Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə49/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   45   46   47   48   49   50   51   52   ...   157

233 

 

çalışsanız, bunu da öyrənəcəyik. Əlimizdən heç bir yerə 



qaça bilməyəcəksiniz”. 

Kişi  bir  neçə  dəqiqə  gərgin  sükut  içində  dayandı. 

Sanki hər an telefonu qadının əlindən ala bilərdi. Nəhayət 

ki, simasındakı ifadə yumşaldı və gülümsədi. 

“Deməli, rəqsimiz başladı”. 

24 Amerika Xəstəliklərə Nəzarət Mərkəzi 

32 

fəsil 


I CORRIDOIO VASARIANO - Vasari dəhlizi - 1564-cü 

ildə Mediçi nəslindən olan I hersoq Kozimonun əmri ilə 

Giorgio  Vasari  tərəfindən  tikilmişdir.  Məqsəd  hersoqun 

Pitti  sarayındakı  evindən  Arno  çayı  sahilində  yerləşən 

Palazzo Vecchiodakı inzibati evə təhlükəsiz keçidi idi. 

Vatikanın  məşhur  Passettosu  kimi  Vasari  dəhlizi  də 

önəmli  və  gizli  keçid  idi.  Boboli  bağlarının  şərq 

küncündən başlayaraq köhnə sarayın içinədək, təxminən, 

bir  kilometr  uzanırdı.  Ponto  Vecchionu  kəsib  Uffizi 

qalereyasını geridə qoyurdu. 

Elə  indi  də  Vasari  dəhlizi  təhlükəsiz  keçid  rolunu 

oynayır, lakin Mediçi zadəganları üçün deyil, incəsənət 

nümunələri üçün. Onun enli və möhkəm divarları sonsuz 

sayda  nadir  rəsmlər  evidir  -  dünyaca  şöhrətli  Uffizi 

qalereyasına sığmayan əsərlər bura yerləşdirilib. 

Lenqdon  bir  neçə  il  əvvəl  bura  özəl  istirahət  turu 

downloaded from KitabYurdu.org



234 

 

sayəsində baş çəkmişdi. Həmin gün o, dəhlizdəki misilsiz 



əsərlərin 

qarşısında dayana-dayana hamısını seyr etmişdi. Burada 

dünyanın ən böyük ölçülü avtoportretləri də yer almışdı. 

O,  həmçinin  bir  neçə  dəfə  dəhlizin  pəncərə  əvəzi 

çıxışlarından  boylanıb  nə  qədər  məsafə  qət  etdiklərini 

müəyyən etməyə çalışmışdı. 

Bu  səhər  isə  Lenqdon  ilə  Sienna  dəhliz  boyu 

qaçırdılar. Onlar təqibçilərlə öz aralarında mümkün qədər 

çox 

məsafə 


saxlamağa 

çalışırdılar. 

Lenqdon 

mühafizəçinin  nə  zaman  əl-  ayağı  bağlı  tapılacağını 

düşünürdü.  Tunel  uzandıqca  Lenqdon  axtardıqları 

nədirsə ona anbaan yaxınlaşdıqlarını hiss edirdi. 

“Cerca trova... ölümün gözləri... və məni izləyənlərin 

kim olduğunun cavabı” 

Axtarış  helikopterinin  səsi  onlardan  çox  uzaqda  idi. 

Tunelboyu qaçdıqca Lenqdon bu keçidin necə dəbdəbəli 

memarlıq nümunəsi olduğunu düşünürdü. Demək olar ki, 

öz uzunluğu qədər şəhərdən yuxanda olan Vasari dəhlizi 

nəhəng ilan kimi binaların arası ilə qıvnlır, Arno çayını 

kəsərək köhnə Florensiyanın düz ürəyinə çatırdı. Dar və 

əhəngli keçid sanki 

sonsuz  idi.  Və  məhz  maneələri  dəf  etmək  üçün  bəzən 

sağa və ya sola burulsa da, yalnız Arno çayı boyu şərqə 

downloaded from KitabYurdu.org




235 

 

doğru uzanırdı. 



Birdən  qarşıdan  səslər  eşidildi.  Sienna  dayanmaq 

istədi.  Lenqdon  da  tərəddüd  etdi,  amma  yaxınlıqdakı 

çıxışa işarə ilə əlini onun çiyninə toxundurdu. 

Orada turistlər dayanıb. 

Lenqdon  və  Sienna  həmin  eyvanabənzər  çıxışa 

yaxınlaşıb  tamaşa  etməyə  başladılar.  Onlar  Ponte 

Vecchio-nun  üstündə  idilər.  Orta  əsrlərdən  qalan  bu 

körpü  köhnə  şəhərə  keçmək  üçün  piyada  yolu 

funksiyasını daşıyırdı. 

Onlardan  aşağıda  günün  ilk  turistləri  -  1400-cü 

illərdən bəri hələ də körpüdə qurulan bazarda gülüşərək 

gəzişidirlər. Bütün piştaxtalar zərgər və zinət əşyaları ilə 

dolu idi, amma bu, həmişə belə olmamışdı. Vaxtilə körpü 

Florensiyanm  geniş  və  açıq  havada  qəssab  bazarı 

sayılarmış.  Lakin  1593-cü  ildə  böyük  hersoqun  Vasari 

dəhlizi  boyu  yayılan  köhnə  ət  qoxusunu  hiss  etməsi  ilə 

bazarın bağlanmasına qərar verilir. 

Lenqdonun  yadına  körpünün  hansısa  hissəsində 

törədilmiş biabırçı bir cinayət hadisəsi düşdü. 

1216-cı  ildə  Buondelmonte  adlı  gənc  zadəgan 

ailəsinin  seçdiyi  evliliyə  qarşı  çıxmış  və  öz  sevgisini 

üstün  tutmuşdu.  Buna  görə  də  o  bu  körpüdəcə 

qəddarcasına qətlə yetirilmişdi. 

downloaded from KitabYurdu.org




236 

 

Onun  ölümü  uzun  müddət  “Florensiyanm  ən  qanlı 



cinayəti”  kimi  xatırlanırdı.  Buna  səbəb  iki  güclü  siyasi 

fraksiya arasında - Quelflər və Qibellinlər - əsrlər boyu 

davam  edən  mübarizə  idi.  Bu  siyasi  ədavət  Dantenin 

Florensiyadan  -  sürgününə  yol  açdığı  üçün  o,  hadisəni 

“İlahi  Komediya”smda  bu  cür  təsvir  etmişdi:  “Ah, 

Buondelmonte, sən sözə uyaraq, o qızı rədd etdin, qaldın 

zillət içində!”. 

Bu 


günədək 

qətlin 


törədildiyi 

həmin 


yerin 

yaxınlığında ayrı-ayrılıqda üç lövhə - lövhələrin hər biri 

Dantenin “Paradios”unun 16-cı nəğməsindən fərqli sətri 

əks  etdirir  -  görmək  mümkündür.  Onlardan  biri  Ponte 

Vecchionun  girişində  asılıb  və  məşum  şəkildə  bəyan 

etdirir: 

KÖRPÜNÜ 


QORUYAN 

MARSIN 


SINIQ 

HEYKƏLİ, 

BİR 

QURBAN 


GÖZLƏYİRMİŞ 

DEMƏ, 


FLORENSLİLƏRDƏN 

Lenqdon  gözlərini  körpüdən  çəkib,  Arno  çayının 

bulanıq sulanna dikdi. 

Şərq  tərəfdən  Palazzo  Vecchionun  səmaya  doğru 

uzanan tənha qülləsi görünürdü. 

Arno  çayını  artıq  yarılamış  olsalar  da,  Lenqdon 

anlayırdı ki, geriyə dönüş nöqtəsini çoxdan ötüb keçiblər. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə