Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə28/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   24   25   26   27   28   29   30   31   ...   157

134 

 

Dante obrazını  sizin  üçün  daha  da  ümumiləşdirməkdən 



ötrü  onun  Piazza  Di  Santa  Crocedəki  heykəlini  təqdim 

edirəm...  və  təbii  ki,  Bargella  məbədindəki  Giotto 

tərəfindən hazırlanmış freskam”. 

Lenqdon  ekranda  Giottonun  freskasım  saxladı  və 

səhnənin ortasına doğru yeridi. 

“Heç  şübhəsiz  ki,  siz  Dantenin  ədəbi  abidə  sayılan 

“İlahi komediya” əsəri ilə tanışsız. 

Əsər  müəllifin  cəhənnəmə  enişi,  təmizlənmə 

mərhələsindən  keçməsi  və  tədricən  cənnətə  yüksələrək 

Allahla  görüşməsindən  bəs  edir.  Müasir  standartlar 

baxımından yanaşsaq, “İlahi Komediya”nm komediya ilə 

heç  bir  əlaqəsi  yoxdur.  Əsər  başqa  bir  məqsədlə 

komediya  adlandırılıb.  İtaliya  ədəbiyyatı  XIV  əsrdə 

dövrün tələbinə uyğun olaraq, iki hissəyə bölünmüşdü: 

faciə - ali ədəbiyyatı ifadə edir və rəsmi italyanca qələmə 

alınırdı;  komediya  -  səviyyəcə  aşağı  ədəbiyyat  sayılır, 

kütlələrə daha yaxın danışıq dilində yazılırdı”. 

Lenqdon  ekrandakı  şəkli  dəyişdi.  Mişelinonun 

(Michelino) Florenisya divarları yanında və əlində “İlahi 

komediya”  tutaraq  dayanmış  Dante  freskası.  Freskanm 

arxa  fonunda  cəhənnəmin  darvazalarından  yüksələn 

təmizlənmə  məbədi  görünür.  Bu  rəsm  hazırda 

Florensiyanm  daha  çox  İl  Duomo  kimi  tanınan  Santa 

downloaded from KitabYurdu.org




135 

 

Maria del Fiore Kafedralarındadır. 



“Adından  bəlli  olduğu  kimi”,  -  Lenqdon  çıxışına 

davam  etdi,  -  “İlahi  komediya”  danışıq  dilində  - 

insanların  anlayacağı  tərzdə  yazılıb.  Bununla belə,  əsər 

din,  tarix,  siyasət,  fəlsəfə  və  sosial  icmalı  məzmunca 

bədii, eyni zamanda kütlələrin anlayacağı tərzdə ustalıqla 

təfsir edir. 

Poema İtaliya mədəniyyətinin elə bir sütununa çevrilir 

ki,  Dantenin  yazı  üslubu  müasir  italyan  dilinin 

kodlaşdırılması kimi qəbul olunur”. 

Lenqdon bir anlıq dayanaraq sözlərinin auditoriyada 

hansı təəssürat oyatdığını yoxladı; sonra pıçıltı ilə davam 

etdi. “Əziz 

dostlar,  Dante  Alqiyeri  yaradıcılığının  özündən  sonrakı 

təsirini  qeyd  etməmək  mümkün  deyil.  Tarix  boyu, 

müqəddəs kitabları çıxmaq şərtilə, çox güman ki, “İlahi 

komediya”dan başqa heç bir yazı, incəsənət və ya musiqi 

nümunəsi,  bədii  əsər  bu  sayda  nəzirələr,  müxtəlif 

variantlar və annotasiyalar üçün qaynaq olmamışdır”. 

Dantenin  epik  poeması  əsasında  əsərlər  yaradan 

məşhur  bəstəkarlar,  rəssamlar  və  yazıçıların  adlarını 

sadaladıqdan  sonra  Lenqdon  dinləyicilərə  nəzər  saldı: 

“Burda aramızda yazıçı varmı?” 

Əllərin,  təqribən,  üçdə  biri  havaya  qalxdı.  Lenqdon 

downloaded from KitabYurdu.org




136 

 

çox  təəccübləndi.  “Ya  bu,  dünyanın  ən  kamil 



auditoriyasıdır, ya da ki, internet sayəsində nəşriyyat öz 

yerini genişləndirib”. 

“Bütün qələm adamlanna bəlli olduğu kimi, kitabının 

uğurlu təqdimatı üçün yazıçı hansısa dahinin bir sətirlik 

kəlamından  istifadə  etməyə  üstünlük  verir.  Bu  yolla 

oxucuları  cəlb  etmək  daha  asan  olur.  Orta  əsrlərdə  də 

eyni  üsuldan  istifadə  olunurdu.  Bu  dahilərdən  biri  də 

məhz Dante idi”. 

Lenqdon  rəsmi  dəyişdi.  “Kitabınızın  ön  səhifəsində 

bu yazının olmasını istərdinizmi?” 

Yer üzündə ondan böyük şəxs yaranmamışdır. 

Mikelancelo 

Dinləyicilər arasında təəccüb dolu pıçıltı gəzdi. 

“Bəli”,  -  Lenqdon  dedi,  -  “bu  Sistine  məbədi  və 

Daviddən tanıdığınız həmin Mikelancelodur. Mükəmməl 

rəssam  olmaqla  yanaşı,  Mikelancelo  həm  də  gözəl  şair 

idi. Nəşr edilmiş, təxminən, üç yüz şeri arasında “Dante” 

adlı  əsərini  o,  cəhənnəmin  görüntüsünü  mükəmməl 

şəkildə təsvir etmiş Danteyə həsr etmişdi. Bu şəxsiyyət, 

həm  də  Mikelancelonun  “Sonuncu  hökm”  əsərinin 

yaranmasının səbəbkarı idi. 

Mənə  inanmırsınızsa,  Dantenin  “Cəhənnəm”indəki 

üçüncü nəğməni  oxuyun  və sonra  Sistine məbədinə baş 

downloaded from KitabYurdu.org




137 

 

çəkin; səcdəgahın üstündə eyni mənzərəni görəcəksiniz”. 



Lenqdon ekrandakı rəsmi başqasıyla əvəzlədi; böyük 

bir  bərədə  bir-birinə  qısılmış  insanlann  üzərinə  hücum 

edən əzələli nəhəng yırtıcı. “Dantenin cəhənnəm bərəçisi 

insanları avar ilə döyür”. 

Ekranda  başqa  bir  şəkil  canlandı  -  Mikelancelonun 

“Sonuncu  hökm”  əsərindən  ikinci  detal  idi  -  çarmıxa 

çəkilən adam. 

“Bu  isə  Agagitedən  Hamandır,  müqəddəs  kitabda 

göstərildiyi kimi, asılmışdır. Fəqət Dantenin poemasında 

o, çarmıxa çəkilir. Sistine məbədində gördüyünüz kimi, 

Mikelancelo  Dantenin  versiyasını  Tövratdakı  təsvirdən 

üstün tutmuşdur”. Lenqdon gülümsəyərək pıçıltı ilə əlavə 

etdi: “Bunu Papaya söyləməyin”. 

Dinləyicilər gülüşdü. 

“Dantenin  “Cəhənnəm”i  dövrünə  qədərki  insan 

təxəyyülünün  təsəvvür  edə  bilmədiyi  dərəcədə  zülm  və 

əzab  dünyasının  görüntüsünü  yaratmaqla  yanaşı, 

cəhənnəmlə  bağlı  müasir  anlayışımızın  da  əsasını 

qoymuşdur”.  Lenqdon  dayandı.  “Və  inanın  ki,  katolik 

kilsəsi Danteyə minnətdar olmalıdır. Onun “CəhənnənT’i 

inanclı  insanlan  əsrlər  boyu  təlatümə  salmış  və  kilsə 

davamiyyətini üç dəfə artırmışdır”. 

Lenqdon ekranı söndürdü. “Bu, həm də bizim buraya 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə