Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə23/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   19   20   21   22   23   24   25   26   ...   157

109 

 

taqqıltısı  eşidildi  və  bu  taqqıltı  sakit  danışan  elektron 



səslə əvəz olundu: “İmtina ərizəsi qəbul olundu”. 

Vayenta  telefonu  qulağından  ayırıb  ekranına  baxsa 

da, ekranın işığı sönmüşdü. 

Əsəbindən  titrəsə  də,  baş  verənləri  qəbul  etməkdən 

başqa  çarəsi  qalmırdı.  Konsorsium  onunla  olan  bütün 

bağlarını - kəsmişdi. 

Nə bir əlaqə, nə bir ünsiyyət. 

“Mən işdən kənarlaşdınlmışam”. 

Şok cəmi bir neçə saniyə çəkdi. Sonra içinə qorxu doldu. 

ı6 fəsil 

“Tez ol, Robert!” - Sienna tələsdirirdi. “Ardımca gəl!” 

-Mənzili tərk edib dəhlizə çıxsa da, Lenqdonun fikri hələ 

də  Dantenin  yeraltı  dünyasındakı  dəhşətli  rəsmdə 

qalmışdı.  Bu  vaxtadək  Sienna  Bruks  səhərin  gətirdiyi 

qəfil stres qarşısında duruş gətirə bilmişdi. Amma onun 

nizamlı  davranışının  dəyişdiyi  aydın  hiss  olunurdu  - 

qorxu hissi ona hakim - kəsilmişdi. 

Dəhlizdə  Sienna  qabağa  qaçıb  lifti  keçmək  istəyirdi. 

Liftin  hərəkətdə  olması  kişilərin  artıq  yuxan  qalxdığı 

mənasını  verirdi.  O,  dəhlizin  sonuna  çatıb  arxaya  belə 

baxmadan pilləkənlərdə gözdən itdi. 

Lenqdon  onun  dalınca  qaçırdı.  Borc  götürdüyü 

mokasinlərin  yumşaq  pəncəsi  ayaqlarını  sürüşdürürdü. 

downloaded from KitabYurdu.org




110 

 

Geydiyi  “Brioni”  kostyumunun  pencəyinin  içəri  döş 



cibinə  qoyduğu  kiçik  proyektor  qaçdıqca  sinəsinə 

dəyirdi. Yadına cəhənnəmin səkkiz halqası üzərinə həkk 

olunmuş müəmmalı hərflər düşdü: 

CATROVACER.  Gözünün  qabağına  vəba  maskası  və 

qeyri-adi  imza  gəldi:  “Həqiqəti  yalnız  ölümün 

gözlərindən aydın görmək mümkündür”. 

Lenqdon  bu  fərqli  yazılar  arasında  nəsə  bir  əlaqə 

tapmağa  çalışsa  da,  indi  bunu  bacaracaq  durumda 

deyildi. Nəhayət, Siennanm yanma çatanda onun dayanıb 

ətrafı diqqətlə dinlədiyin gördü. Aşağıdan yuxarıya doğru 

ayaq səsləri eşidilirdi. 

“Başqa çıxış var?” - Lenqdon pıçıldadı. 

“Dalımca gəl”, - o, qısaca dedi. 

Sienna artıq bu gün bir dəfə Lenqdonu xilas eləmişdi. 

Ona  görə  də,  Lenqdon  başqa  seçimi  yox  idi.  O,  qadına 

inanaraq onun arxasınca pilləkənlə aşağı qaçdı. 

Bir  mərtəbə  də  düşdülər,  yaxınlaşan  çəkmələrin  səsi 

onlardan bir mərtəbə aşağıda eşidilirdi. 

Görəsən, Sienna niyə düz onlara doğru qaçır? 

Lenqdon etiraz etməyə macal tapmamış, Sienna onun 

qolundan  yapışıb  bağlı  mənzillərlə  dolu  dəhlizə  tərəf 

dartdı. 


Burada gizlənməyə heç yer yoxdur! 

downloaded from KitabYurdu.org




111 

 

Sienna  düyməyə  toxundu  və  lampalar  söndü.  Lakin 



işıqlı  dəhliz  onları  gizlədə  bilməyəcəkdi.  Sienna  və 

Lenqdon  burada  aydın  görünürdülər.  Burulğan  kimi 

yaxınlaşan  ayaq  səsləri  onların  artıq  bu  mərtəbədə 

olduğunu deyirdi. Lenqdon adamların hər an peyda olub 

onlar dayanan dəhlizə baxacaqlarını gözləyirdi. 

“Mənə sənin pencəyin lazımdır”, - Sienna Lenqdonun 

pencəyini  çıxarda-çıxarda  pıçıltı  ilə  dedi.  Sonra 

Lenqdonu  arxasındakı  qapı  çərçivəsinə  tərəf  itələyərək 

çömbəlməyə məcbur etdi. “Tərpənmə”. 

O nə edir? Axı onu görəcəklər! 

Əsgərlər pilləkənlərdə peyda oldular. Yuxanya doğru 

tələssələr  də,  Siennanı  yarıqaranlıq  dəhlizdə  görüb 

dayandılar. 

“Per l'amore di Dio!” Sienna sərt səslə onlara qışqırdı. 

“Cos'e questa confusione?” 

Kişilərdən ikisi çaşqın halda baxışdılar. 

Sienna hələ də qışqırırdı. “Tanto chiasso a quest'ora!” 

“Gecənin bir aləmi bu nə səs-küydür belə?!” 

Lenqdon indi başa düşdü ki, Sienna pencəyi başına şal 

kimi  atıb  özünü  yaşlı  qadına  bənzədirmiş.  Arxada 

çömbələn  Lenqdonu  görməsinlər  deyə  o,  belini 

donqarlaşdırmışdı.  Tamamilə  fərqli  halda  o,  əsgərlərə 

tərəf bir addım da atıb taqətsiz qoca səsi ilə qışqırırdı. 

downloaded from KitabYurdu.org




112 

 

Əsgərlərdən  biri  əlini  qaldırıb  ona  mənzilinə 



qayıtmasını dedi. “Signora! Rientr subito in casa!” 

Sienna axsaq yerişlə, yumruğunun birini hirslə havada 

yelləyərək bir addım da irəli getdi. “Avete svegliato mio 

marito, che e malato!” 

Lenqdon  karıxmış  halda  qulaq  asırdı.  Onlar  sənin 

nasaz ərini oyadıblar? 

İkinci  əsgər  silahını  qaldırıb  ona  tuşladı.  “Ferma  o 

sparo!” 


Sienna  dərhal  dayandı.  Onlardan  uzaqlaşdıqca  daha 

şiddətlə söyürdü. 

Kişilər pilləkənlərdə itərək sürətlə yuxarı qalxdılar. 

“Şekspirsayağı  olmasa  da”,  -  Lenqdon  düşündü,  - 

“kifayət  qədər  təsirli  idi”.  Aktyor  təcrübəsinə  sahib 

olmaq həyatda da gərəkli ola bilərmiş, sən demə. 

Sienna pencəyi başından götürüb Lenqdona qaytardı. 

“Hə, ardımca gəl”. 

Bu dəfə Lenqdon düşünmədən hərəkətə keçdi. 

Onlar girişin üstündəki mərtəbəyə düşdülər. Aşağıda 

isə  daha  iki  əsgər  yuxan  qalxmaq  üçün  liftə  minirdi. 

Küçədə  -  furqonun  yanında  da  bir  əsgər  dayanıb  ətrafa 

nəzarət  edirdi.  Onun  qara  forması  əzələli  bədəninə  kip 

oturmuşdu.  Sienna  və  Lenqdon  dinməzcə  zirzəmiyə 

doğru tələsirdilər. 

downloaded from KitabYurdu.org




113 

 

Yeraltı maşın dayanacağı qaranlıq idi, ətrafdan sidik 



qoxusu  gəlirdi.  Sienna  küncdə  saxlanmış  motoroller  və 

motosikletlərə  yaxınlaşdı.  Gümüşü  “Trayk”in  (Trike) 

yanında dayandı. 

Bu üçtəkərli moped italyan “Vespa”sına və böyüklər 

üçün  olan  üçtəkərli  velosipedin  yaraşıqsız  törəməsinə 

bənzəyirdi. O, incə əlini “Trayk”ın qabaq fənərinin altına 

salıb  balaca  maqnitləşdirilmiş  futlyar  çıxardı.  İçindən 

açan  götürüb  “Trayk”a  salaraq  mühərriki  hərəkətə 

gətirdi. 

Bir neçə saniyədən  sonra  Lenqdon  artıq velosipeddə 

onun  arxasında  oturmuşdu.  Özünü  birtəhər  kiçik 

oturacağa 

pərçimləyən  Lenqdon  özünü  düz  saxlaya  bilmək  üçün 

yapışmağa nəsə axtarırdı. 

“Təvazökarlıq  vaxtı  deyil”,  -  Sienna  dedi  və  onun 

əllərindən  yapışıb  incə  belinə  doladı.  “Nədənsə 

yapışmalısan onsuz da”. 

Sienna “Trayk”ı çıxış yoxuşuna san sürdü. Motosiklet 

Lenqdonun təsəvvür etdiyindən də güclü idi. Demək olar 

ki,  dayanacağı  tərk  edən  kimi  ərazidən  uzaqlaşdılar. 

Onlann  çıxdığı  yeraltı  dayanacaq  əsas  girişdən 45  metr 

aralıda  idi.  Binanın  qarşısında  gəzişən  yekəpər  əsgər 

çevrilib  Sienna  ilə  Lenqdonun  uzaqlaşdığını  gördü. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə