Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

114 

 

Sienna qaza basdıqca “Trayk”ın təkərlərinin qulaqbatırıcı 



səsi hər tərəfə yayılırdı. 

Lenqdon  çevrilib  arxaya  baxdı.  Əsgər  silahını  ona 

tuşlamışdı. Lenqdon özünü sıxdı. 

Güllə  “Trayk”m  arxa  fənərinə  dəydi.  Bir  az  da 

yuxandan 

vurulsaydı, 

Lenqdonun 

onurğasını 

zədələyəcəkdi. 

İlahi! 


Sienna  sürətlə  və  qəfildən  sola  buruldu.  Lenqdon 

sürüşdüyünü hiss etdi, Özünü çətinliklə saxlayırdı. 

“Özünü mənə sıx!”, - Sienna qışqırdı. 

Lenqdon  qabağa  əyildi.  Bu  dəfə  isə  Sienna  sürətlə 

əsas  yola  girdi.  Onlar  daha  bir  binanın  yanından 

keçənədək Lenqdon, demək olar ki, nəfəs almadı. 

O adamlar kim ola bilər axı?! 

Siennanm  diqqəti  yolda  idi.  Tək-tük  qarşıya  çıxan 

səhər  nəqliyyatını  sağdan  və  ya  soldan  keçərək  sürətlə 

“Trayk”ı idarə edirdi. 

Yoldan  keçənlər  əynində  “Brioni”  kostyumu,  ı  metr 

80  santimetr  hündürlüyündə  kişinin  anq  qadının 

arxasında oturmasını təəccüblə seyr edirdilər. 

Lenqdon  və  Sienna  daha  üç  blok  keçmişdilər  ki, 

qarşıdan siqnal verən furqon səsini eşitdilər. Qara furqon 

döngəni  iki  təkəri  üstə  dönərək  sürətlə  onlara 

downloaded from KitabYurdu.org



115 

 

yaxınlaşırdı. Bu furqon binanın arxasında dayanan əsgər 



dolu furqona bənzəyirdi. 

Sienna  dərhal  sağa  dönüb  əyləci  basdı.  Lenqdonun 

sinəsi  onun  kürəyinə  sıxıldı.  Qadın  “Tryak”ı  dayanmış 

yük maşının dalında gizlətdi. 

Görəsən, bizi gördülər? 

Hər  ikisi  əyildi,  gözləməyə  başladılar...  nəfəs  belə 

almırdılar. 

Furqon şütüyərək düz onların yanından sürətlə keçdi. 

Onları görməyiblərmiş. Maşın onlann bərabərinə çatanda 

Lenqdonun gözü içəridə oturanlardan birinə sataşdı. 

Arxa  oturacaqda  iki  əsgərin  arasında  sanki  əsir 

götürülübmüş  kimi  qəşəng  bir  yaşlı  qadın  oturmuşdu. 

Gözləri şişmişdi, başı isə maşın hərəkət etdikcə o tərəf-bu 

tərəfə  yellənirdi.  Ağlını  itirmiş  və  ya  uymuş  kimi 

görünürdü. 

Boynundan  həmail  asılmışdı,  buruq  ağ  saçları  isə 

sinəsinə tökülmüşdü. 

Lenqdonun boğazı tutuldu. Sanki ruh görmüşdü. 

O, gözünə görünən həmin qadın idi. 

17 


fəsil 

Rəis  hirslə  otağından  çıxdı.  “Mendasium”un  uzun  sağ 

bortunda  fikirlərini  toplamaq  üçün  var-gəl  eləməyə 

başladı.  Florensiyadakı  binalardan  gələn  xəbərlər 

downloaded from KitabYurdu.org



116 

 

ağlasığmaz idi. 



Ofisə qayıdıb əlli yaşlı Haylend Park (Highland Park) 

kvası açmazdan əvvəl gəmini o baş-bu baş iki dəfə gəzdi. 

Lakin kvası stəkana süzməyib butulkanı masaya qoydu. 

Bu,  onun  özünüidarəni  itirmədiyin  təsdiqləyən  vərdişi 

idi. 

Gözləri  qeyri-ixtiyari  kitab  rəfindəki  qalın,  köhnə 



kitaba  sataşdı  -  müştərisinin  hədiyyəsi  idi...  indi 

tanıdığına peşman olduğu müştərisinin. 

Bir il əvvəl... axı haradan biləydi ki? 

Rəis  adətən,  yeni  müştərilərlə  özü  söhbət  etməzdi, 

amma  bu  müştəri  etibarlı  mənbədən  məsləhət  bilindiyi 

üçün o, istisna eləmişdi. 

Müştəri birinci dəfə “Mendasium”a dənizin çox sakit 

günündə  şəxsi  helikopteri  ilə  gəlmişdi.  Qonaq  46 

yaşında, 

səliqəli, ucaboy, yaşılgöz yaraşıqlı bir kişi idi. 

“Bildiyiniz kimi”, - kişi söhbətə başladı, - “sizi mənə 

ümumi  dostumuz  məsləhət  görüb”.  Qonaq  uzun 

ayaqlarını çox rahat şəkildə uzatmışdı və rəisin dəbdəbəli 

ofisində özünü xeyli sərbəst aparırdı. “İcazə verin, sizə nə 

istədiyimi deyim”. 

“Amma  yox”,  rəis  kimin  ev  sahibi  olduğunu 

göstərmək  niyyəti  ilə  onun  sözünü  kəsdi.  “Mənim 

downloaded from KitabYurdu.org




117 

 

qanunlarıma əsasən, siz mənə heç bir söz deməməlisiniz. 



Mən sizə göstərdiyim xidmətləri sadalayacağam və əgər 

münasib 


xidmət 

olarsa, 


siz 

mənə 


fikrinizi 

bildirəcəksiniz”. 

Qonaq  pərtlik  hiss  etsə  də,  güzəştə  gedərək  diqqətlə 

qulaq asmağa başladı. 

Sonda  isə  uzundraz  qonağın  istəyinin  Konsorsium 

üçün standart bir tapşırıq olduğu bəlli oldu. Onu izləyən 

maraqlı 

gözləri 


azdırmaq 

üçün 


bir 

müddət 


“gözəgörünməz” olmaq istəyirdi. 

Uşaq oyuncağı. 

Konsorsium  onu  saxta  şəxsiyyət  vəsiqəsi,  tamamilə 

gözdəniraq və təhlükəsiz yerlə təmin etməyi öhdəsinə 

götürürdü.  Necəliyindən  asılı  olmayaraq  o,  işini  tam 

məxfi  halda  görə  biləcəkdi.  Konsorsium  heç  vaxt 

müştərilərinin  hansı  məqsədlə  onun  xidmətinə  ehtiyac 

duyduğu ilə maraqlanmazdı və xidmət göstərdikləri şəxs 

haqqında mümkün qədər az  məlumatlı olmağı üstünlük 

verərdi. 

İnanılmaz  gəlir  müqabilində  rəis  bu  yaşılgöz  adamı 

tam bir il təhlükəsiz sığınacaqla təmin etdi. Elə o da ideal 

müştəri  oldu.  Rəisin  onunla  heç  bir  əlaqəsi  yox  idi  və 

bütün ödənişləri vaxtında edirdi. 

Amma iki həftə əvvəl hər şey dəyişdi. 

downloaded from KitabYurdu.org




118 

 

Gözlənilmədən  müştəri  əlaqə  quraraq  rəislə  şəxsi 



görüş tələb etdi. Onun ödədiyi məbləği nəzərə alaraq, rəis 

razılaşdı. 

Yaxtaya  gələn  pırpızbaş  kişi  ilə  rəisin  bir  il  öncə 

gördüyü adam arasında inanılmaz fərq var idi. Hündür və 

səliqəli kişi tamamilə tanınmaz hala düşmüşdü. İti baxışlı 

yaşıl gözlərin ifadəsi yırtıcı nəzərlərlə əvəzlənmişdi. O, 

demək olar ki... xəstə kimi görünürdü. 

Ona nə olub? Görəsən, nə ilə məşğul imiş? 

Rəis bu həyəcanlı adamı otağına dəvət etdi. 

“Gümüşü  saçlı  şeytan”,  müştəri  deyinirdi.  “Hər  gün 

bir az da yaxınlaşır”. 

Rəis  müştərisinin  şəxsi  işinə  nəzər  saldı.  Cəlbedici 

gümüşü saçlı qadının şəklinə baxdı. “Hə”, - rəis dedi, - 

“sənin  gümüşü  saçlı  şeytanın.  Biz  sənin  bütün 

düşmənlərini tanıyırıq. Bu qadın, nə qədər güclü olsa da, 

biz  səni  tam  bir  il  ondan  uzaq  saxlaya  bildik  və  buna 

davam edəcəyik”. 

Yaşılgöz  adam  narahat  halda  yağlı  saçlarının  ucunu 

barmağı ilə daramağa başladı. “Qoymayın onun gözəlliyi 

sizi aldatsın, o, təhlükəli düşməndir”. 

“Doğrudur”,  -  rəis  düşündü.  Kiminsə  ona  təsir 

etməsindən  xoşlanmayan  müştərisindən  rəis  elə  də  razı 

deyildi.  Gümüşü  saçlı  qadının geniş  imkanlan,  çıxışları 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə