143
“Bir ildir bu tapşırıqla məşğulam”, - o fikirləşdi. Hələ
də rəisin tətiyi sıxaraq onu gözlənilmədən işdən
uzaqlaşdırdığına inana bilmirdi.
Artıq on iki ay idi ki, Vayenta Konsortiumun bu
yaşılgöz, qeyri-adi müştərisinin müdafiə xidmətlərinə
başçılıq edirdi ki,
o, rəqib və düşmənlərinin gözündən uzaqlaşaraq işini
rahat görə bilsin.
Müqaviləsi müştərini təqib edən güclü rəqiblərdən
qorumaq olan Vayenta onun işinin mahiyyətindən
xəbərsiz idi. Vayenta vəzifəsinin öhdəsindən mükəmməl
və professional şəkildə gəlirdi və hər şey də öz
qaydasında gedirdi.
Dünən axşamadək.
Dünəndən bəri Vayentanın qəlbi təlatümlə dolmuş və
karyerasında eniş başlamışdı.
“Mən artıq kənardayam”.
İşdən uzaqlaşdınlma haqqında ərizə təqdim olunan
kimi agent postunu dərhal tərk etmək, “meydandan”
çıxmaq məcburiyyətindədir. Agentlər ələ keçirildiyi
təqdirdə, Konsorsium dərhal onların bütün sənədlərini
dərkənar edirdi. Agentlər təşkilatın gücündən ən yaxşı
xəbərdar olan şəxslər idi. Onlar həm də öz maraqlarını
təmin etmək üçün təşkilatın əl atmayacağı iş olmadığın
downloaded from KitabYurdu.org
144
da gözəl bilirdilər.
Vayenta işdən kənarlaşdırılan iki agent tanıyırdı.
Qəribə idi ki, Vayenta sonralar onların heç birini bir daha
görməmişdi.
Vayenta işdən çıxarıldıqdan, müqavilə pozulduqdan
sonra agentlərin Konsorsiumun digər işçiləri ilə
münasibət saxlamasının qadağan edildiyin düşünürdü.
Amma indi o, buna əmin deyildi.
“Çox ürəyinə salırsan”, - özünə təskinlik verməyə
çalışırdı. “Konsorsiumun üsulları adi soyuqqanlı
qatilinkindən daha mədənidir”.
Brüderin komandası gəldikdən sonra o, hisslərinə
uyğun hərəkət edərək gözə görünmədən oradan
uzaqlaşmışdı. Bu addımının onu xilas edib-etmədiyi
barədə düşünürdü.
“Heç kim mənim indi harada olduğumu bilmir”.
Viale del Poggio İmperialenin sürüşkən yolları ilə üzü
şimala doğru sürətlə irəlilədikcə o, son bir neçə saat
ərzində necə dəyişdiyini anlayırdı. Dünən gecə o, işini
itirməkdən qorxurdu, indi isə həyatını.
20 fəSİl
Bir zamanlar qala ilə əhatələnmiş Florensiyanm əsas
girişi 1326-cı ildə tikilən Porta Romana adlı daş darvaza
idi. Şəhərin əksər perimetr divarları əsrlər öncə dağılsa
downloaded from KitabYurdu.org
145
da, Porta Romana hələ də durur. Bu gün də nəqliyyat
şəhərə bu əzəmətli istehkamdan qalan dərin tunellərdən
daxil olur.
Giriş köhnə kərpicdən hörülmüş on beş metr
hündürlükdə olan divardan ibarətdir. Onun iri cəftəli
qədim qapılan nəqliyyatı şəhərə buraxmaq üçün həmişə
açıqdı.
Altı əsas yol bu qapılann qarşısında birləşir. Birləşən
yollar isə içəridə geniş dairənin ətrafına dolanırlar. Otla
örtülmüş dairənin ortasında başında şələ daşıyan qadın
heykəli qoyulub.
Hazırda giriş çox qarışıqlıq və tıxac olsa da, vaxtilə
Florensiyaya giriş qapısı “Fiera dei Contratti”, yəni
“Müqavilələr yarmarkası” adlanırdı. Atalar burada öz
qızlanm razılaşdmlmış evlilik müqabilində satırmışlar.
Bu zaman onlar
qızlarını rəqs etməyə məcbur edərmişlər ki, daha çox
təklif ala bilsinlər.
Bu səhər isə Sienna girişdən bir neçə yüz metr aralıda
əyləci qəfildən basaraq mopedi saxladı və həyəcanla
qarşıya doğru işarə etdi. Traykm arxasında əyləşən
Lenqdon da irəli boylandı və Siennanın həyəcanını
anladı. Onların qarşısında uzun maşın karvanı
dayanmışdı. Dairənin ətrafındakı nəqliyyat polis
downloaded from KitabYurdu.org
146
barrikadası tərəfindən mühasirəyə alınmışdı. Getdikcə
daha çox polis maşını əraziyə yaxınlaşırdı. Silahlı
polislər maşınlara yaxınlaşaraq içəridəkiləri sorğu-sual
edirdilər.
“Bu bizə görədir?” - Lenqdon düşündü. Olmaya...
Tıxacdan uzaqlaşaraq Viale Machiavelli tərəfdən
onlara doğru bir velosipedçi gəlirdi. Onun velosipedi
aşağıdan idarə olunanlardan idi, velosipedçinin açıq
qıçları qalxıb enirdi.
Sienna ucadan ondan soruşdu: “Cos’ e successo?”
“E chi lo sa!” O, narahat baxışlarla qışqıraraq cavab
verdi. “Carabinieri”. Sözünü deyib sürətlə aralandı.
Ərazidən tez uzaqlaşmaq istədiyi hiss olunurdu.
Sienna Lenqdona san çevrildi. Simasında acı ifadə
sezilirdi. “Yol bağlanıb. Hərbçilər”.
Onlardan arxada polis maşmlannm sirenaları
eşidilməyə başladı. Sienna oturaq vəziyyətdə çevrilib
Viale Machiavelliyə tərəf boylandı. Üzündəki ifadə bu
dəfə qorxu ilə əvəzlənmişdi.
“Biz tələyə düşmüşük”, - Lenqdon fikirləşdi.
Ətrafa göz gəzdirərək çıxış axtarmağa başladı -
kəsişən yol, park, küçə... Lakin sağ tərəfdəki hündür
divarla soldakı xüsusi yaşayış evlərindən savayı bir şey
görmədi.
downloaded from KitabYurdu.org
147
Sirena səsləri getdikcə daha yaxından səslənirdi.
“Üzü o tərəfə”, - Lenqdon təxminən, 30 metr aralıdakı
boş tikinti sahəsinə işarə etdi. Ortada dayanmış
palçıqqatan furqon gizlənmək üçün ən əlverişli yer idi.
Sienna Traykı səkiyə çıxararaq ora doğru irəlilədi.
Onlar mopedi palçıqqatan maşının arxasında saxladılar.
Bu maşının arxasında yalnız Trayka bəs edəcək qədər yer
var idi.
“Ardımca gəl”, - Sienna arxası daş divara olan,
kolların arasındakı alət anbarına doğru addımladı.
“Bura alət anbarı deyil ki”, - Lenqdon alnını
qırışdıraraq, fikirləşdi, - “Porta Potty-dir”.i4
Lenqdon və Sienna fəhlələrin səyyar ayaqyolusuna
çatanda arxadan polis maşınlarının yaxınlaşdığını
eşidirdilər. Sienna nə qədər dartdısa da, qapı açılmadı.
Qapıdan ağır zəncir və qıfıl asılmışdı. Lenqdon
Siennanın qolundan yapışaraq onu tikilinin arxasına
dartdı. Siennanı divarla ayaqyolu arasındakı dar boşluğa
itələdi. İkisi ora güclə yerləşirdi. Oranın havası ağır idi,
üfunət qoxuyurdu.
Qapılarında CARABİNİERİ15 yazılmış qara rəngli
“Subaru Forester” avtomobili göründüyü an Lenqdon
Siennanın arxasına qısıldı. Avtomobil onların gizləndiyi
yerdən keçdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |