Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə48/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   44   45   46   47   48   49   50   51   ...   157

229 

 

deyil,  ən  yaxın  gələcəyin  ürpədici  statistikasını  əks 



etdirirdi. 

Elizabet  Sinskey  dünyaya  uşaq  gətirə  bilmədiyinə 

görə bütün ömrü boyu kədərlənirdi. Amma bu qrafikanı 

gördükdən  sonra  özündə  bir  yüngüllük,  qəribə  bir 

rahatlıq hiss etmişdi. 

“Mən uşağıma belə bir gələcək verəcəkdim?” 

“Ötən  əlli  il  ərzində”,  -  ucaboy  kişi  dilləndi.  “Ana 

təbiətə  qarşı  günahlarımızın  göstəricisi  dayanmadan 

artıb”. O, bir anlıq susdu. “İnsanlığın taleyi məni narahat 

edir.  ÜST-i  bu  statistikanı  yaydıqdan  sonra  dünya 

siyasətçiləri,  banklar  və  ekoloqlar  fövqəladə  toplantılar 

təşkil  etdilər.  Onlar  bu  problemlərdən  hansının  daha 

kəskin olduğunu, hansının həll edilə biləcəyini müzakirə 

etməyə  çalışdılar.  Nəticə?!  Onlann  hər  biri  təklikdə 

qalanda  başlarını  əlləri  arasına  alıb  hönkürürdülər. 

İctimaiyyəti  isə  problemlərin  üzərində  işlədiklərini 

inandırmağa  çalışırdılar,  amma  bunun  çox  çətin 

olduğunu dönə-dönə diqqətimizə çatdırırdılar”. 

“Bu, həqiqətən də, çox çətindir!” 

“Yalandır!”, - kişi coşdu.“Siz çox yaxşı bilirsiniz ki, 

bu  diaqram  ən  sadə  səbəbi  göstərir  -  dəyişən  yeganə 

funksiyanı!  Diaqramda  yüksəlişi  göstərən  bütün  xətlər 

yalnız  bir  səbəbdən  asılıdır  -  hər  kəs  bunu  müzakirəyə 

downloaded from KitabYurdu.org




230 

 

çıxarmağa qorxur. Bu, kütləvi artımdır!” 



“Düzünü desəm, mənə elə gəlir, bu bir qədər...” 

“Bir qədər mürəkkəbdir? Əslində yox! Bundan asan 

heç nə ola bilməz. Əgər adambaşına düşən təmiz suyun 

miqdarını  artırmaq  istəyirsinizsə,  o  zaman  yer  üzündə 

adamların  sayını  azaltmalısız.  Zəhərli  qazların 

miqdarının  azalması  üçün  sürücüləri  ixtisar  eləmək 

lazımdır.  Okeanda  balıq  ehtiyatının  bərpa  olmasını 

istəyirsinizsə,  onunla  qidalanan  insanlarım  sayının  az 

olması gərəkdir!” 

O,  qadına  nəzər  saldı.  Səsinin  tonu  getdikcə 

yüksəlirdi. 

“Gözlərinizi açın! Bəşəriyyət məhvin astanasmdadır, 

amma  dünya  liderləri  hələ  də  öz  iclas  zalında  oturub 

günəş  enerjisi,  təkrar  istehsal  və  hibrid  avtomobillərlə 

bağlı araşdırmalar apanrlar. Siz ki savadlı insansız - necə 

olur bunu görə bilmirsiniz?! Xəstəlik artımın özüdür. Və 

nə  qədər  ki  biz  bunu  etiraf  etmək  istəmirik,  bizim 

cəhdlərimiz  sürətlə  artan  xərçəng  şişinin  üzərinə  plastır 

yapışdırmağa bənzəyir”. 

“Siz  insanları  xərçənglə  müqayisə  edirsiniz?”,  - 

Elizabet əsəbiləşdi. 

“Xərçəng  -  sağlam  hüceyrələrin  dayanmadan 

bölünməsidir.  Deyəsən,  mənim  fikirlərim  sizə  qorxulu 

downloaded from KitabYurdu.org




231 

 

görünür. 



Amma  sizə  əminliklə  deyə  bilərəm  ki,  zamanı  gələndə 

başqa  yol  olmadığını  özünüz  görəcəksiniz.  Əgər  biz 

cəsarətli olub təbdir görməsək...” 

“Cəsarətli?!” - qadın bağırdı. “Cəsarətli sizin dilinizə 

yaraşmadı. Yaxşı olardı qəddar deyəydiniz!” 

“Dr. Sinskey”, - kişi dedi. Bu dəfə çox sakit danışdı. 

“Mən məhz sizi - Ümumdünya Səhiyyə Təşkilatının ən 

ağıllı  nümayəndəsini  -  mənimlə  razılaşacağınıza  və  bir 

yol  tapmaqda  mənə  yardımçı  olacağınıza  ümid  edərək 

dəvət etmişəm”. 

Elizabet təəccüb dolu nəzərlərlə ona baxdı. 

“Siz düşünürsünüz ki, Ümumdünya Səhiyyə Təşkilatı 

sizinlə  əməkdaşlıq  etməyə  razı  olacaq...  bu  ideyanıza 

ortaq olacaq?” 

“Düzünü  desəm,  hə”,  -  o  cavab  verdi.  “Sizin 

təşkilatınız  həkimlərdən  ibarətdir  və  əgər  qanqrenli 

xəstənin həyatını xilas etmək lazım gəlirsə, həkimləriniz 

düşünmədən  ayağın  kəsilməsinə  qərar  verirlər.  Hərdən 

iki ziyandan nisbətən az olanını seçməli olursan”. 

“Bu, tamamilə başqa şeydir”. 

“Xeyr. Eynidir. Yeganə fərq miqyasmdadır”. 

Elizabetə  eşitdikləri  bəs  etmişdi.  “Mən  təyyarəyə 

gecikə bilmərəm”. 

downloaded from KitabYurdu.org




232 

 

Ucaboy  kişi  onun  qarşısını  almaq  üçün  irəli  addım 



atdı. 

“Xəbərdarlıq  edirəm.  Siz  əməkdaşlıq  etsəniz  də, 

etməsəniz də, mən bu ideyamı həyata keçirəcəyəm”. 

“Mən də sizə xəbərdarlıq edirəm”, - qadın əsəbiləşdi. 

“Mən bunu terror cəhdi kimi qəbul edirəm və buna uyğun 

da davranacağam”. O, telefonunu cibindən çıxardı. 

Kişi  gülməyə  başladı.  “Siz  fərziyyə  şəklində 

danışdığım bu söhbətə görə məndən şikayət edəcəksiniz? 

Təəssüf ki, bunun üçün bir qədər gözləməli olacaqsınız. 

Bu  otaq  elektron  mühafizə  sistemi  ilə  əhatələnib. 

Telefonunuz siqnal qəbul etmir”. 

“Mənə siqnal lazım deyil, ay başdanxarab”. Elizabet 

telefonunu  yuxan  qaldırdı  və  kişi  nə  baş  verdiyini 

anlayanadək  onun  şəklini  çəkdi.  İşıq  onun  yaşıl 

gözlərində  əks  olundu  və  Elizabetə  elə  gəldi  ki,  onu 

tanıyır. 

“Hər  kimsinizsə”,  -  o  dedi,  “məni  bura  çağırmaqla 

səhv  etdiniz.  Mən  aeroporta  çatanadək  sizin  kimliyinizi 

artıq  öyrənmiş  olacağam  və  adınız  ÜST-nin, 

AXNM24-nin  və  Avropa  XNM-nin  bioterrorist  kimi 

izlənmə  siyahısında  olacaq.  Səhər  və  axşam  sizi 

nəzarətdə  saxlayacağıq.  Tədqiqat  üçün  material  almaq 

istəsəniz,  xəbərimiz  olacaq.  Laboratoriya  qurmağa 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə