Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə31/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   27   28   29   30   31   32   33   34   ...   157

148 

 

“İtalyan  hərbi  polisi”,  -  Lenqdon  düşündü.  İnana 



bilmirdi. O, polisdə onları tapan kimi atəş açmaq barədə 

əmrin olub- olmadığını düşünürdü. 

“Kimsə  bizi tapmaq  üçün dəridən-qabıqdan  çıxır”,  - 

Sienna pıçıltı ilə dedi. “Və necəsə bunu bacarıb”. 

“GPS?”ı6 - Lenqdon ucadan dedi. “Bəlkə proyektora 

izləyici cihaz yerləşdirilib?” 

Sienna  başını  yellədi.  “Bu  boruya  izləyici  cihaz 

qoşulsaydı, polis bizi çoxdan yaxalamışdı”. 

Lenqdon  nisbətən  rahat  olmaq  üçün  bədəninin 

vəziyyətini  dəyişib  digər  tərəfə  çevrildi.  Ayaqyolu  ilə 

üzbəüz  qaldı.  Onun  arxasında  zövqlə  çəkilmiş  qrafit 

(divar yazısı) var idi. 

İtalyanların öhdəsinə buraxın. 

Əksər  amerikan  Porta  Potty-ləri  ədəbsiz  cizgilərlə 

bəzənərdi  -  daha  çox  qadınların  geniş  sinəsi  və  ya 

kişilərin cinsi orqanını əks etdirən rəsmlərlə. 

Lakin  bu  qrafit  incəsənəti  öyrənən  tələbənin 

cızma-qara dəftərinə bənzəyirdi - insan gözü, dəqiq təsvir 

edilmiş əl, profildən çəkilmiş kişi və fantastik əjdaha. 

“Divarlarını  yazmaqla  mülklərə  ziyan  vurmaq 

İtaliyada adi hal deyil”, - Sienna onun ağlından keçənləri 

oxuyub dedi. 

“Florensiya İncəsənət İnstitutu divarın o biri tərəfində 

downloaded from KitabYurdu.org




149 

 

- yerləşir”. 



Siennanm  sözünə  qüvvət  olaraq,  aralıda  bir  qrup 

tələbə  qoltuğunda  rəsm  portfeli  göründü.  Onlar  söhbət 

edir, siqaret 

yandırır  və  Porta  Romananm  qarşısının  hansı  səbəbdən 

bağlandığını bilmək üçün ətrafa boylanırdılar. 

Lenqdon  və  Sienna  tələblərin  gözünə  görünməmək 

üçün  çömbəldilər.  Elə  bu  an  Lenqdonun  ağlına 

gözlənilmədən bir şey gəldi. 

Ayaqları  havada  yarıya  qədər  yerə  basdırılmış 

günahkarlar. 

İnsan nəcisinin üfunətli qoxusununmu, velosipedçinin 

açıq  ayaqlannmmı  və  ya  hansısa  başqa  amilin  təsiri 

olduğuna  əmin  olmasa  da,  Lenqdonun  gözü  qarşısında 

Malebolgenin əksi və yerdən çıxan lüt ayaqlar canlandı. 

O  birdən  yoldaşına  tərəf  çevrildi.  “Sienna,  La 

Mappanın  bizdəki  versiyasında  yerə  basdırılan  ayaqlar 

onuncu  xəndəkdə  idi,  düzdür?  Malebolge-nin  ən 

aşağısında?” 

Bu sualın yeri olmadığın ifadə edən baxışlarla Sienna 

ona baxdı. “Hə, ən aşağıda”. 

Həmin an Lenqdon Vyanadakı mühazirəsini xatırladı. 

Mühazirəsinin  ən  maraqlı  hissəsi  sayılan  sonluğu 

tamamlamazdan öncə səhnədə dayanmışdı. Tamaşaçılara 

downloaded from KitabYurdu.org




150 

 

Dorenin  Geryon  oymasını  -  Malebolgedan  yuxanda 



yerləşən  və  quyruğunun  ucu  zəhərli  olan  qanadlı  divi 

yenicə izah etmişdi. 

“Şeytanla  tanış  olmazdan  öncə”,  -  Lenqdon  dedi, 

qalın səsi səsgücləndiricidən süzülüb əks-səda verirdi, - 

“biz  Malebolgenin  on  xəndəyindən  keçməliyik.  Həmin 

xəndəklərdə  günahkarlar  -  bilərəkdən  şeytana  uyanlar 

cəzalandırılır”. 

Lenqdon  ekrandakı  rəsmləri  ötürərək  Malebolgenin 

tam  əks  olunduğu  şəklin  üzərində  dayandı.  Sonra  isə 

üzüaşağı  bir-  bir  xəndəkləri  tamaşaçılara  göstərməyə 

başladı. 

“Yuxandan  aşağı:  cinlər  tərəfindən  qamçılanan 

tamahkarlar... insan nəcisində boğulan yaltaqlar... bədəni 

yerə  basdmlıb  ayaqları  havada  qalan  rüşvətxorlar... 

başları  tərs  fırlanmış  cadugərlər...  qaynar  qatranda 

qaynayan  rüşvətxor  siyasətçilər...  ağır  qurğuşun  örtük 

geyinmiş  ikiüzlü  adamlar...  ilanlann  dişlədiyi  oğrular... 

odda  yanan  yalançı  vəkillər...  cinlərin  parçaladığı 

nifaqçılar...  və  sonda  tanınmaz  hala  -  salınmış 

yalançılar”.  Lenqdon  auditoriyaya  tərəf  döndü.  “Dante 

çox  güman  ki,  sonuncu  xəndəyi  yalançılar  üçün 

saxlayıbmış. 

Çünki  barəsində  danışılan  yalanlar  onu  sevimli 

downloaded from KitabYurdu.org




151 

 

Florensiyasmdan ayrı salaraq sürgün edir”. 



“Robert?” Siennanm səsi idi. 

Lenqdon xatirələrdən ayrıldı. 

Sienna çaşqın nəzərlərlə ona baxırdı. “Nə olub?” 

“La  Mappanın  bizdə  olan  versiyası”,  -  o,  həyəcanla 

dedi. “İncəsənət dəyişdirilib!” O, proyektoru pencəyinin 

cibindən çıxartdı və iki binanın arasında bacardığı qədər 

möhkəm  silkələməyə  başladı.  Qanşdıncı  kürə  yüksək 

səslə hərəkət etməyə başladı. Lakin sirenaların səsi onu 

eşidilməz edirdi. “Bu şəkli düzəldən adam Malebolgenin 

qatlarının yerini dəyişib”. 

Alət  işıqlanmağa  başlayanda  Lenqdon  onu  üzbəüz 

hamar səthə tərəf tutdu. 

La  Mappa  dell’İnferno  divarda  canlandı.  Tutqun 

işıqda daha parlaq görünürdü. 

Botiçelli  səyyar  tualetin  üzərində.  Lenqdon  xəcalət 

çəkirdi.  Yəqin  ki,  bu  məkan  indiyədək  Botiçellinin 

əsərinin  əks  olunduğu  ən  nəzakətsiz  yer  idi.  Lenqdon 

gözlərini  on  xəndəkdə  gəzdirərək  əminliklə  başını 

tərpətdi. 

“Elədir  ki  var!”  -  o  dedi.  “Bu,  yanlışdır!  Sonuncu 

xəndək  xəstələrlə  dolu  olmaq  əvəzinə  başıaşağı 

bədənlərlə  doludur.  Onuncu  xəndəkdə  yalançılar  təsvir 

olunmalıdır, rüşvətxor işçilər yox!” 

downloaded from KitabYurdu.org




152 

 

Sienna çaşqın halda baxırdı. “Axı... niyə kimsə bunu - 



dəyişsin ki?” 

“Catrovacer”,  -  Lenqdon  qatlarda  əks  olunmuş 

hərfləri bir- bir gözdən keçirərək pıçıldadı. “Hərflərin bu 

sözü yaratdığını düşünmürəm”. 

Aldığı  yaranın  ötən  iki  günün  yaddaşını  silməsinə 

baxmayaraq,  Lenqdonun  hafizəsi  çox  yaxşı  idi.  O, 

gözlərini yumdu və fərqi tapmaq üçün La Mappanın hər 

iki  versiyasını  -  xatırladı.  Malebolgeyə  edilmiş 

dəyişikliklər  Lenqdon  düşündüyündən  daha  az  idi...  və 

birdən pərdənin qalxdığını hiss etdi. 

Anidən hər şey kristaltək aydın oldu. 

Axtar və tapacaqsan! 

“Nə oldu?”, - Sienna tələbkar tonda dilləndi. 

Lenqdonun 

boğazı 

qurumuşdu. 



“Mən 

niyə 


Florensiyada olduğumu bilirəm”. 

“Doğrudan?!” 

“Hə, və hara getməli olduğumu da yaxşı bilirəm”. 

Sienna onun qolundan yapışdı. “Hara?!” 

Lenqdon xəstəxanada ayılandan bəri ilk dəfə ayağının 

torpağa toxunduğunu hiss etdi. “Bu on hərf’, - o pıçıldadı, 

-  “Əslində  köhnə  şəhərdəki  dəqiq  ünvanı  göstərir. 

Cavablar da elə oradadır”. 

“Köhnə şəhərin hansı hissəsi?!” - Sienna dedi. “Necə 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə