Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə51/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   47   48   49   50   51   52   53   54   ...   157

242 

 

Bayır  tərəfdən  möhkəm  bağlanmasına  baxmayaraq, 



içəridən  qapını  adi  köndələn  çubuğu  dartmaqla  açmaq 

olurdu.  Bu,  xüsusi  hallarda  dəhlizdən  tez  çıxa  bilmək 

üçün quraşdırılmışdı. Lakin o biri tərəfdən elektron açar 

olmadan içəri daxil olmaq mümkün deyildi. 

Lendqon  qulağını  qapıya  dirəyib  qulaq  asmağa 

başladı. 

Heç  bir  şey  eşitmədi,  qapını  açmaq  üçün  çubuğu 

dartdı. 


Kilid səs elədi. 

Taxta  qapı  bir  neçə  santimetr  aralandıqda  Lenqdon 

başını  içəri  salıb  ətrafa  göz  gəzdirdi.  Balaca  otaq.  Boş. 

Sakit. 


Lenqdon azacıq rahatlıq hissi ilə ayağını içəri qoyub 

Siennaya başı ilə işarə etdi. 

“Biz içəridəyik”. 

Palazzo Vecchionun içində hansısa kiçik bir çardaqda 

idilər. Lenqdon bir az gözləyib fikrini cəmləməyə çalışdı. 

Qarşıdakı uzun dəhliz otağa perpendikulyar idi. Onlardan 

solda uzaqdan şən, qayğısız səslər gəlirdi. 

Palazzo  Vecchio  Birləşmiş  Ştatların  Kapitolisi  kimi 

turizm  məkanı  olmaqla  yanaşı,  həm  də  hökumət  binası 

idi. Bu saatda 

gələn  səslər,  çox  güman  ki,  otaqlara  girib-çıxan  və 

downloaded from KitabYurdu.org




243 

 

qarşıdakı günə hazırlaşan mülki işçilərin idi. 



Lenqdonla  Sienna  əsas  dəhlizin  çıxışına  doğru 

addımlayıb  küncdən  boylandılar.  Dəhlizin  axmndakı 

daxili  həyətdə,  təxminən,  on  nəfər  toplaşıb  tələsmədən 

qəhvə içə-içə - söhbətləşirdilər. 

“Vasarinin  freskası”,  -  Sienna  pıçıldadı,  “dedin  ki, 

Beş Yüzlər zalındadır?” 

Lenqdon başı ilə təsdiqlədi və daş dəhlizə açılan kiçik 

otağın  qarşısında  yığılan  adamlara  işarə  etdi.  “Çox 

təəssüf ki, bu dəstənin yanından keçməliyik”. 

“Əminsən?” 

Lenqdon  başını  tərpətdi.  “Onlar  bizi  mütləq 

görəcəklər”. 

“Onlar 

hökumət 


işçiləridir. 

Bizimlə 


heç 

maraqlanmayacaqlar  da.  Sadəcə,  buranın  adamı  kimi 

keç”. 

Sienna əlini uzadıb Lenqdonun pencəyini hamarladı, 



yaxalığını  düzəltdi.  “Mötəbər  görünürsən,  Robert”. 

Sonra  gülümsəyərək  öz  paltarını  da  sahmana  salıb 

dəhlizə tərəf yeridi. 

Lenqdon  da  onun  arxasınca.  İkisi  də  qətiyyətlə  düz 

dəstəyə  doğru  gedirdilər.  Həyətə  daxil  olanda  Sienna 

Lenqdonla  italyanca  danışmağa  başladı  -  fermalara 

maliyyə  yardımı  ilə  bağlı  -  və  danışdıqca  da  həvəslə 

downloaded from KitabYurdu.org




244 

 

əl-qolunu  yellədirdi.  Ətrafdakıların  diqqətini  cəlb 



etməmək üçün divarın dibi ilə yeriyirdilər. Təəccüblü də 

olsa, heç bir işçi onlara tərəf çevrilib baxmadı. 

Buranı keçən kimi dəhlizə doğru yön aldılar. Lenqdon 

Şeksprin  tamaşasının  afişasını  xatırladı.  Şən  Puk.  “Sən 

əsl aktrisasan”, - o pıçıldadı. 

“Həyat öyrədib”, - Sienna qeyri-ixtiyari cavab verdi. 

Sanki səsi uzaqdan gəlirdi. 

Lenqdon  bir  daha  bu  gənc  qadının  çox  ağır  keçmişi 

olduğunu  fikirləşdi.  Üstəlik,  indi  də  onu  belə  çətin 

vəziyyətə  saldığına  görə  Lenqdonu  dərin  təəssüf  hissi 

bürüdü.  Lakin  anlayırdı  ki,  gözləməkdən  və  işi  başa 

vurmaqdan başqa çarəsi yoxdur. 

Tunel  boyunca  üzməyə  davam  et...  və  gözünə  işıq 

görünməsi üçün dua et. 

Kiçik qalereyaya yaxınlaşdıqda Lenqdon yaddaşı onu 

yanıltmadığma  görə  məmnun  idi.  Zala  tərəf  oxla  işarə 

edən  balaca  lövhənin  üzərində  belə  yazılmışdı:  “IL 

SALONE DEI CINQUECENTO”. 

Beş  Yüzlər  zalı.  Lenqdon  onlan  hansı  cavabın 

gözlədiyini  düşünürdü.  “Həqiqəti  yalnız  ölümün 

gözlərindən görmək mümkündür. Axı bu nə deməkdir?” 

“Otaq  hələ  bağlı  ola  bilər”,  -  onlar  küncə 

yaxınlaşdıqda Lenqdon dedi. Beş Yüzlər zalının məşhur 

downloaded from KitabYurdu.org




245 

 

turizm  məkanı  olmasına  baxmayaraq,  bu  səhər  saray, 



deyəsən, hələ turistlərə açılmamışdı. 

“Eşidirsən?”, - Sienna dayanıb soruşdu. 

Lenqdon  eşitmişdi.  Yaxınlıqdan  yüksək  vıyıltılı  səs 

gəlirdi. 

Demək  ki,  içəridə  də  o  helikopterdən  var.  Lenqdon 

ehtiyatla  qalereyanın  bir  küncündən  ətrafa  boylandı. 

İyirmi  beş  metr  aralıda  Beş  Yüzlər  zalına  açılan  sadə 

taxta bir qapı var idi. Təəssüf ki, qapı ilə zalın arasında 

cüssəli  gözətçi  dayanmışdı.  O,  elektrik  daş  cilalayan 

maşınla yeyilmiş daşlan hamarlayırdı. 

Qapının gözətçisi. 

Lenqdonun diqqətini qapıya bayır tərəfdən vurulmuş 

plastik  lövhədəki  üç  işarə  cəlb  etdi.  Dünyanın  ən 

təcrübəsiz simvoloqistlərinin belə asanlıqla aça bildiyi bu 

işarələr  belə  idi:  üstündən  “X”  işarəsi  çəkilmiş 

videokamera,  üstündən  “X”  işarəsi  çəkilmiş  fincan  və 

içində kişi və qadını bildirən işarə təsvir olunmuş bir cüt 

kvadrat. 

Lenqdon  birbaş  gözətçiyə  doğru  iri  addımlarla 

getməyə başladı. Sienna da onun arxasınca tələsik yeridi. 

Gözətçi  başını  qaldırıb  təəccüblə  onlara  baxdı. 

“Signori?!”  O,  əlini  qaldırıb  Lenqdon  və  Siennanı 

dayandırmağa çalışdı. 

downloaded from KitabYurdu.org




246 

 

Lenqdon  kişiyə  ötəri  təbəssümlə  -  daha  dəqiqi,  göz 



vuraraq  -  baxdı  və  qapının  yanındakı  işarələri  göstərdi. 

“Toilette”, - o dedi. Səsi zəif çıxdı. 

Gözətçi tərəddüd edib onları içəri buraxmaq istəməsə 

də,  Lenqdonun  narahat  duruşundan  təsirlənərək  başını 

tərpədib razılaşdı. 

Onlar  qapıya  yaxınlaşanda  Lenqdon  Siennaya  baxıb 

cəld  göz  vurdu.  “Yazıqlıq  hamının  danışa  bildiyi  bir 

dildir”. 

35 

fəsil 


Biz zamanlar Beş Yüzlər zalı dünyanın  ən böyük otağı 

idi.  Otaq  1494-cü  ildə  Consiglio  Maggiore  - 

respublikanın  beş  yüz  üzvdən  ibarət  Ali  Şurası  -  üçün 

iclas zalı kimi tikilmişdi və adı da buradan götürülmüşdü. 

Bir neçə il sonra I Cosimonun əmri ilə otaq təmir edilərək 

daha da genişləndirilmişdi. İtaliyanın ən qüdrətli insanı I 

Cosimo  layihəyə  nəzarətçi  və  memar  kimi  Giorgio 

Vasarini seçir. 

Məharətli  memar  Vasari  orijinal  tavanı  xeyli 

qaldıraraq  otağın  dörd  tərəfindən  təbii  işıq  düşməsini 

təmin etmişdi. Nəticədə Florensiyanm ən nəfis memarlıq, 

heykəltəraşlıq  və  rəssamlıq  əsərlərinin  nümayişi  üçün 

sərgi salonu yaranmışdı. 

Lenqdonun  diqqətini  hər  dəfə  otağın  döşəməsi 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə