Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə40/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   36   37   38   39   40   41   42   43   ...   157

191 

 

Bu,  nə  desən  ola  bilərdi:  öldürücü  xəstəlik  və  ya 



genişmiqyaslı  bioloji  təhlükə.  Bunu  nəzərə  almamaq 

sadəlövhlük olardı. 

Doğrudan  da  belə  idisə,  niyə  öz  dövləti  onu  aradan 

götürməyə çalışsın ki? 

Bəlkə  fikirləşirlər  ki,  mən  hansısa  gizli  hücum 

hərəkatının - üzvüyəm. 

Bu, inandırıcı səslənmirdi. Səbəb başqa idi. 

Lenqdonun  yadına  yenə  gümüşü  saçlı  qadın  düşdü. 

“Bir də gözümə görünən o qadın var. Elə hiss edirəm ki, 

onu - tapmalıyam”. 

“Belədirsə,  hisslərinə  güvən”,  -  Sienna  dedi.  “Bu 

vəziyyətdə  sənin  üçün  ən  yaxşı  kompas  şüuraltı 

yaddaşındır. 

Bu adi intuisiyadır - hisslərin sənə o qadına inanmağı 

deyirsə, məncə, sən o qadının dediyini etməlisən”. 

“Axtar və tap”, - ikisi də bir ağızdan dedi. 

Lenqdon  dərindən  nəfəs  aldı.  Gedəcəyi  cığırın  açıq 

olduğunu anlayırdı. 

Əlimdən yalnız tunelboyu üzmək gəlir. 

Qərarsızlığı  ona  əziyyət  versə  də,  ayağa  qalxıb 

ətrafına baxmağa başladı. Hansı tərəfə? 

Onlar  bir  neçə  cığırın  birləşdiyi  geniş  talanı  əhatə 

edən  ağaclann  altında  dayanmışdılar.  Sol  tərəfdə  bir 

downloaded from KitabYurdu.org




192 

 

qədər aralıda Lenqdon ellipsşəkilli çən gördü. Çən ayrıca 



bir ada kimi limon ağaclan və heykəllərlə dövrələnmişdi. 

“Isolotto”,  - Lenqdon düşündü. Perseyin at üzərində 

heykəlini tanıdı. Atın bədəninin yarısı suda idi. 

“Pitti  Palace  o  tərəfdədir”,  -  Lenqdon  dedi.  O, 

İsolottodan  kənara  şərq  tərəfə  işarə  etdi.  Bu,  həm  də 

əraziboyu şərqdən qərbə doğru uzanan bağın əsas girişi - 

Viottoloneyə səmt idi. Viottolone iki cığırlı yolun ərazisi 

qədər genişdir və hər iki tərəfdən dörd yüz illik yaşı olan 

qamətli sərv ağacları ilə - sıralanmışdı. 

“Axı  orada  gizlənmək  mümkün  deyil”,  -  Sienna 

üstüaçıq yola tərəf baxıb dedi. Onun bir gözü göydə dairə 

cızan helikopterdə idi. 

“Sən haqlısan”, - Lenqdon cavab verdi. “Ona görə də, 

biz paralel tuneldən keçəcəyik”. 

O yenə işarə etdi, bu dəfə isə Viottolone ilə birləşən 

sıx  ağaclığa.  Bu  yaşıllığın  divannda  içəri  girmək  üçün 

kiçik 

qövsvan keçid var idi. Həmin girişin davamı olan hündür 



səki  Viottolone  ilə  paralel  uzanan  tunel  əmələ  gətirirdi. 

Tunel hər iki tərəfdən başları əyilərək birləşmiş incə palıd 

ağaclan ilə əhatələnmişdi. Ağaclar 1600-cü illərdən bəri 

xüsusi  olaraq  elə  budanır  ki,  başlan  birləşib  yarpaqdan 

talvar əmələ gətirsin. 

downloaded from KitabYurdu.org




193 

 

Bu cığırın adı La Cerchiatadır - hərfi tərcümədə girdə 



və  ya  çənbərvan  deməkdir  -  bu  söz  yoğun  korsetə 

bənzəyən,  əyilmiş  ağaclar  çənbəri  və  ya  cerchi-dən 

qaynaqlanır. 

Sienna  sürətlə  açıqlığa  doğru  qaçdı,  eyni  zamanda 

kölgəli kanala tərəf baxdı. Dərhal Lenqdona tərəf çevrilib 

gülümsəyərək dedi: “Əla”. 

Vaxt itirmədən açıqlığı keçib ağaclann arasına tələsdi. 

Lenqdon həmişə La Cerchiatanı Florensiyanm ən dinc 

yerlərindən biri saymışdı. İndisə Siennaya baxdıqca yenə 

yunan mərcan rifləri arasında üzən dalğıclan və özlərini 

çıxışa çatdırmaqçün dua etdiklərini xatırladı. 

Lenqdon sürətlə Siennanın arxasınca tələsdi. 

Eyni  anda  onlardan  bir  kilometr  aralıda  -  İncəsənət 

İnstitutunun kənannda Agent Brüder iri addımlarla polis 

və 

tələbə dəstəsini ötüb keçirdi. Buzlu baxışları qarşısındakı 



izdihamdan uzaqlaşırdı. O, yolunu  əvəzləyici idarəetmə 

postuna  tərəf  saldı.  Axtanş  üzrə  mütəxəssis  xüsusi 

ləvazimatları furqonun arxasına yerləşdirmişdi. 

“Havaya  buraxdığımız  helikopterdən  çəkilmiş 

görüntüdür”, - mütəxəssis ekranı Brüderə uzadaraq dedi. 

“Bir neçə dəqiqə əvvəl qeydə alınıb”. 

Bürder  videoyazını  sakitcə  izləyirdi.  Üzləri  daha 

downloaded from KitabYurdu.org




194 

 

yaxından görünsə də, tutqun olan şəkildə dayandı - tünd 



saçlı kişi və sarı saçı arxadan yığılmış qadın  - hər ikisi 

ağacların kölgəsində dayanıb göyə baxırdı. 

Robert Lenqdon. 

Sienna Bruks. 

Heç şübhəsiz. 

Brüder  Boboli  bağlarının  yerdə  açılmış  xəritəsinə 

nəzər  saldı.  “Onlar  yanlış  seçim  ediblər”,  -  o,  bağın 

sxeminə baxıb fikirləşdi. Geniş və qarışıq olsa da, bağlar 

həm də kənarlardan hündür divarla əhatələnmişdi. 

Boboli  bağları  Bürderin  nəzərində  ən  təbii  ölüm 

qutusu idi. 

Heç vaxt buradan çıxa bilməyəcəklər. 

“Yerli polis bütün girişləri bağlayır”, - agent dilləndi. 

“Və mühasirəyə alır”. 

“Məni xəbərdar elə”, - Brüder dedi. 

O,  asta-asta  gözlərini  yuxarı  qaldırdı  və  furqonun 

qalın polikarbonat şüşəsindən arxa oturacaqda  əyləşmiş 

gümüşü saçlı qadına baxdı. 

Verilən  dərmanlar  onu  Brüderin  təsəvvür  etdiyindən 

də  artıq  keyləşdirmişdi.  Buna  baxmayaraq  o,  qadının 

baxışlanndan  onun  nələr  yaşadığını  dəqiqliklə  bildiyini 

anlayırdı. 

“Xoşbəxt  görünmür”,  -  Brüder  fikirləşdi.  Axı  niyə  də 

downloaded from KitabYurdu.org




195 

 

olsun 



ki? 

26 


fəsil 

Su havada, təxminən, beş metr yuxarı qalxırdı. 

Lenqdon  onun  asta-asta  torpağa  enməsinə  baxdıqca 

çıxışa  yaxınlaşdıqlarını  hiss  edirdi.  Onlar  artıq  La 

Cerchiatanm  yarpaqlı  tunelinin  o  başından  çıxmışdılar, 

indi mantar ağaclığına keçən talada idilər. Buradan onlar 

Boboli  bağlarının  ən  hündür  fəvvarəsini  görürdülər  - 

Stoldo  Lorenzinin  üçbaşlı  yabasını  yerə  doğru  uzatdığı 

bürünc  heykəli.  Yerli  əhalinin  “Çəngəl  fəvvarə” 

adlandırdığı bu su abidəsi bağların mərkəzi hesab olunur. 

Sienna ağaclığın başında dayanıb göyü axtardı. “Mən 

helikopteri görmürəm”. 

Lenqdon da onun səsini eşitmirdi. Fəvvarənin səsi çox 

güclü idi. 

“Yəqin  ki,  yanacağı  qurtarıb”,  -  Sienna  dedi.  “Bu 

bizim şansımızdır. Hansı tərəfə?” 

Lenqdon ona solu göstərdi və onlar dikdən düşməyə 

başladılar.  Ağaclardan  uzaqlaşdıqca  Pitti  Palace 

görünürdü. 

“Sevimli balaca ev”, - Sienna pıçıldadı. 

“Tipik Mediçi kiçiltməsi”, - Lenqdon dedi. 

Pitti  Palaceyə  kilometrdən  də  az  qalsa  da,  onun  daş 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə