Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə32/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   28   29   30   31   32   33   34   35   ...   157

153 

 

bildin ki?” 



Porta-Potty-nin digər tərəfindən gülüş səsləri eşidildi. 

Tələbələrdən  ibarət  ikinci  bir  dəstə  müxtəlif  dillərdə 

danışa-gülə keçdilər. Lenqdon onları nəzərlərilə ötürdü. 

Sonra isə polislərə tərəf boylandı. “Biz hərəkət etməliyik. 

Yolda sənə izah edərəm”. 

“Yolda?!” - Sienna başını yellədi. “Biz heç vaxt Porta 

Romanadan içəri girə bilmərik!” 

“Burda otuz saniyə gözlə”, - Lenqdon dedi, - “sonra 

mənim ardımca gəl”. 

Lenqdon  bunu  deyib  yeni  dostunu  çaşbaş  və  yalnız 

qoyaraq getdi. 

14  Səyyar ayaqyolu - (tərc.) 

15  Polis (ital.) 

16  Qlobal Müəyyənləşdirmə Sistemi 

21 

fəSİl 


“SCUSİ!”i7  -  Robert  Lenqdon  tələbələrin  arxasınca 

tələsdi. “Scusate!” 

Hamısı  birdən  çevrildi.  Lenqdon  özünü  azmış  turist 

kimi göstərməyə başladı. 

“Dov’e  l’Istituto statale d’arteıŞ?”  Lenqdonun  yaxşı 

olmayan italyancası kara gəldi. 

Döyməli  oğlan  vecsiz  halda  siqaretini  tüstüləyib 

dilləndi: “Non parliamo italianoıg”. O, fransız ləhcəsi ilə 

downloaded from KitabYurdu.org



154 

 

danışırdı. 



Qızlardan biri yoldaşını məzəmmətli baxışlarla süzdü 

və  Lenqdona  tərəf  çevrildi.  Nəzakətlə  Porta  Romanaya 

tərəf işarə etdi. “Piu avanti, sempre dritto”. 

“Düz irəlidə”, - Lenqdon tərcümə etdi. “Grazie”. 

İşarəni 

anlayan 


Sienna, 

hiss 


olunmadan 

Porta-Potty-nin arxasından çıxıb onlara yaxınlaşdı. Otuz 

iki yaşlı bu zərif xanım qrupa yaxınlaşan zaman Lenqdon 

gülümsədi və onu 

salamlayırmış kimi əlini çiyninə toxundurdu. “Bu mənim 

bacım Siennadır. O, incəsənət üzrə müəllimədir”. 

Döyməli  oğlan  istehza  ilə  donquldandı:  “T-İ-L-F”,  - 

Oğlanlar gülüşdülər. 

Lenqdon  onlara  məhəl  qoymadı.  “Biz  xaricdə  bir  il 

tədris  etmək  üçün  Florensiyada  araşdırma  aparırıq. 

Sizinlə içəri daxil ola bilərikmi?” 

“Ma certo2o”, - italyan qız gülümsəyərək cavab verdi. 

Dəstə  Porta  Romanada  dayanmış  polisə  tərəf 

irəlilədikcə Sienna tələbələrlə söhbətə girişmiş, Lenqdon 

isə  qrupun  içinə  qarışmışdı.  O,  gözə  çarpmamaq  üçün 

nisbətən aşağı əyilmişdi. 

“Axtar  və  tapacaqsan”,  -  Lenqdon  düşündü, 

Malebolgenin  on  xəndəyini  fikirləşdikcə  nəbzi  daha 

sürətlə vururdu. 

downloaded from KitabYurdu.org




155 

 

Catrovacer. Lenqdon onu da xatırladı ki, bu on hərf 



incəsənət  aləminin  ən  əsrarəngiz  sehrlərindən  birinin 

mərkəzində  yazılıb.  O  əsər  ki,  əsrlərcə  yaşı  olmasına 

baxmayaraq, hələ də sirri açılmaz olaraq qalırdı. 1563-cü 

ildə  bu  hərflər  Florensiyanm  məşhur  Palazzo  Vecchio 

binasının 

içərisində,  yerin  on  iki  metr  dərinliyində  divara 

yazılmışdı və durbinsiz çətinliklə görmək olurdu. 

O,  əsrlər  boyu  orada  gizli  qalmış  və  70-ci  illərdə 

dövrümüzün  tanınmış  incəsənət  təfsirçisi  tərəfindən 

aşkar olunmuşdur. Həmin şəxs ömrünün böyük hissəsini 

onun  mənasını  tapmağa  həsr  etmişdir.  İrəli  sürülən 

müxtəlif versiyalara baxmayaraq, mesajın  əsl mahiyyəti 

hələ də sirr olaraq qalmaqdadır. 

Lenqdon üçün kod daha doğma mövzu idi - bu qəribə 

və çalxalanan dənizdən qoruna biləcək ən təhlükəsiz yer. 

İrəlidə isə daha bir neçə polis maşını Porta Romanaya 

daxil olurdu. 

“İlahi”,  -  döyməli  oğlan  dedi.  “Axtardıqları  adam 

yəqin ki, dəhşətli bir iş törədib”. 

Dəstədəkilər  İncəsənət  İnstitutunun  sağ  tərəfdə 

yerləşən  əsas  qapısına  çatıb  Porta  Romanadakı 

qarışıqlığa  baxmağa  başladılar.  İnstitutun  az  maaşlı 

qapıçısı  ürəksiz  halda  içəri  girən  tələbələrin  vəsiqəsini 

downloaded from KitabYurdu.org




156 

 

gözdən  keçirirdi.  Onu  daha  çox  polisin  həyəcanı 



maraqlandırırdı. Porta Romanadan içəri daxil 

olan  tanış  qara  furqonun  təkərləri  sürücünün  əyləci 

anidən sıxması ilə ucadan səs çıxardı. 

Lenqdon üzünü ora tərəf heç çevirmədi belə. 

Sienna  və  o,  vaxt  itirmədən  yeni  dostlan  ilə 

darvazadan içəri girdilər. 

Istituto  Statale  d’Arte-nin  girişi  qeyri-adi  dərəcədə 

gözəl idi. Şahanə görünürdü. Nəhəng palıd ağaclan yolun 

hər iki tərəfinə bəzəkli talvar şəklində cərgə ilə düzülərək 

uzaqdakı  binanı  çərçivəyə  almışdı  sanki  -  solğun  san 

rəngli,  üçqat  eyvanlı,  oval  və  geniş  ot  örtüyü  ilə 

əhatələnmiş böyük tikili. 

Lenqdon bu binanın da şəhərdəki digər binalar kimi 

XV,  XVI  və  XVII  əsrlərdə  Florensiya  siyasətinə 

hökmranlıq  etmiş  eyni  xanədanlığa  xidmət  göstərdiyini 

yaxşı bilirdi. 

Medici. 

Bu 


ad 

özlüyündə 

Florensiyanm 

simvoluna 

çevrilmişdi.  Üç  əsrlik  hökmranlığı  ərzində  Medici  kral 

evi böyük var-dövlət və qüdrət əldə edərək dünyaya dörd 

papa, iki Fransa hökmdarı və Avropanın ən güclü iqtisadi 

institutunu  bəxş  etmişdi.  İndinin  özündə  belə  banklar 

Medici tərəfindən yaradılan hesablama 

downloaded from KitabYurdu.org




157 

 

metoduna  əsaslanan  ikili  kredit  və  nağd  qəbulu 



sistemindən istifadə edirlər. 

Lakin Medicinin geniş irsi iqtisadiyyat və siyasətdən 

daha çox incəsənəti əhatə edir. 

Bəşəriyyətə incəsənət dünyasının ən böyük simalarını 

bəxş etməklə Medici Renesans dövrünün ən parlaq çırağı 

olmuşdur. Medici himayəsi görmüş müdriklərin sırasına 

Vinçidən  başlayaraq  Qalileo  və  Botiçelliyədək  saysız 

adları  misal  gətirmək  mümkündür.  Botiçellinin  ən 

məşhur rəsm əsəri olan “Veneranın doğuşu” Lorenzo de’ 

Medicinin  irsindən  qaynaqlanaraq  ərsəyə  gəlmişdir.  O, 

əmisi  oğluna  toy  hədiyyəsi  olaraq,  seksual  baxımdan 

ədəbsiz sayılan rəsmin yatağın başından asılmasını təklif 

etmişdi. 

Lorenzo  de’  Medici  -  xeyriyyəçi  olduğundan 

zamanında ona Böyük Lorenzo deyə müraciət edərlərmiş 

- mükəmməl rəssam və şair olmuşdur. Deyilənlərə görə 

gözəl gözlərə malik imiş. 

1489-cu ildə Medici bir gənc florensiyalı heykəltəraş 

oğlanın  yaradıcılığını  bəyənir  və  onu  Medici  sarayına 

dəvət edir 

ki, oğlan öz qabiliyyəti üzərində zövqlü incəsənət, güclü 

poeziya  və  yüksək  mədəniyyətlə  əhatə  olunaraq  işləsin. 

Medicinin himayəsi altında olan yeniyetmə yaradıcılığını 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə