Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə36/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   32   33   34   35   36   37   38   39   ...   157

171 

 

etməyə?” 



“Qətiyyən”.  Səsində  bir  nəvaziş  hiss  olundu.  “Sizi 

bura  işbirliyi  üçün  dəvət  etmişəm.  İnsan  artımının 

səhiyyə problemi olduğunu düşünmədiyinizə qəti şübhə 

etmirəm. Qorxduğum yalnız bir şeydir. Bunun insanlığa 

dərin təsirinə inanmayacağmızdan narahatam. 

Heç zaman oğurluq etməyənlər belə, artımın gətirdiyi 

mənəvi yük altında ailələrini dolandırmaq üçün əyri yola 

əl  atacaqlar.  Dantenin  hesab  etdiyi  ən  pis  günahlar  - 

acgözlük, 

tamahkarlıq, xəyanət, qətl və sair - şəxsi rahatlığımızdan 

rişələnərək  sıza-sıza  aramızda...  yayılmağa  başlayacaq. 

Biz yaşam uğrunda başlanacaq savaşla üz-üzəyik”. 

“Mən  bioloqam.  Mən  həyatı  xilas  edirəm...  qəlbləri 

yox”. 


“Əmin olun ki, qarşıdakı illərdə həyat xilas etmək də 

müşkülə  çevriləcək.  Artım  təkcə  mənəvi  pozğunluğa 

səbəb olmur. Makiavellinin bir misrası var...” 

“Hə”,  -  həkim  onun  sözünü  kəsdi.  Məşhur  deyimi 

əzbərdən  dedi.  -  “Yer  üzünün  hər  bir  qəsəbəsinin 

sakinləri  harada  olduqlarını  anlamayıb  başqa  yerə  köçə 

bilməyəcəkləri qədər  artdıqlarını qavradıqları  an, dünya 

özü-özünü təmizləyəcəkdir”. - O, diqqətlə kişiyə baxdı. - 

“ÜST-nin hər bir üzvü bu deyimi bilir”. 

downloaded from KitabYurdu.org




172 

 

“Yaxşı,  deməli,  Mariavellinin  epidemiyaların 



dünyanın təbii özünütəmizləmə olduğunu söyləməsindən 

də - xəbərdarsınız”. 

“Doğrudur  və  çıxışımda  da  vurğuladığım  kimi  biz 

hamımız  insan  sıxlığı  və  geniş  yayılan  epidemiyalar 

arasında qarşılıqlı əlaqə olduğunu yaxşı bilirik. 

Amma biz dayanmadan aşkarlama və müalicə üsulları 

axtarmaqla 

məşğuluq. 

ÜST  hələ  də  gələcək 

pandemiyalann qarşısını ala biləcəyinə əmindir”. 

“Yazıq”. 

Elizabet çaşqın nəzərlərlə baxdı. “Başa düşmədim?!” 

“Dr.  Sinskey”,  -  kişi  qəribə  gülüşlə  dedi,  -  “siz  elə 

danışırsınız ki, sanki epidemiyaları idarə etmək yaxşı bir 

işdir”. 

Həkim dinməz-söyləməz ona baxırdı. 

“Çox gözəl anlayırsınız”,  - arıq kişi işə xitam verən 

müvəkkil kimi qətiyyətlə dedi. 

“Ümumdünya  Səhiyyə  Təşkilatının  önə  çıxara 

biləcəyi  ən  yaxşı  insanla  -  ÜST-nin  başçısı  ilə  üz-üzə 

dayanmışam. Diqqətlə düşünsəniz vahiməli səsləndiyini 

görəcəksiniz. 

Sizə 

yaxınlaşmaqda 



olan 

bəlanı 


göstərdim”. 

O,  ekrandakı  əksi  dəyişib  əvvəlkinə  qayıtdı.  “Mən 

diqqətdən  kənarda  qalan  insan  artımını  sizin  yadınıza 

downloaded from KitabYurdu.org




173 

 

saldım”.  O,  kiçik  kağız  qalağına  işarə  etdi.  “Mən  sizin 



üçün  mənəvi  böhranın  bir  addımlığında  olduğumuzu 

aydınlaşdırdım”. O dayandı və düz həkimə tərəf çevrildi. 

“Və sizin mənə cavabınız? 

Afrikada pulsuz qoruyucular paylamaq!” Kişi istehza ilə 

güldü. “Bu yaxınlaşan asteroidə raket atmağa bənzəyir. 

Saatlı bomba artıq dayanmışdır. O, artıq partlamışdır. 

İndi əsaslı hesablamalar və ali riyaziyyat olmadan sizin 

Allahınıza  çevriləcəkdir...  və  “O”  çox  qisasçı  Allahdır. 

O,  Dantenin  cəhənnəm  təsvirini  sizə  -  birbaş  Park 

prospektinə  gətirəcəkdir  -  öz  nəcisi  içində  vurnuxan 

kütlələr. Təbiətin özü tərəfindən bəstələnmiş şərqi”. 

“Elə bu?”, - Elizabet sərt şəkildə dedi. “Yaxşı, onda 

deyin  görək,  sizin  nəzərinizcə,  ideal  say  nə  qədər 

olmalıdır?  Bəşəriyyətin  artımını  dayandırmalı  olduğu 

sehrli rəqəm - hansıdır?” 

Hündür  kişi  gülümsədi.  Sualı  dəyərləndirdiyi  hiss 

olunurdu.  “İstənilən  ekoloji  bioloqist  və  ya  statist 

bəşəriyyətin uzun müddət var olması üçün ideal rəqəmin 

dörd milyard olduğunu təsdiqləyər”. 

“Dörd milyard?” - Elizabet qəzəblə soruşdu. “Biz indi 

yeddi milyardıq. Artıq gecdir”. 

Hündür  kişinin  gözləri  alov  kimi  parladı. 

“Doğrudanmı?” 

downloaded from KitabYurdu.org




174 

 

23 



fəsil 

Robert  Lenqdon  Boboli  bağlarının  şimal  tərəfindən 

çəpəri  aşıb  yumşaq  torpağa  düşdü.  Sienna  da  onun 

yanma.  Üstünü  təmizlədi  və  ətrafa  göz  gəzdirməyə 

başladı. 

Onlar mamır və qıjı ilə dolu talada idilər. Palazzo Pitti 

burdan görünmürdü. Lenqdon sarayın onlardan kiminsə 

bağa  girməyəcəyi  qədər  uzaqda  olduğunu  bilirdi. 

Xoşbəxtlikdən, bağda işçi və ya turist yox idi. 

Lenqdon  üzüaşağı  meşəyə  doğru  uzanan  daş  cığıra 

baxdı. Cığırın ağaclarla birləşdiyi yerdə mərmər heykəl 

var idi. Lenqdon heç də təəccüblənmədi. Boboli bağları 

Nikkolo  Tribolo,  Giorgio  Vasari  və  ıııar-lıq  kətan 

üzərində əsər yaratmış Bernardo Buontalenti kimi adların 

fərqli zövqləri ilə - bəzənmişdi. 

“Şimal-şərqə tərəf getsək, saraya çatarıq”, - Lenqdon 

cığıra işarə edərək dedi. 

“Orada  turistlərə  qanşıb  nəzərə  çarpmadan  aradan 

çıxa bilərik. Yəqin ki, saray saat doqquzda açılır”. 

Lenqdon  qolunu  qaldırıb  biləyindəki  saata  baxmaq 

istəsə də, Micky Mouse saatının yeri boş idi. Saatının da 

paltarları  ilə  birgə  xəstəxanada  qalıb-qalmadığm  və  nə 

vaxtsa onu geri qaytara biləcəyini düşündü. 

Sienna  cəsarətlə  irəliyə  doğru  addım  atdı.  “Robert, 

downloaded from KitabYurdu.org



175 

 

mənə  bir  şey  maraqlıdır.  Hara  getdiyimizi  bilmək 



istəyirəm.  Orada  nə  qərara  gəldin?  Malebolge?  Sıranın 

pozulduğun dedin axı”. 

Lenqdon  qarşıdakı  meşəyə  işarə  etdi:  “Gəl,  əvvəl 

gözdən uzaqlaşaq”. 

Onlar  aşağıya  doğru  getməyə  başladılar.  Cığır 

boşluğa san - landşaft memarlığında buna “otaq” deyilir - 

qıvrıldı.  Burada  süni  budaqlardan  hazırlanmış  bir  neçə 

skamya və balaca fəvvarə var idi. Hava daha sərin idi. 

Lenqdon  proyektoru  cibindən  çıxarıb  silkələməyə 

başladı. “Sienna, bu rəqəmsal rəsmi düzəldən şəxs təkcə 

günahkarların  üzərinə  hərflər  əlavə  etməyib,  həm  də 

günahlann  ardıcıllığını  dəyişib”.  O,  skamyanın  üstünə 

çıxdı və proyektoru ayağı tərəfə 

tutdu.  Botiçellinin  Mappa  dell’Infemo-su  Siennanın 

yanındakı skamyanın üzərində zəif şəkildə canlandı. 

Lenqdon  qıfın  dibindəki  hissəyə  işarə  etdi. 

“Malebolgenin xəndəklərindəki hərflərə bax”. 

Sienna  onun  dediyi  səmtə  baxıb  ucadan  oxudu. 

“Catrovacer”. 

“Doğrudur. Heç bir anlam vermir”. 

“Amma  sən  elə  başa  düşdün  ki,  xəndəklərin  yeri 

dəyişdirilib, elə deyilmi?” 

“Əslində, daha asan. Bu qatları on oyun kartı taxtası 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə