Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   34   35   36   37   38   39   40   41   ...   157

181 

 

üzərindəki gizli mesajı mızıldayırmışam”. Lentə yazılmış 



səsi hələ də qulağında idi. Ço.. üzgünəm. Ço... üzgünəm. 

Sienna çaşmışdı. 

“Başa  düşmürsən?!”  Lenqdon  gülürdü.  “Mən  “çox 

üzgünəm,  çox  üzgünəm”  ‘(very  sorry  -  ing.) 

demirmişəm.  Mən  rəssamın  adını  təkrarlayırmışam  - 

Va... sari, Vasari!” 

24 

fəsil 


Vayenta əyləci basdı. 

Onun motosikleti birdən dayandı və Viale del Poggio 

İmperialedə  iz  saldı. Gözlənilməz  tıxacla qarşılaşmışdı. 

Viale del Poggio İmperialedə hərəkət dayanmışdı. 

Mənim burada itirəsi vaxtım yoxdur! 

Vayenta  maşınların  üzərindən  irəli  baxıb  nəqliyyatı 

nəyin  saxladığını  görməyə  çalışdı.  Onsuz  da  MHD 

dəstəsi ilə qarşılaşmamaq və binadakı qarışıqlığın içində 

vaxt itirməmək üçün o, daha uzun yolu seçmişdi. İndi isə 

tapşırığı  yerinə  yetirmək  üçün  köhnə  şəhərdə  bir  neçə 

günlük  qaldığı  mehmanxanaya  gedib  əşyalarını 

götürməyə tələsirdi. 

Mən işdən tərxis olunmuşam - bu şəhərdən rədd olub - 

getməliyəm! 

Fəqət  düşdüyü  uğursuzluq  zolağı  hələ  də  davam 

edirdi.  Köhnə  şəhərə  girmək  üçün  seçdiyi  yol  bağlıya 

downloaded from KitabYurdu.org



182 

 

oxşayırdı. Gözləmək niyyəti olmadığından mühərriki işə 



salıb maşınların 

bir tərəfindəki boşluğa doğru hərəkət etdi. Qanşda nə baş 

verdiyini bilmək istəyirdi. İrəli - altı əsas yolun birləşdiyi 

dairə  isə  qapalı  idi.  Bura  köhnə  şəhərə  giriş  qapısı  - 

Florensiyanm nəqliyyatla dolu olan dairə - Porta Romana 

idi. 


Burda nə olub? 

Vayenta  bütün  ərazinin  polislərlə  dolu  olduğunu 

gördü. Barrikada və ya yoxlanış məntəqəsinə oxşar nəsə 

qurulmuşdu.  Bir  neçə  saniyədən  sonra  gördüklərinə 

təəccübləndi:  bir  maşın  yolun  tən  ortasında  dayanıb 

hərəkətin qarşısını kəsmişdi. Bu, həmin tanış qara furqon 

idi.  Ətrafında  bir  neçə  qara  geyimli  adam  əmrləri  yerli 

hakimiyyət orqanlarına çatdırırdılar. 

Bu adamlar heç şübhəsiz ki, MHD dəstəsinin üzvləri 

idi. Amma Vayenta onlann bura niyə gəldiklərini anlaya 

bilmirdi. 

Bəlkə... 

Vayenta 

udqundu. 

Ağlından 

keçənlərin 

mümkünlüyünə inana bilmirdi. Yəni Lenqdon Brüderdən 

də yayma bilib? Bunu fikirləşməyin özü belə inanılmaz 

idi. Onlann qaça bilmək şansı 

sıfıra  bərabər  idi.  Amma  Lenqdon  tək  hərəkət  etmirdi. 

downloaded from KitabYurdu.org



183 

 

Vayenta elə ilk baxışdan sarışın qadının güclü olduğunu 



anlamışdı. 

Yaxınlıqda polis nəfəri göründü. O bir-bir maşınlara 

yaxınlaşaraq  sıx  qəhvəyi  saçlı  yaraşıqlı  kişinin  şəklini 

insanlara  göstərirdi.  Vayenta  dərhal  Robert  Lenqdonun 

mətbuatda  dərc  olunmuş  şəkilini  tanıdı.  Ürəyi  sürətlə 

döyünməyə başladı. 

Brüder onu əldən buraxıb... 

Lenqdon hələ də oyununu oynayır! 

Təcrübəli strateq olaraq, Vayenta dərhal vəziyyətin bu 

cür  inkişafının  ona  necə  təsir  edəcəyini  düşünməyə 

başladı. 

Birinci variant - dərhal aradan çıxmaq. 

Vayenta  rəisi  kritik  vəziyyətə  salmış  və  bunun 

ucbatından  da  işdən  kənarlaşdırılmışdı.  Bəxti  gətirsə  o, 

formal  sorğuları  cavablandıracaq  və  bununla  da 

karyerasına  son  qoyulacaqdı.  Yox,  işdir,  bəxti 

gətirməzsə, həyatının  qalan hissəsini konsorsiumun  onu 

izləyəcəyi qorxusu ilə yaşayacaqdı. 

İndi isə ikinci variant da yaranıb. 

Missiyanı başa vurmaq. 

Tapşırığın  icraçısı  qalmaq  onun  işdənçıxma  barədə 

ərizəsinin  tam  əksinə  olsa  da,  Lenqdonun  hələ  də 

tutulmaması  öhdəsinə  düşən  işi  tamamlamaq  üçün 

downloaded from KitabYurdu.org




184 

 

mükəmməl imkan - yaradırdı. 



“Brüder Lenqdonu ələ keçirə bilməsə”, - düşündükcə 

nəbzi  daha  sürətlə  vururdu.  “Və  əgər  mən  bunu 

bacarsam...” 

Vayenta  bunun  çətin  olduğunu  yaxşı  başa  düşürdü. 

Əgər Lenqdon Brüderin əlindən çıxa bilmişdisə və əgər 

Vayenta təkbaşına işi tamamlaya bilərdisə, konsorsiumu 

xilas  etmiş  olacaqdı.  Bu  halda  rəisin  onu  işdə 

saxlamaqdan başqa çarəsi qalmayacaqdı. 

“İşimdə  qala  bilərəm”,  -  o  fikirləşdi.  “Bəlkə  hələ 

rütbəm də artırılar”. 

Bir  anda  Vayenta  gələcəyinin  bu  çətin  işi 

tamamlamaqdan asılı olduğunu başa düşdü.  “Lenqdonu 

tapmalıyam... özü də Brüderdən əvvəl”. 

Bu, asan olmayacaqdı. Brüderin ixtiyarında istənilən 

qədər 

canlı  qüvvə  və 



ən 

müasir 


müxtəlif 

təkmilləşdirilmiş müşahidə 

sursatları  var  idi.  Buna  baxmayaraq,  Vayenta  Brüderə, 

rəisə  və  polisə  məlum  olmayan  bir  informasiyadan 

xəbərdar idi. “Lenqdonun hara gedə biləcəyini çox yaxşı 

bilirəm”. Vayenta BMV-nin mühərrikini işə saldı və 180 

dərəcə çevrilərək gəldiyi yola üz qoydu. 

“Ponte  alle  Grazie”,  -  o,  şimaldakı  körpünü  xatırladı. 

Oradan köhnə şəhərə bir neçə giriş var. 

downloaded from KitabYurdu.org




185 

 

25 



fəsil 

“Üzr yox”, - Lenqdon fikrə daldı. “Rəssamın adı”. 

“Vasari”,  -  Sienna  duruxdu.  Çaşqınlıqdan  bir  addım 

geriyə  çəkildi.  “Öz  freskasmda  cerca  trova  yazan 

rəssam”. 

Lenqdon  gülümsəyirdi.  Vasari.  Vasari.  Müəmmalar 

yavaş-  yavaş  aydınlaşırdı.  Bundan  duyduğu  sevinc  ilə 

yanaşı,  Lenqdon  həm  də  rahatlanmışdı.  İndiyədək 

hansısa pis əməlinə görə üzr istədiyini zənn edirdi. 

“Robert,  əminəm  ki,  sən  yaralanmazdan  əvvəl 

proyektordakı  Botiçellinin  rəsmini  görübsən.  Vasarinin 

treskasına işarə edən kodu da tapıbsanmış deyə ayılanda 

onun adını təkrarlayırdın!” 

Lenqdon  bunun  nə  demək  olduğunu  anlamağa 

çalışırdı.  Giorgio  Vasari  -  XVI  yaşamış  rəssam, 

heykəltəraş və yazıçı - Lenqdonun tez-tez “dünyanın ilk 

incəsənət  tarixçisi”  deyə  adlandırdığı  şəxsiyyət  idi. 

Yaratdığı yüzlərcə rəsmə, dizayn verdiyi onlarla binaya 

baxmayaraq, onun şah əsəri “Ən 

mükəmməl  rəssam,  heykəltəraş  və  memarların  həyatı” 

kitabı sayılır. 

İtaliya sənətkarlarının tərcümeyi-halından ibarət olan 

kitab,  hələ  də  incəsənət  üzrə  təhsil  alan  tələbələr  üçün 

başlıca dərslik hesab olunur. 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə