Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə33/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   29   30   31   32   33   34   35   36   ...   157

158 

 

inkişaf etdirərək bəşər tarixinin iki ən tanınmış heykəlini 



yaradır - Pietä və David. Bu gün biz onu Mikalancelo adı 

ilə  tanıyırıq  -  bu  yaradıcı  azman  həm  də  Medicinin 

insanlığa bəxş etdiyi ən humanist hədiyyə kimi tanmır. 

Medicinin  incəsənət  sevdasına  bələd  olan  Lenqdon 

ailənin  bu  binanın  -  əslində,  Medicinin  əsas  at  tövləsi 

kimi tikilmişdi - İncəsənət İnstitutuna çevriləcəyinə şad 

olacağını bilirdi. 

İndi  gənc  rəssamları  ilhamlandıran  bu  sakit  ərazi 

vaxtilə  Medicinin  at  tövləsi  kimi  seçilmişdi.  Çünki 

yaxınlıqda  Florenisyanın  ən  gözəl  minicilik  sahəsi  var 

idi. 

Boboli bağları. 



Lenqdon soluna tərəf baxdı. Hündür divarın başından 

meşədəki ağaclann başını görmək mümkün idi. Hazırda 

Boboli bağlarının geniş ərazisi turistlərin sevimli görməli 

yerlərindən  biridir.  Lenqdon  Sienna  ilə  bağa  girərək 

Porta  Romanadan  gizlin  keçə  biləcəklərinə  şübhə 

etmirdi. 

Əwəla,  ona  görə  ki,  bağlar  daha  geniş  idi  və 

gizlənmək  üçün  sonsuz  sayda  yer  tapmaq  olardı  - 

meşələr, labirintlər, kahalar, axar sular. Lakin ən vacibi 

bu  idi  ki,  Boboli  meşələri  onları  Palazzo  Pittiyə 

aparacaqdı.  Bu  daş  istehkam  böyük  Medici 

downloaded from KitabYurdu.org




159 

 

hersoqluğunun  əsas  iqamətgahlarmdan  biri  olmuşdu  ki, 



140 otağı hələ də turist axınına məruz qalır. 

“Palazzo  Pittiyə  çata  bilsək”,  -  Lenqon  fikirləşdi,  - 

“köhnə şəhərin körpüsünə bir addım qalacaq”. 

Lenqdon  bağların  qarşısını  kəsən  divara  baxdıqca 

özünü  mümkün  qədər  sakit  apanrdı.  “Bağlara  haradan 

girə  bilərik?”  -  o  soruşdu.  “İnstituta  girməzdən  qabaq 

bacıma bağlan göstərmək istərdim”. 

Döyməli oğlan başını yellədi. “Bağlara buradan keçə 

bilməyəcəksiniz.  Porta  Romanadan  içəri  girib  maşınla 

digər tərəfdən keçməlisiniz”. 

“Gopdur”, - Sienna düşünmədən dedi. 

Lenqdon da daxil olmaqla hamı çevrilib ona baxdı. 

“Yaxşı  görək”,  o,  quyruq  formalı  saçını  yellədərək 

özündən razı halda gülüb davam etdi. “Siz nəşə çəkmək 

və ya vaxt 

keçirməkçün heç vaxt divarı aşıb bağlara keçmirsiniz?” 

Uşaqlar bir-birinə baxıb ucadan güldülər. 

Döyməli  oğlan  yumşalmışdı.  “Xanım,  siz  əminliklə 

burada dərs deməlisiniz”. O, Sienna ilə binanın kənarına 

tərəf  getdi  və  küncdəki  maşın  dayanacağına  işarə  etdi. 

“Soldakı  anban  görürsünüz?  Onun  arxasında  köhnə 

platforma var. Anbarın damma dırmaşıb oradan divann o 

biri tərəfinə düşə bilərsiniz”. 

downloaded from KitabYurdu.org




160 

 

Sienna  artıq  yola  düzəlmişdi.  O,  Lenqdona  baxaraq 



amiranə  gülüşlə  dedi.  “Nə  durmusan,  Bob,  qardaş? 

Yoxsa çəpəri aşa bilməyəcək dərəcədə qocalmısan?” 

17  Bağışlayın! 

18  Dövlət  İncəsənət  Universiteti  harada  yerləşir?  - 

(ital.) 

19  Biz italyanca danışa bilmirik - (ital.) 

20 

Əlbəttə ki! - (ital.) 



22 

fəSİl 


Gümüşü  saçlı  qadın  başını  furqonun  gülləkeçirməz 

pəncərəsinə  dayayıb  gözlərini  yumdu.  Sanki  dünyanın 

ayağı altından qaçdığını hiss edirdi. Ona verilən həblərin 

sayəsində özünü xəstə hiss edirdi. 

“Mənim tibbi yardıma ehtiyacım var”, - o düşündü. 

Yanında əyləşən silahlı keşikçiyə tapşırıq uğurla başa 

çatanadək onun heç bir istəyini yerinə yetirməmək barədə 

əmr verilmişdi. 

Ətrafında  yaşanan  qarışıqlıqdan  bunun  tez  başa 

çatmayacağmı anlayırdı. 

Başgicəllənməsi getdikcə artır, nəfəs almaqda çətinlik 

çəkirdi. Ürəkbulanması ilə mübarizə apara-apara həyatın 

onu bu dolaşıq və çarpaz yollara necə gətirib çıxardığını 

düşünürdü.  Hazırkı  vəziyyətində  cavabı  tapmaq  onun 

üçün  çox  çətin  olsa  da,  bütün  bunların  necə  başladığın 

downloaded from KitabYurdu.org




161 

 

dəqiq bilirdi. 



Nyu-York. 

İki il əvvəl. 

Cenevrədən  Manhettenə  uçmuşdu.  O,  Cenevrədə 

Ümumdünya  Səhiyyə  Təşkilatının  rəhbəri  vəzifəsində 

çalışırdı.  Artıq  on  ildən  çox  idi  ki,  bu  yüksək  vəzifəni 

daşıyırdı. 

O,  yoluxucu  xəstəliklər  və  epidemiologiya  üzrə 

mütəxəssis 

qismində 

üçüncü 


dünya 

ölkələrində 

pandemiya  təhlükəsi  haqqında  mühazirə  oxumaq  üçün 

BMT-yə  dəvət  olunmuşdu.  Ümumdünya  Səhiyyə 

Təşkilatı  və  digər  təşkilatlar  tərəfindən  təqdim  olunan 

xəstəliklərin  erkən  aşkarlanması  sistemləri  və  müalicə 

üsulları haqqında danışmışdı. Çıxışı nikbin və təskinedici 

alınmışdı. O, ayaq üstündə alqışlarla qarşılanmışdı. 

Mühazirədən  sonra  zalda  akademiklərlə  etdiyi  uzun 

müzakirəni BMT-nin yüksək rütbəli bir şəxsi pozmuşdu. 

“Dr.  Sinskey,  Xarici  Əlaqələr  Şurası  indicə  bizimlə 

əlaqə saxlayıb. Sizinlə söhbət etmək istəyən var. Maşın 

gözləyir”. 

Dr. Elizabet Sinskey (Elizabeth Sinskey) təəccüblü və 

bir  az  da  əsəbi  halda  həmsöhbətlərindən  üzr  istəyib  əl 

çantasını  götürdü.  Oturduğu  limuzin  Birinci  prospektlə 

irəliləyərkən özünü gərgin hiss etməyə başladı. 

downloaded from KitabYurdu.org




162 

 

Xarici Əlaqələr Şurası? 



Elizabet  Sinskey  də  başqalan  kimi  şayiələrdən 

xəbərdar idi. 

Özəl  fikir  təşkilatı  kimi  əsası  1920-ci  ildə  qoyulan 

XƏŞ-in  üzvləri  sırasına,  demək  olar  ki,  hər  bir  dövlət 

katibi,  onlarla  prezident,  CİA-nın  əksər  başçıları, 

senatorlar, hakimlər, eləcə də, Morqan (Morgan), Rotşild 

(Rothschild)  və  Rokfeller  (Rockfeller)  kimi  əfsanəvi 

adlar daxildir. 

Üzvlərinin  misilsiz  əqli  bacarığı,  siyasi  təsiri  və 

imkanı  sayəsində  Xarici  Əlaqələr  Şurası  “dünyanın  ən 

nüfuzlu özəl klubu” hesab olunur. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  direktoru  kimi 

Elizabet  bu  seçilmiş  şəxslərlə  az  təmasda  olmamışdı. 

Uzun müddət ÜST- nin direktoru olması ilə yanaşı həm 

də  səmimiyyəti  son  zamanların  ən  sanballı  jurnallardan 

birinin onu dünyanın ən nüfuzlu iyirmi simasından ibarət 

siyahıya  daxil  etməsinə  səbəb  olmuşdu.  Dünya 

Səhiyyəsinin  Siması  -  şəklinin  altında  belə  yazılmışdı. 

Elizabet bu tərifi istehza kimi qəbul etmişdi, ən azından, 

tez-tez xəstələnən bir uşaqlıq yaşadığı üçün. 

Altı  yaşından  bəri  kəskin  astmadan  əziyyət  çəkən 

Elizabet ilk dəfə olaraq yüksək dozalı dərman - dünyada 

ilk  qlukokortikoidlər  və  ya  sterpid  hormonlar  -  qəbul 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə