Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə39/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   35   36   37   38   39   40   41   42   ...   157

186 

 

Palazzo  Vecchionun  Beş  Yüzlər  Zalının  divanndan 



asılmış rəsmdəki “cerca trova” sözləri, təxminən, otuz il 

əvvəl  aşkarlanmış  “gizli  mesaj”  idi  və  Vasari  adını 

gündəmə  gətirmişdi.  Xırda  hərflər  döyüş  səhnəsinin 

fonunda  az  qala  görünməz  olan  yaşıl  bayrağın  üzərinə 

yazılmışdı.  Vasarinin  əsərə  bu  qəribə  mesajı  hansı 

səbəbdən  əlavə  etməsi  ilə  bağlı  yekdil  fikir  olmasa  da, 

əsas  ehtimal  gələcək  nəsillərə  çatdırmaq  istədiyi  mesaj 

üzərindədir.  Onun  Leonardo  da  Vinçinin  divarın 

arxasındakı üç santimetrlik boşluqda yerləşən freskosuna 

eyham vurduğu güman edilir. 

Sienna  həyəcanla  ağacların  başı  üzərinə  baxırdı. 

“Amma bir şey var ki, mən hələ də başa düşə bilmirəm. 

Əgər sən “çox üzgünəm, çox üzgünəm” (very sorry, very 

sorry) demirdinsə... bəs niyə səni öldürməyə çalışırlar?” 

Bu sual Lenqdonu da çox düşündürürdü. 

Uzaqdan  gələn  helikopter  səsi  getdikcə  yaxınlaşırdı. 

Lenqdon başa düşürdü ki, qərar verməlidir. O, Vasarinin 

“Battaglia  di  Marciano”  əsəri  ilə  Dantenin  “İnferno”su 

arasında  hansısa  əlaqə  olduğunu  anlamaqda  çətinlik 

çəkirdi. 

Elə hansı səbəbdən yaralandığını da heç cür başa düşə 

bilmirdi.  Buna  baxmayaraq,  o,  hələ  də  hadisələri  çözə 

bilmək qabiliyyətində idi. 

downloaded from KitabYurdu.org




187 

 

Cerca trova. 



Seek and find. 

Lenqdona yenə elə gəldi ki, gümüşü saçlı qadın çayın 

o biri üzündən onu səsləyir. Vaxt daralır! Lenqdon hiss 

edirdi  ki,  cavab  varsa,  onu  yalnız  Palazzo  Vecchio-da 

tapa bilər. 

Lenqdonun  yadına  Ege  dənizin  mərcan  riflərində 

xərçəng ovlayan qədim yunan dalğıclarının məsəli düşdü. 

Qaranlıq tuneldə üzərkən elə bir an gəlir ki, geri dönməyə 

imkan  olmur.  Yəni  geriyə  üzmək  üçün  nəfəsin  çatmır. 

Yeganə  yol  məchula  doğru  üzmək  və  çıxış  üçün  dua 

etməkdir. 

Lenqdona  həmişə  onlann  çıxışa  çatıb-çatmadıqları 

maraqlı gələrdi. 

O, labirint cığırlarına baxdı. 

Əgər  onlar  Pitti  Palace  tərəfə  gedib  bağdan  çıxa 

bilsəydilər, köhnə şəhərə girmək üçün bircə dünyanın ən 

məşhur  piyada  keçid-körpüsü  olan  Ponte  Vecchiodan 

keçməli  olacaqdılar.  Ora  həmişə  adamla  dolu  olardı  və 

gözdən  itmək  üçün  əlverişli  yer  idi.  Palazzo  Vecchio 

oradan bir neçə məhəllə aralıda yerləşirdi. 

Səs  lap  yaxınlıqdan  gəlirdi.  Lenqdon  həyəcanın 

təsirindən bir anlıq hər şeyin sonu çatdığını düşündü. 

“Çox  üzgünəm”  demədiyini  anladığı  andan  bəri 

downloaded from KitabYurdu.org




188 

 

polisdən niyə qaçdığını heç cür başa düşə bilmirdi. 



“Əvvəl-axır  onlar  məni  tutacaqlar,  Sienna”,  - 

Lenqdon dedi. “Bəlkə də elə ən yaxşısı qaçmamaqdır”. 

Sienna  təlaşlı  baxışlarla  ona  baxdı.  “Robert,  sən  hər 

dəfə  ayaq  saxlayanda  kimsə  sənə  atəş  açır!  Sən  bunun 

niyəsini aydınlaşdırmalısan. Vasarinin freskasma mütləq 

baxmalısan. Bəlkə onda yaddaşın qayıdar. Ola bilsin ki, 

proyektorun  haradan,  necə  və  niyə  səndə  olduğunu 

müəyyən etməlisən”. 

Lenqdonun  gözləri  önündə  hörüklü  qadının  Dr. 

Markoniyə  atəş  açması...  əsgərlərin  onlan  gülləyə 

tutması...  italyan  hərbi  polisinin  Porta  Romandada 

toplaşması canlandı. 

İndi  isə  axtarış  cihazı  Boboli  bağları  boyunca  onu 

izləyirdi. O, sakitcə dayanmışdı. Vəziyyətdən çıxış yolu 

axtardıqca əli ilə gözlərini ovuşdururdu. 

“Robert?” - Sienna səsini yüksəltdi. “Başqa bir şey də 

var...  indiyədək  əhəmiyyəti  yox  idi.  Amma  deyəsən, 

onun vaxtıdır”. 

Lenqdon baxışlarını qaldırdı. Siennanın səs tonundakı 

cazibəni hiss edirdi. 

“Əslində,  evdə  sənə  demək  istəyirdim”,  -  Sienna 

davam etdi, - “amma...” 

“Nədir axı?” 

downloaded from KitabYurdu.org




189 

 

Sienna  narahat  halda  dodaqlarını  büzüşdürdü.  “Sən 



xəstəxanaya  gələndə  özündə  deyildin,  nəsə  deməyə 

çalışırdın”. 

“Hə”,  -  Lenqdon  dedi,  -  “Vasari,  Vasari 

mızıldanırdım”. 

“Doğrudur,  amma  ondan  qabaq  -  biz  səsyazanı 

tapmazdan əvvəl sənin dediyin sözlər indi də yadımdadır. 

Tək bircə dəfə desən də, dəqiq xatırladığıma əminəm”. 

“Nə dedim ki?” 

Sienna  əvvəl  helikopterə  sonra  isə  Lenqdona  baxdı. 

“Dedin  ki,  Mənim  əlimdə  onu  tapmaq  üçün  açar  var... 

bunu bacarmasam, hamı öləcək”. 

Lenqdonun gözləri bərəlmişdi. 

Sienna sözünə davam etdi. 

“Mən elə bildim ki, cibində daşıdığın əşyanı nəzərdə 

tutursan, amma indi buna o qədər də əmin deyiləm”. 

Bunu  bacarmasam,  hamı  öləcək?  Sözlər  Lenqdonu 

təsirləndirmişdi.  Ölümün  qorxunc  təsvirləri  gözləri 

önündə  canlandı...  Dantenin  cəhənnəmi,  biotəhlükə 

işarəsi,  vəba  həkimi.  Yenidən  gümüşü  saçlı  yaraşıqlı 

qadın  qan  qırmızı  çayın  digər  sahilindən  ona  baxırdı. 

Axtar və tap! Vaxt daralır! 

Siennanın  səsi  onu  xəyaldan  ayırdı.  “Bu  proyektor 

nəyə işarə edirsə... və ya nəyisə axtarıb tapmağa çalışırsa, 

downloaded from KitabYurdu.org




190 

 

həmin şey yəqin ki, həddən artıq təhlükəlidir. İnsanların 



bizi öldürməyə cəhd etməsi...” 

Onun səsi qırılsa da, yenidən özünü toparladı. “Özün 

fikirləş.  Onlar  sənə  günün  günorta  çağı  atəş  açdılar... 

mənə 


-  işlə heç bir əlaqəsi olmayan adama silah tuşladılar. Heç 

kim  danışıq  aparmaq  istəmir.  Sənin  öz  dövlətin  sənə 

qarşıdır 

-  səni öldürmək üçün adam göndərdi”. 

Lenqdon  gözlərini  boşluğa  zilləmişdi.  Amerika 

konsulluğu Lenqdonun yerini ya qatillə paylaşmış, ya da 

özü  onu  öldürmək  üçün  göndərmişdi.  “Mənim  öz 

dövlətim mənə dəstək olmadı”. 

Lenqdon  Siennanın  qəhvəyi  gözlərinə  baxdı,  orada 

mərdlik  gördü.  Mən  onu  da  işə  salmışam.  “Kaş  ki,  nə 

axtardığımızı 

biləydim. 

Onda 

işimizi 


dəqiq 

planlayardıq”. 

Sienna başı ilə  təsdiqlədi.  “Hər  nədirsə,  məncə,  onu 

tapmalıyıq. Heç olmasa, bizə stimul verərdi”. 

Onun  məntiqi  inkaredilməz  idi.  Lenqdon  özünü  çox 

narahat hiss edirdi. Bunu bacarmasam, hamı öləcək. Bu 

səhəri  ancaq  biotəhlükə,  vəba  və  Dante  cəhənnəminin 

gətirdiyi  müdhiş  işarələrlə  mübarizəyə  sərf  etmişdi. 

Axtardığının nə olduğuna işarə edəcək bir dəlil yox idi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə