Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə29/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   25   26   27   28   29   30   31   32   ...   157

138 

 

toplanmağımızın səbəbidir”. 



Ekranda  onun  mühazirəsinin  adı  yazıldı:  “İLAHİ 

DANTE: CƏHƏNNƏMİN SİMVOLLARI”. 

“Dantenin “CəhənnənT’i simvol və ikonalarla o qədər 

zəngindir ki, mən düz bir semestri ona həsr edirəm. Və bu 

axşam  Dantenin  “Cəhənnəm”indəki  simvollan  açmağın 

ən yaxşı yolunun cəhənnəmin mərtəbələrini onunla birgə 

gəzmək olduğunu düşündüm”. 

Lenqdon 


səhnənin 

ucuna 


tərəf 

addımlayaraq 

oturanları  nəzərdən  keçirdi.  “Əgər  cəhənnəmi  qat-qat 

gəzməyi  planlayınqsa,  xəritədən  istifadə  etməyi  üstün 

tuturam.  Dantenin  cəhənnəmini  Sandro  Botiçellinin 

çəkdiyi rəsm qədər dəqiq ifadə edən əsər yoxdur”. 

O,  pulta  toxundu  və  ekranda  Botiçellinin  “Mappa 

delllnferno”  əsəri  canlandı.  O,  qıf  formalı  cəhənnəmin 

qatlanndakı  müxtəlif  əzablarda  qovrulan  insanların 

uğultusunu eşitdi. 

“Bəzi  rəssamlardan  fərqli  olaraq,  Botiçelli  Dante 

yazısını təsvirə çevirərkən daha dürüst davranmışdır. 

Hətta  görkəmli  incəsənət  tarixçisi  Giorgio  Vasari 

Botiçellinin 

Danteyə 

olan 


aludəçiliyinin 

onun 


“yaşayışında  ciddi  pozuntuya  yol  açdığını”  demişdir. 

Botiçellinin  Dantedən  təsirlənərək  yaratdığı  iyirmidən 

çox əsər arasında bu xəritə ən mükəmməli hesab olunur”. 

downloaded from KitabYurdu.org




139 

 

Lenqdon xəritəyə san çevrilərək yuxarı sol küncə tərəf 



işarə etdi. “Bizim səyahətimiz buradan - yerin üstündən 

başlayacaq.  Gördüyünüz  kimi,  Dante  qırmızı  geyimdə, 

cəhənnəmin  darvazaları  qarşısında  bələdçisi  Virgili  ilə 

dayanıb. Buradan o, aşağıya doğru cəhənnəmin doqquz 

mərtəbəsindən  keçərək  hərəkət  edəcək  və  nəhayət, 

üz-üzə gəldiyi...” 

Lenqdon  dərhal  növbəti  rəsmə  çevirdi.  Botiçellinin 

təsvir  etdiyi  şeytanın  geniş  çapda  görüntüsü.  Qorxunc, 

üçbaşlı Lusifer (Lucifer) hər ağzı ilə bir insan yeyir. 

Auditoriyadan bir uğultu dalğası qopdu. 

“Qarşıdakı  mənzərəyə  ötəri  baxış”,  -  Lenqdon 

vurğuladı. “Qorxunc xarakter bu axşamkı səyahətimizin 

bitəcəyi yerdir. 

Bu,  cəhənnəmin  şeytan  yerləşən  doqquzuncu  qatıdır. 

Hərçənd...”,  -  Lenqdon  dayandı,  -  “...oraya  çatmaq 

əyləncənin 

yarısıdır,  gəlin  bir  az  geri  qayıdaq...  cəhənnəmin 

darvazasına, səyahətimizin başladığı yerə dönək”. 

Lenqdon  növbəti  rəsmi  ekranda  canlandırdı.  Qustav 

Dorenin  (Gustave  Dore)  sərt  qayada  oyulmuş,  tunel 

formalı  qaranlıq  girişi  əks  etdirən  litoqrafı.  Qapının 

üstündən asılmış lövhədə yazılmışdı: BURAYA DAXİL 

OLAN! 

HƏR 


KİMSƏNSƏ, 

BÜTÜN 


downloaded from KitabYurdu.org


140 

 

ÜMİDLƏRİNDƏN ƏL ÇƏK. 



“Beləliklə...”,  -  Lenqdon  gülümsəyərək  dedi.  “İçəri 

girək?” 


Ucadan eşidilən təkər vıyıltısı Lenqdonu mənzərədən 

ayırdı.  İrəli  atılaraq  Siennadan  yapışdığını  hiss  etdi. 

Trayk Viale Machiavellinin ortasında dayanmışdı. 

Lenqdon geri çəkildi. Fikri hələ də cəhənnəmin tutqun 

girişində  idi.  Özünü  toparlayaraq,  harada  olduğunu 

anladı. 


“Nə oldu?” 

Sienna 


təxminən, 

270  metr  aralıya,  qədim 

Florensiyanm  girişi  sayılan  darvazalara  tərəf  işarə  etdi. 

“Robert, problemimiz var”. 

10  Xanımlar və bəylər! - (alm.) 

11  Xoş gəlmisiniz - (alm.) 

12 Xoş gəlmisiniz - (fr.) 

13 Xoş gəlmisiniz - (ing.) 

19 

fəsil 


Agent  Brüder  kasıb  mənzildə  dayanıb  gördüklərini 

anlamağa  çalışırdı.  Axı  burada  kim  yaşayır?  Seyrək 

mebellər  və  qarmaqarışıq  əşyalar  kasıb  tələbə  otağını 

xatırladırdı. 

“Agent  Brüder?”  Onun  adamlarından  biri  dəhlizdən 

səsləndi. “Bunu görmək istəyərsiniz?” 

downloaded from KitabYurdu.org



141 

 

Brüder  dəhlizə  doğru  irəlilədikcə  Lenqdonun  yerli 



polis  tərəfindən  yaxalanıb-yaxalanmadığın  düşünürdü. 

Brüder  bu  məsələnin  elə  “evdəcə”  həll  olunmasını 

istəyirdi,  lakin  Lenqdonun  aradan  çıxması  ona  yerli 

polisdən  dəstək  istəmək  və  yolların  bağlamasını  xahiş 

etməkdən başqa çarə qoymamışdı. 

Çevik  motosiklet  Florensiyanın  labirint  kimi 

küçələrində  Brüderin  ağır  polikarbonat  şüşəli  və 

möhkəm, 


gülləyədavamlı, 

təkərli 


furqonlarından 

asanlıqla  yayma  bilərdi.  İtaliya  polisi  kənar  şəxslərlə 

işbirliyinə  getməsə  də,  Brüderin  təşkilatının  inanılmaz 

təsiri  var  idi  -  polis,  konsulluqlar,  səfirliklər.  Bizim 

istəyimizi heç kim sualla qarşılamağa cürət edə bilməz. 

Brüder, masaüstü kompüter qarşısında dayanan, əlinə 

lateks  (şəffaf  rezin)  əlcək  taxmış  kişi  olan  kiçik  otağa 

girdi. 


“O bu aparatdan istifadə edib”, - kişi dedi. “Lenqdon, 

emailini  yoxlamaq  və  axtarış  aparmaq  üçün  burdan 

internetə qoşulub. Fayllar hələ də qalıb”. 

Brüder masaya yaxınlaşdı. 

“Amma Lenqdonun kompüteri deyil”,  -  texnik dedi. 

“S.C. adlı bir nəfərin adındadır. Qısa bir zamanda adı - 

dəqiqləşdirəcəyəm”. 

Onu  gözləyərkən  Brüderin  gözü  masanın  üzərində 

downloaded from KitabYurdu.org



142 

 

qalaqlanmış 



kağızlara 

sataşdı. 

Onlan 

götürüb 


vərəqləməyə başladı - London Qlob Teatrının afişasından 

tutmuş  müxtəlif  qəzet  məqalələrinədək  çox  şey  var  idi. 

Kağızlara baxdıqca Brüderin gözləri böyüyürdü. 

Sənədləri  götürüb  dəhlizə  çıxan  Brüder  dərhal 

başçısına  zəng  vurdu.  “Brüderdir”,  -  dedi.  “Deyəsən, 

Lenqdona kömək edən şəxsin kimliyini tapmışam”. 

“Kimdir ki?” - başçı soruşdu. 

Brüder 


aramla 

nəfəsini 

dərdi. 

“Buna 


inanmayacaqsınız”. 

Üç  kilometr  aralıda  isə  Vayenta  özünün  “BMV” 

motosikletində  ərazidən  uzaqlaşırdı.  Əks  istiqamətdə 

hərəkət edən polis maşınları onu ötüb keçirdi. 

“Məndən əl çəkiblər”, - fikirləşdi. 

Adətən,  motosikletin  dördlük  mühərrikinin  titrəyişli 

səsi  onun  əsəblərini  sakitləşdirərdi,  amma  bu  dəfə  belə 

olmadı. 


Vayenta  Konsorsiumla  on  iki  il  işləmişdi.  Aşağı 

səviyyəli  dəstəkçi  kimi  işə  başlayaraq,  strategiya 

koordinatoru olmuş, sonralar yüksək rütbəli sahə agenti 

kimi  çalışmağa  başlamışdı.  “Karyeram  mənim  hər 

şeyimdir”. Sahə agentlərinin həyatı yalnız məxfi, səyahət 

və  uzunmüddətli  ezamiyyətlərdən  ibarət  olduğu  üçün 

onları əsl həyat və münasibətlərdən kənarda tuturdu. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə