bağları  ilə  ümumi  cəhəti”.  O,  balaca 

boz qapıya işarə etdi. “Bura girişdir, elə deyilmi?” 

Lenqdon başı ilə təsdiqlədi. “Əslində, bu çıxış imiş. 

Biz  yanlış  hədəf  seçibmişik.  Təəssüf  ki,  buradan  keçə 

bilməyəcəyik”.  Gözətçi  ilə  əsgər  arasındakı  dialoq 

Lenqdonun  bunun  mümkün  olmadığın  anlaması  üçün 

kifayət etmişdi. 

“Amma əgər biz buradan keçə bilsəydik”, - Siennanm 

səsində  hiylə  hiss  olunurdu,  “...bunun  nə  anlama 

gələcəyini  başa  düşürsən?”  Simasından  ani  bir  gülüş 

keçdi.  “Belə  çıxacaq  ki,  bizə  bir  gündə  iki  dəfə  eyni 

Renesans rəssamı kömək edib”. 

Bir  neçə  dəqiqə  əvvəl  eyni  şeyi  düşündüyü  üçün 

Lenqdonu gülmək tutdu. “Vasari. Vasari”. 

Siennanm üzündə gülüş yarandı. Lenqdon hiss etdi ki, 

Sienna onu bağışlayıb, müvəqqəti olsa belə. “Məncə, bu 

göydən  gələn  işarədir”  -  o,  yanciddi  şəkildə  əlavə  etdi. 

“Biz bu qapıdan keçib getməliyik”. 

downloaded from KitabYurdu.org




222 

 

“Yaxşı...  gözətçinin  yanından  düz  keçib  gedəcəyik, 



hə?” 

Sienna  barmaqlarını  şaqqıldadıb  addımlamağa 

başladı.  “Yox,  mən  onunla  danışaram”.  O,  Lenqdona 

nəzər  saldı.  Lenqdon  onun  gözlərinə  qayıdan  alovu 

yenidən  görə  bildi.  “İnan  mənə,  professor,  mən  lazım 

gələndə kifayət qədər inandırıcı ola bilirəm”. 

Balaca boz qapı yenidən döyülməyə başladı. 

Möhkəm və arasıkəsilmədən. 

Təhlükəsizlik  gözətçisi  Ernesto  Russo  acıqla 

deyinməyə  başladı.  Qəribə,  soyuq  baxışlı  əsgər  geri 

qayıtmışdı.  Amma  bu,  çox  pis  vaxta  düşmüşdü. 

Televiziyadakı 

futbol 

oyununda 



Fiorentina 

komandasının üstünlüyü ilə əlavə dəqiqələr oynanılırdı. 

Qapı isə döyülməkdə davam edirdi. 

Ernesto axmaq deyildi. Bu səhər ətrafda nəyinsə baş 

verdiyini  anlamışdı  -  sirena  səsləri  və  polis  -  lakin 

təbiətcə  o,  özü  istəmirdisə  hadisələrdən  yan  qaçan  biri 

idi. 

Pazzo e colui che bada ai fatti altrui. 



Amma  istənilən  halda  əsgər  yüksək  rütbəli  kimi 

görünürdü və ona fikir verməmək düzgün olmazdı. İndi 

İtaliyada  iş  tapmaq  çox  çətindir,  hətta  cansıxıcı  iş  olsa 

belə.  Televizora  sonuncu  dəfə  nəzər  salıb,  döyülən 

downloaded from KitabYurdu.org



223 

 

qapıya tərəf getməyə başladı. 



Bütün  günü  bu  balaca  otaqda  oturub  televizora 

baxdığına görə maaş aldığına inana bilmirdi. Ola bilsin, 

ildə iki dəfə VİP tur baş tutardı. Onlar Uffizi qalereyasına 

bura  gələrdilər.  Ernesto  onları  qarşılayar,  dəmir 

darvazanı açar və kiçik boz qapıdan onlan içəri salardı. 

Beləliklə də, tur Boboli bağlarında qurtarardı. 

İndisə  boz  qapı  möhkəm  döyüldüyündən  o,  ofisini 

tərk etməli olmuşdu. Dəmir darvazanı keçib onu yenidən 

kilidlədi. 

“Si?”  Balaca  boz  qapıya  doğru  tələsik  yaxınlaşaraq 

soruşdu. 

Cavab gəlmədi. Qapı aramsız döyülürdü. 

İnsomma! Nəhayət ki, o, qapının kilidini dartıb açdı. 

Həmişəki  ki  mi  mənasız  baxışlarla  qarşılaşacağını 

gözləyirdi. 

Lakin qapıdakı sima son dərəcə cəlbedici idi. 

“Ciao”, qəşəng sarışın qadın gülümsəyərək dedi. 

Qadın əlindəki qatlanmış vərəqi ona uzatdı və Emesto 

da instinktiv olaraq, onu götürdü. Vərəqi açan kimi onun 

boş olduğunu anladı. Sarışın qadın dərhal onun qolundan 

yapışdı və baş barmağı ilə biləyinin altını basdı. 

Emesto biləyinə sanki bıçaq sancıldığın hiss etdi. Az 

keçmədən  giziltini  keylik  əvəz  etdi.  Qadın  ona  doğru 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə