Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə44/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   40   41   42   43   44   45   46   47   ...   157

209 

 

halda başını yuxan qaldırdı. Baxışlan üzüaşağı sallanan 



şiş uclu daşlarda ilişib qaldı. 

“Ölmək üçün əla yerdir”. 

Buontalenti Grotto adı ilə tanınan mağara - yaradıcısı 

memar 


Bernardo 

Buontalentinin 

şərəfinə 

belə 


adlandırılmışdı  -  bütövlükdə  Florensiyada,  şübhəsiz  ki, 

ən maraqlı yerdir. 

Pitti sarayının gənc qonaqlan üçün, bir növ,  əyləncə 

evi kimi tikilmiş bu üç otaqlı məkan naturalist təxəyyül 

və  Qot  üslubunun  qarışığı  ilə  bəzədilmişdi.  Kələ-kötür 

daşlar  özü-  özlüyündə  cürbəcür  insan  fiqurlan 

yaradırdılar.  Mediçinin  zamanında  kaha  suyun  daxili 

divarlara  doğru  axması  üçün  istifadə  olunurdu.  Bu, 

Toskan əyalətində isti yay günlərində yeri 

sərin  saxlamaqla  yanaşı,  həm  də  əraziyə  mağara 

görünüşü bəxş edirdi. 

Lenqdonla  Sienna  birinci  və  ən  böyük  otaqdakı 

mərkəzi fəvvarənin arxasında gizlənmişdilər. 

Onlar mayeyəoxşar daşların pəncəsindən qurtulmağa 

çalışan  çobanlar,  əkinçilər,  musiqiçilər,  heyvanlar  və 

hətta Mikalancelonun dörd dustağının rəngarəng fiqurları 

ilə  əhatə  olunmuşdular.  Səhərin  işığı  isə  tavanın 

ortasındakı  oyuqdan  içəri  düşürdü.  Bir  vaxtlar  həmin 

oyuqda  böyük,  yumru  və  içi  su  ilə  dolu  şüşə  var  idi  və 

downloaded from KitabYurdu.org




210 

 

şüşənin  içində  parlaq  qırmızı  rəngli  sazan  balığı  gün 



işığında üzərdi. 

Lenqdon  Renesans  dövrü  qonaqlarının  kahanın 

ətrafında  uçan  helikopterə  -  İtaliya  Leonardo  da 

Vinçisinin fantastik arzusu - necə reaksiya verəcəklərini 

düşünürdü. 

Birdən  helikopterin  səsi  kəsildi.  O  uzaqlaşmadı... 

tamamilə susdu. 

Lenqdon təəccüb içində başını fəvvarənin arxasından 

çıxardı və helikopterin yerə endiyini gördü. 

İndi  o,  daş  döşəmədə  hərəkətsiz  oturmuşdu  və  daha 

təhlükəli görünürdü. Neştərəbənzər video obyektivin üzü 

digər tərəfə - kiçik boz qapıya doğru idi. 

Lenqdon özünü çox narahat hiss edirdi. Helikopterin o 

biri  tərəfindən  yüz  metr  aralıdakı  cırtdan  və  tısbağa 

heykəlinin  yanında  üç  silahlı  əsgər  aşağı  düşərək 

qaça-qaça üzü kahaya doğru gəlirdilər. 

Əsgərlər çiynindən yaşıl medalyon asılmış tanış qara 

formada  idilər.  Ən  qabaqdakı  əzələli  əsgərin  ifadəsiz 

gözləri  Lenqdona  qarabasmalannda  gördüyü  vəba 

maskasını - xatırlatdı. 

“Mən ölüməm”. 

Lenqdon nə onların furqonunu, nə də o sehrli gümüşü 

saçlı qadını heç yerdə görə bilmirdi. 

downloaded from KitabYurdu.org




211 

 

“Mən həyatam”. 



Əsgərlər  yaxınlaşdıqca  biri  pilləkənin  aşağısında 

dayandı və bu əraziyə yaxınlaşmaq istəyənlərin qarşısını 

almaq  üçün  arxasını  çevirdi.  Qalan  ikisi  isə  mağaraya 

doğru gəlirdi. 

Lenqdon  və  Sienna  yenidən  hərəkət  etməyə 

başladılar, 

-  çox  güman  ki,  aqibətlərini  bir  qədər  də  gecikdirmək 

üçün 


-  arxaya  doğru  daha  kiçik,  dərin  və  qaranlıq  ikinci 

kahaya. Bu kahanın ortasında da heykəl var idi - bu dəfə 

bir-birinə  yapışmış  iki sevgili  -  Lenqdonla  Sienna  onun 

arxasında - gizləndilər. 

Kölgədə  gizlənən  Lenqdon  yenə  də  başını  çıxarıb 

əsgərlərə baxdı. Əsgərlərdən biri əyildi, helikopteri əlinə 

götürüb yoxlamağa başladı. 

“Görəsən, cihaz bizi gördü?” Lenqdon bildiyi cavabın 

vahiməsi altında düşündü. 

Əzələli  və  soyuq  baxışlı  üçüncü  əsgər  hələ  də 

Lenqdona  san  gedirdi.  O,  mağaranın  girişinə  kimi 

yaxınlaşdı.  “İçəri  girəcək”.  Lenqdon  heykəlin  arxasına 

keçib Siennaya hər şeyin bitdiyini deməyə hazırlaşdığı an 

gözlənilməz bir şey baş verdi. 

Əsgər içəri girmək əvəzinə sola dönüb gözdən itdi. 

downloaded from KitabYurdu.org




212 

 

“O,  hara  gedir?!  Bizim  burada  olduğumuzu  bilmir 



ki?” 

Bir  neçə  saniyədən  sonra  Lenqdon  taxtaya  çırpılan 

yumruq səsi eşitdi. 

“Balaca  boz  qapı”,  -  Lenqdon  fikirləşdi.  “Yəqin  ki, 

qapını haraya açıldığından xəbərdardır”. 

Pitti sarayının gözətçisi Ernesto Russo həmişə Avropa 

çempionatında  futbol  oynamaq  arzusu  ilə  yaşayırdı. 

Lakin  yaşı  iyirmi  doqquzu  haqladığından  və  artıq  çəki 

səbəbindən bu arzusuna heç vaxt qovuşmayacağım başa 

düşürdü. 

Ernesto  Pitti  sarayının  gözətçisi  vəzifəsində  üç  ildi 

çalışırdı  və  bu  illər  ərzində  o,  həmin  dolab  boyda 

kabinetdə darıxdırıcı vəzifəsini yerinə yetirməklə məşğul 

idi. 


Ernesto  turistlərin  onun  ofisinə  yaxın  balaca  boz 

qapını  döyməsinə  alışmışdı.  Adətən  o,  buna  fikir 

verməzdi. Bu dəfə isə qapını davamlı və bərk döyürdülər. 

O  bundan  narahat  olsa  da,  səsini  axıradək  artırdığı 

televizora  baxmaqda  davam  edirdi.  “Fiorentina” 

“Yuventus”a  qarşı  oynayırdı.  Qapının  səsi  kəsilmək 

bilmirdi.  Nəhayət,  turistlərin  arxasınca  deyinərək 

ofisindən  çıxıb  dar  dəhlizlə  səs  gələn  tərəfə  getməyə 

başladı. 

downloaded from KitabYurdu.org




213 

 

O,  yarıyolda  böyük  şəbəkə  darvazanın  yanında 



dayandı.  Darvazanın  üzərinə  müəyyən  saatlarda  açıq 

olduğunu göstərən 

qeyd  vurulmuşdu.  Qıfılı  açıb  darvazanı  dartdı. 

Darvazadan  keçdikdən  sonra  təlimata  uyğun  olaraq, 

yenidən qıfılladı. Sonra isə boz taxta qapıya tərəf getdi. 

“E  chiuso!”  O  qışqırdı.  Digər  tərəfdəki  adamın 

eşitdiyini zənn edirdi. “Non si puö entrare!” 

Amma qapı hələ də döyülürdü. 

Emesto  dişini  qıcadı,  “nyu-yorklular”,  -  o,  sinirlə 

dedi. “İstədiklərini mütləq əldə etməlidirlər”. 

Onlann  “Red  Bul”  futbol  komandasının  uğurlu 

oyununun yeganə səbəbi baş məşqçinin avropalı olması 

idi. 

Qapı hələ də bərkdən döyülürdü. Ernesto əsəbi halda 



qapının  kilidini  açdı  və  bir  neçə  santimetr  araladı.  “E 

chiuso!” 

Səs, nəhayət ki, kəsildi və Emesto özünün bir əsgərlə 

üz-  üzə  dayandığını  gördü.  Əsgərin  soyuq  baxışları 

Emestonu geri çəkilməyə vadar etdi. Adam dərhal rəsmi 

vəsiqəsini təqdim etdi. Lakin Ernesto vəsiqənin üzərində 

qeyd olunan qeyddən heç nə anlamadı. 

“Cosa succede?!” Ernesto həyəcanlı halda və təkidlə 

soruşdu. Nə baş verib? 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə