Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə41/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   37   38   39   40   41   42   43   44   ...   157

196 

 

fasadı  bütün  ərazini  tutubmuş  kimi  görünürdü.  Onların 



solundan sağma tərəf uzanırdı. Binanın qabarıq və kobud 

kənar daş örtüyü ona səbatlı görünüş verirdi. Bu görkəmi 

isə  zəhmlə  örtülmüş  pəncərələr  və  tağlı  keçidlər 

tamamlayırdı.  Bu  cür  saraylar,  bir  qayda  olaraq,  dikdə 

tikilərmiş  ki,  bağda  dayanan  insanlar  üzüyuxarı 

baxsınlar.  Lakin  Pitti  Palace  Arno  çayı  sahilində  alçaq 

vadidə salınmışdı və Boboli bağlarında dayanan adamlar 

sarayı yuxarıdan görə bilirdilər. 

Bunun  effekti  çox  güclü  idi.  Memarların  təsvirinə 

görə  sarayı  sanki  təbiət  özü  yaratmışdı...  sanki  yer 

sürüşməsi nəticəsində iri daşlar yamacdan yuvarlanaraq 

yerə  düşmüş  və  incə,  barrikada  formasında  üst-üstə 

qalanmışdı.  Müdafiə  üçün  zəif  olan  görkəmi  ilə  Pitti 

Palace hətta bir dəfə Napoleon 

Florensiyada  olarkən  onun  əsas  güc  məntəqəsi  kimi 

istifadə - olunmuşdu. 

“Bax”, - Sienna sarayın ən yaxın qapılarına işarə ilə 

dedi. “Yaxşı xəbər”. 

Bunu Lenqdon da görmüşdü. Bu qəribə gündə onları 

qarşılaya biləcək ən gözəl mənzərə təkcə saray deyildi, 

həm  də  saraydan  aşağıya  -  bağlara  axışan  turistləri 

görmək idi. Sarayın qapılan açıq idi. Bu isə o demək idi 

ki,  Sienna  ilə  Lenqdon  ora  rahatca  girib  bağlardan  çıxa 

downloaded from KitabYurdu.org




197 

 

biləcəklər.  Lenqdon  bilirdi  ki,  saraydan  çıxanda  Arno 



çayı  onların  sağında  qalacaq,  çayın  digər  tərəfində  isə 

köhnə şəhərin binaları görünəcək. 

Onlar  bəndləri  keçərkən  tullanmalı  olurdular.  Aşağı 

düşəndə  təpənin  bir  tərəfində  at  nalı  formasında  yuva 

qurmuş  Boboli  amfiteatrını  -  tarixdə  ilk  operanın  baş 

tutduğu yer - ötüb keçdilər. 

Onun  arxasında  isə  II  Ramzes  obeliskini  və  onun 

əsasında yerləşən bədbəxt “incəsənət” parçasını gördülər. 

Məlumat  kitabçalarında  bunun  “Romanın  Carcalla 

hamamından götürülmüş “nəhəng daş” olduğu göstərilsə 

də, Lenqdon həmişə 

onu  olduğu  kimi  qəbul  edirdi  -  dünyanın  ən  geniş 

vannası. Həqiqətən, bunu başqa yerə köçürmək lazımdır. 

Onlar, nəhayət, sarayın arxasına çatdılar. Addımlarını 

yavaşıtdılar.  Nəzərə  çarpmadan  günün  ilk  turistlərinə 

qoşuldular.  Əks  istiqamətə  hərəkət  edərək  dar  tunellə 

həyətə  çıxdılar.  Bu  daxili  həyətdəki  kafedə  sarayı 

ziyarətə  gələnlər  səhər  espresso  qəhvəsini  ləzzətlə 

qurtumlayırdılar. 

Qəhvənin 

ətri  ətrafa  yayılmışdı.  Lenqdonun 

könlündən hamı kimi oturub qəlyanaltı etmək keçdi. “Bu 

gün həmin gün deyil”, - o fikirləşdi. Onlar artıq sarayın 

əsas qapılarına aparan geniş keçidlərə daxil olurdular. 

downloaded from KitabYurdu.org



198 

 

Qapıya  yaxınlaşarkən  dalanda  yığışan  turistlərin 



nəyəsə baxdıqlarını gördülər. Lenqdon kütlənin üstündən 

çölə tərəf boylandı. 

Pittinin əsas girişi çox sərt və xoşagəlməz idi. Səliqə 

ilə biçilmiş qazon və landşaft əvəzinə, onu təpənin kənan 

boyunca  uzanan  geniş  səki  qarşıladı.  Via  dei 

Guicciardiniyə gedən yol daşla döşənmiş xizək yamacına 

bənzəyirdi. 

Təpənin aşağısına baxdıqda Lenqdon turistlərin nəyə 

tamaşa etdiklərini gördü. 

Piazza  dei  Pittinin  aşağısına  bütün  istiqamətlərdən 

polis  maşınları  yaxınlaşırdı.  Zabitlər  dəstəsi  təpə  boyu 

üzüyuxarı dırmaşırdılar. 

Onlar silahlarını qoburdan çıxarır və sarayın qarşısını 

- boşaldırdılar. 

2 7 fəsil 

Polis Pitti sarayına daxil olarkən artıq Lenqdonla Sienna 

sürətli  addımlarla  sarayın  içərisinə  doğru  gedirdilər. 

Onlar həyətə girib ləngimədən kafeni keçdilər. Getdikcə 

səs-küy artırdı. İnsanlar nə baş verdiyini öyrənməyə can 

atırdılar. 

Sienna  polislərin  onları  belə  tez  tapmasına  çox 

təəccüblənmişdi.  Yəqin  onlar  bizi  gördükləri  üçün 

helikopter gözdən itmişdi. 

downloaded from KitabYurdu.org




199 

 

Onlar  bağdan  aşağı  düşüb  dar  tunelə  girmişdilər. 



Düşünmədən dəhlizə girib pilləkənlə yuxan dırmaşmağa 

başladılar.  Pilləkənin  başındakı  hündür  divar  həyətə 

açılan  mənzərənin  qarşısını  kəsirdi.  Lakin  getdikcə 

divann  hündürlüyü  azaldı  və  onlar  Boboli  bağlannm 

geniş ərazisini görə bildilər. 

Lenqdon  dərhal  Siennanın  qolundan  yapışıb  arxaya 

çəkdi. Onu Sienna da görmüşdü. 

Təxminən, 250 metr aralıda amfiteatrın yuxansındakı 

yamacdan polis dəstələri üzüaşağı düşürdülər. 

Onlar  qarşılarına  çıxan  turistləri  sorğu-sual  edir  və 

bir- birləri ilə əllərindəki aparatla əlaqə qururdular. 

Tələyə düşdük! 

Sienna  Lenqdonu  ilk  dəfə  görəndə  onunla  bu  qədər 

çətinlik yaşayacaqlarını heç ağlına gətirə bilməzdi. “Mən 

bu  dərəcədə  arzulamamışdım”.  Onlar  xəstəxanadan 

qaçanda  Sienna  düşünürdü  ki,  yalnız  hörüklü  qadın  və 

onun silahından canlarını qurtarmalıdırlar. İndi isə onlar 

bütün  ordu  qüvvələrindən, italyan  polisindən  qaçırdılar. 

Artıq  anlayırdı  ki,  onların  qurtulmaq  şansı  sıfıra 

bərabərdir. 

“Başqa  çıxış  varmı?”  -  Sienna  təngnəfəs  halda  və 

tələbkar tonla soruşdu. 

“Heç  inanmıram”,  -  Lenqdon  cavab  verdi.  “Bu  bağ 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə