Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə47/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   43   44   45   46   47   48   49   50   ...   157

224 

 

yaxınlaşdıqca təzyiq və ağrı də artırdı. Nə qədər arxaya 



dartılıb  əlini  azad  etməyə  çalışsa  da,  ayaqlan 

keyləşdiyindən Emesto dizi üstə yerə yıxıldı. 

Ardınca yaşananlar sanki bir saniyə çəkdi. 

Qapıda tünd kostyumlu hündür bir kişi göründü. O, bu 

tərəfə  keçən  kimi  boz  qapını  bağladı.  Ernesto  əlini 

radiosuna  tərəf  uzatdı.  Həmin  an  yumşaq  əl  boynun 

arxasından  möhkəm  sıxdı.  O,  yenə  əzələlərinin 

boşaldığını  hiss  etdi,  nəticədə  əlini  tərpədə  bilmədi. 

Hündür  kişi  yaxınlaşdıqda  qadın  radionu  ona  uzatdı. 

Ernesto keçirdiyi təlaşı qadının da hərəkətlərindən oxuya 

bilirdi. 

“Dim  mak”,  -  sarışın  qadın  qəflətən  hündür  kişiyə 

dedi. “Çin təzyiq nöqtələridir. Bu da onların üç minillik 

mövcudluqlarının səbəblərindən biridir”. 

Kişi maraqla baxırdı. 

“Non  vogliamo  farti  del  male”,  -  qadın  onun 

boynundala  təzyiqi  azaldaraq  Ernestonun  qulağına 

pıçıldadı: “Biz səni incitmək istəmirik”. 

Təzyiq azalan kimi Ernesto xilas olmağa çalışırdı və 

belə də təzyiq yenidən qayıdırdı. Güclü ağn nəfəs almağa 

da çətinlik törədirdi. 

“Dobbiamo  passare”,  -  qadın  dedi.  “Bizə  buradan 

keçmək lazımdır”. O, dəmir darvazaya doğru işarə etdi. 

downloaded from KitabYurdu.org




225 

 

Ernesto darvazanı kilidlədiyinə görə şükür etdi. “Dov’e 



la chiave?”2i 

“Non  ce  l’ho”,  -  o,  çətinliklə  də  olsa,  cavab  verdi. 

“Məndə açar yoxdur”. 

Hündür  kişi  onların  yanından  keçib  darvazaya 

yaxınlaşdı”.  Şifrəli  kiliddir”,  -  o,  qadına  səsləndi. 

Ləhcəsindən amerikalı olduğu anlaşılırdı. 

Qadın  Ernestoya  tərəf  əyildi.  Onun  qəhvəyi  gözləri 

buz 


kimi 

soyuq 


görünürdü. 

“Qual 


la 


combinazione?22”, - o, təkidlə soruşdu. 

“Non  posso!”  Emesto  cavab  verdi.  “Mənim  icazəm 

yoxdur 

ki...” 


Birdən  onurğa  sütununun  yuxarısında  nəsə  oldu  və 

Emesto bütün bədənin süstləşdiyini hiss etdi. Bir saniyə 

sonra gözündə hər şey qaraldı. 

Emesto özünə gəlməzdən öncə bir neçə dəfə huşunun 

gedib-gəldiyini  hiss  edirdi.  Kimsə  danışırdı...  daha 

kəskin ağrı... sürünə-sürünə aparıldığı... Hər şey dumanlı 

idi. 

Gözünün önündəki tor yavaş-yavaş çəkildikcə qəribə 



mənzərə ilə rastlaşdı - yer və yanında bağsız ayaqqabılan. 

Elə həmin an hərəkət edə bilmədiyini anladı. O, bir tərəfi 

üstə  yerdə  uzanmışdı,  əlləri  və  ayaqlan  arxadan 

downloaded from KitabYurdu.org




226 

 

bağlanmışdı. Öz ayaqqabılarının bağlan ilə. Qışqırmağa 



cəhd  etsə  də,  səsi  çıxmadı.  Corabının  bir  tayı  ağzına 

basılmışdı.  Əsl  qorxunu  isə  o,  bir  neçə  saniyə  sonra 

yaşadı. Başını yuxan qaldırdı. Televizorda futbol gedirdi. 

“Mən öz ofisimdəyəm... DARVAZANIN bu tayında?!” 

Emesto  dəhliz  boyu  qaçan  və  getdikcə  kəsilən  ayaq 

səsləri eşitdi... bir an sonra isə ətrafa sükut çökdü. Non e 

possibile23! 

Sarışın  qadın  Emestonu  heç  vaxt  etməyəcəyinə  söz 

verdiyi  işi  görməyə  məcbur  etmişdi.  O  özü  də  dərk 

etmədən  kilidin şifrəsini açmış  və onları məşhur  Vasari 

dəhlizinə buraxmışdı. 

21  Açar hanı? - (ital.) 

22 

Kilidin kodu nədir? - (ital.) 



23BU ola bilməz! - (ital.) 

31 


fəsil 

Dr. 


Elizabet 

Sinskey 


ürəkbulanması 

və 


baş 

gicəllənməsinin  daha  da  artdığını  hiss  edirdi.  O,  Pitti 

sarayının  qarşısında  dayanmış  qara  furqonun  arxa 

oturacağında  əyləşmişdi.  Yanında  oturmuş  əsgərin  ona 

baxdıqca açıq-aydın narahat olduğu üzündən oxunurdu. 

Bir  neçə  dəqiqə  əvvəl  əsgərin  ratsiyasmdan  eşitdiyi 

xəbər - kostyum qalereyası ilə bağlı deyilənlər - Elizabeti 

xəyaldan ayıldı. Gözünə həmin yaşılgöz kişi görünürdü. 

downloaded from KitabYurdu.org



227 

 

Yenidən Nyu-York Xarici Əlaqələr Şurasının qaranlıq 



otağına qayıtmışdı. Onu buraya dəvət etmiş sirli adamın 

manyaksayağı hədələrinə qulaq asırdı. Adam kölgə kimi 

otaqda  var-gəl  edirdi.  Onun  uzun,  anq  silueti  Dantenin 

“Cəhənnəm”indən  ilhamlanaraq  çəkilmiş  lüt  və  ölü 

bədənlərin  təsvir  edildiyi  rəsmin  qarşısında  xüsusi 

seçilirdi. 

“Kimsə  bu  savaşı  görməlidir”,  -  kişi  davam  etdi. 

“Yoxsa  bizi  məhz  belə  gələcək  gözləyir.  Cəbr  elmi  də 

bunu təsdiqləyir. 

İnsanlıq zillət, qərarsızlıq və tamaha giriftar olub... lakin 

cəhənnəm  qatlan  biz  gözləyir,  bizi  udmaq  üçün  düz 

ayağımızın altında pusquda dayanıb”. 

Elizabet  bu  qəddar  kişinin  təqdim  etdiyi  fikirlərin 

təsirindən ürpənirdi. O, artıq dözə bilməyib ayağa durdu. 

“Sizin təklif etdiyiniz...” 

“Bizim  yeganə  yolumuz...”,  -  kişi  ona  danışmağa 

imkan vermədi. 

“Demək  istəyirdim  ki”,  -  qadın  qışqırdı,  - 

“cinayətdir!” 

Kişi  çiyinlərini  çəkdi.  “Cənnətə  gedən  yol 

cəhənnəmdən keçir. Bizə bunu Dante öyrədib”. 

“Siz dəlisiniz!” 

“Dəli?”  Kişi  çaşqın  və  incik  səslə  dedi.  “Mən? 

downloaded from KitabYurdu.org




228 

 

Səhviniz  var.  Məncə,  dəlilik  uçurumu  görüb,  onu 



görməzliyə  vurmaqdır.  Eynilə  ÜST  (Ümumdünya 

Səhiyyə  Təşkilatı)  kimi.  Dəlilik  dəvəquşu  kimi  başını 

yerə  soxub  ətrafında  dolaşan  bir  dəstə  çaqqalı  görə 

bilməməkdir”. 

Elizabet  öz  təşkilatını  müdafiə  etməyə  macal 

tapmamış kişi ekrandakı şəkili dəyişdi. 

“Çaqqallardan  danışmışkən”,  -  o,  yeni  şəklə  işarə 

edərək  davam  dedi.  “Budur  insanlıq  ətrafında  dövrə 

vuran çaqqallar... və onlar getdikcə yaxınlaşırlar”. 

Elizabet qarşısında tanış rəsmi görüncə təəccübləndi. 

Bu  qrafiki  ÜST  ötən  il  çap  etmişdi  -  burada  dünya 

əhalisinin sağlamlığına təsir edən başlıca təbii problemlər 

əksini tapmışdı. 

Siyahıya  həm  də  bunlar  daxil  idi:  təmiz  suya  olan 

tələbat, səthin qlobal istiləşməsi, ozon qatının dağılması, 

okean  ehtiyatlarının  tükənməsi,  ayrı-ayrı  heyvan 

növlərinin  nəslinin  kəsilməsi,  CO2  artması,  meşələrin 

məhv edilməsi. 

Bütün bu neqativ göstəricilər ötən əsr ərzində sürətlə 

artmaqdadır. Hal-hazırda isə inanılmaz sürət almışdır. 

Elizabet  hər  dəfə  bu  qrafikanı  görəndə  eyni  hissi 

keçirirdi  -  acizlik.  O,  alim  idi  və  statistikanın 

obyektivliyinə  inanırdı.  Bu  diaqram  isə  uzaq  gələcəyin 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə