Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   39   40   41   42   43   44   45   46   ...   157

204 

 

bilmək  istəsən,  deyərdim  ki,  burdan  götürüb  nəhəng 



vannaya qoymaq daha yaxşı olardı”. 

Lenqdon sağ tərəfə döndü. Qarşılarında aşağı aparan 

pilləkən var idi. Sienna indiyədək bunu görməmişdi. 

Çıxış?! 


Lakin bu ümid qığılcımı çox parlamadı. 

Lenqdonun  arxasınca  aşağı  düşdükcə  Sienna  anladı 

ki,  divarları  getdikcə  hündürləşən  çıxılmaz  bir  dalana 

girirlər. 

Bir  az  da  irəlilədikdən  sonra  Sienna  uzun 

səyahətlərinin boşluğa açılan bu mağarada... arxa divarda 

açılmış dərin kahada bitəcəyini hiss etdi. Biz buraya niyə 

gələk ki?! 

Kahanın geniş açılmış ağzının içində xəncər kimi ucu 

şiş  daşlar  var  idi.  Arxadakı  boşluq  getdikcə  öz  geoloji 

görünüşünü  itirərək  üzüaşağı  burulan  və  xırdalanan 

daşlardan ibarət idi. Elə bil ki, daşlar əriyirdi. 

Və  getdikcə  onlar  Siennanın  gözünə  yansı  yerə 

basdırılmış  və  ya  daşın  udduğu  insanlar  formasında 

görünürdülər. Bu Siennaya həm də Botiçellinin “Mappa 

dell’Inferno”sundan tanış bir mənzərəni xatırladırdı. 

Görünür, bütün bunlar Lenqdona da təsir etmirdi. O, 

kahanın  girişinə  doğru  qaçırdı.  Bir  az  əvvəl  Vatikan 

haqqında  bir  söz  demişdi.  Amma  Sienna  müqəddəs 

downloaded from KitabYurdu.org




205 

 

məkanın divarları arasında heç bir mağaranın olmadığına 



əmin idi. 

Onlar kahaya yaxınlaşırdılar, bu dəfə Sienna yuxarıda 

burulun  saçaqlar  -  ucu  şiş  və  bulanıq  daşlann  qarışaraq 

əmələ gətirdiyi çıxıntıların udduğu iki dirsəklənmiş qadın 

- gördü. 

Onlar qalxan, altı top və ya Mediçinin palle deyilən 

məşhur xaçı ilə bir-birlərinə sıxılmışdılar. 

Lenqdon  birdən  sola  döndü.  Girişdən  xeyli  aralıda 

yerləşən,  Siennanın  gözündən  qaçan  kiçik  boz  qapı 

mağaradan solda idi. İlk baxışdan nəzərə çarpmayan bu 

yeyilmiş  taxta  qapı  dolab  və  təsərrüfat  alətlərinin 

saxlandığı otaq qapısına bənzəyirdi. 

Lenqdon qapıya tərəf tələsdi, qapının dəstəyi yox idi. 

Üzərindəki bürünc açar dəliyi isə yalnız içəridən işlək idi. 

“Lənətə  gələsən!”  Artıq  Lenqdonun  gözlərindən 

narahatlıq  oxunurdu.  Əvvəlki  ümidli  baxışları  yoxa 

çıxmışdı. “Mən ümid edirdim ki...” 

Divarlardan  qalxan  uğultulu  və  yüksək  səs  onun 

sözünü  kəsdi.  Sienna  səsin  saray  tərəfdən  gəldiyini  və 

getdikcə onlara yaxınlaşdığını hiss etdi. 

Təbii  ki,  bunu  Lenqdon  da  eşitmişdi.  O,  vaxt 

itirmədən  Siennanın  qolundan  yapışıb  mağaraya  tərəf 

çəkdi.  Onlar  kahanın  xəncərşəkilli  çıxıntılarının  altına 

downloaded from KitabYurdu.org




206 

 

keçib gözdən itdilər. 



“Necə  də  uyğun  sonluq”,  -  Sienna  fikirləşdi. 

“Bilə-bilə özümüzü cəhənnəmin qapısından içəri saldıq”. 

28 fəsil 

Vayenta  otuz  kilometr  şərqdə  motosikletini  saxladı.  O, 

köhnə şəhərə Ponte alle Graziedən girmiş və Pitti sarayını 

köhnə  şəhərlə  birləşdirən  məşhur  körpünün  ətrafında  - 

Ponte  Vecchio  dövrə  vurmuşdu.  Kaskasım  motosikletə 

bağladıqdan sonra turistlərə qanşaraq körpüyə girdi. 

Çay  tərəfdən  əsən  sərin  mart  mehi  onun  hörüklərilə 

bir yerdə qısa saçlarını da yellədirdi. Vayenta Lenqdonun 

onu tanıdığını xatırladı. 

O, körpünün üstündəki piştaxtalardan birinin yanında 

dayandı və üzərində “AMO FİRENZE” yazılan beysbol 

kepkası aldı. 

Altdakı  silahı  hiss  olunmasın  deyə  gödəkcəsini 

hamarladı.  O,  körpünün  mərkəzə  yaxın  tərəfində 

dayandı.  Arabir  Pitti  sarayına  tərəf  boylanırdı.  Burdan 

Arno çayını keçib Florensiyaya daxil olan bütün turistləri 

görə bilirdi. 

“Lenqdon piyadadır”, - öz-özünə dedi. “Əgər o, Porta 

Romanadan savayı bir yol tapsa, bu körpü köhnə şəhərə 

girmək üçün ən ağlabatan yoldur”. 

Özündən  qərbdə  Pitti  sarayı  tərəfdən  gələn  sirena 

downloaded from KitabYurdu.org




207 

 

səsini  eşidir  və  bunun  yaxşı  və  ya  pisə  işarə  olduğunu 



düşünürdü. 

“Görəsən,  hələ  də  onları  axtarırlar?  Yoxsa  artıq 

tutublar?”  Vayenta  nə  baş  verdiyini  anlamaq  üçün 

diqqətlə  ətrafı  dinlədiyi  an  başqa  bir  səs  eşidilməyə 

başladı  -  yuxarıdan  güclü  vızıltı  gəlirdi.  O,  instinktiv 

olaraq  başını  yuxarı  qaldırdı  və  dərhal  səsin  gəldiyi 

mənbəni  aşkarladı  -  uzaqdan  idarə  olunan  balaca 

helikopter. Bu helikopter sarayın üzərində sürətlə havaya 

qalxıb  ağaclann  üstü  ilə  Boboli  bağlarının  şimal-şərq 

küncünə tərəf hərəkət edirdi. 

“Axtarış 

helikopteri”, 

Vayenta 


fikirləşdi. 

“Havadadırsa, deməli, Brüder hələ də Lenqdonu axtarır”. 

Helikopter sürətlə yaxınlaşırdı. O, bağların şimal-şərq 

hissəsini  -  Ponte  Vecchionun  ətrafını  axtanrdı.  Bu, 

Vayentanı bir az da ürəkləndirdi. 

“Lenqdon  Brüderin  gözündən  yayına  bilibsə,  çox 

güman ki, bura doğru hərəkət edir”. 

Bu  zaman  helikopter  bomba  kimi  aşağı  düşərək 

hündür  divarın  arxasında  gözdən  itdi.  Vayenta  onun 

səsini  ağac  xəttindən  -  aşağıdan  eşidirdi...  yəqin  ki, 

maraqlı nəsə - aşkarlamışdı. 

29 fəsil 

“AXTAR  VƏ  TAPACAQSAN”,  -  Lenqdon  ala-toran 

downloaded from KitabYurdu.org




208 

 

kahada  Sienna  ilə  gizlənərkən  düşünürdü.  “Biz  çıxış 



axtarırkən... çıxılmaza rast gəldik”. 

Mağaranın  ortasındakı  amorfşəkilli  fəvvarə  onları 

əməllicə  qoruyurdu.  Lakin  Lenqdon  onun  arxasından 

başını çıxardıb baxanda, çox gec olduğunu anladı. 

Helikopter  divarlı  dalanın  yerinə  endi  və  mağaranın 

kənarında  dayandı.  Yerdən  təxminən,  üç  metr  aralıda, 

üzü  kahaya  tərəf  dayanaraq,  yırtıcı  quşu  sezmiş  həşərat 

kimi səs çıxarırdı. 

Lenqdon  geri  çəkildi.  Pıçıltı  ilə  Siennaya  dedi. 

“Deyəsən, o bizim burada olduğumuzu bilir”. 

Helikopterin  zil  vızıltısı  mağaranın  daşlarında 

əks-səda  verir  və  eybəcər  səs  doğururdu.  Lenqdon  bu 

miniatür  mexaniki  helikopterə  əsir  olduqlarına  inana 

bilmir, eyni zamanda ondan qaçmağın mənasız olduğunu 

dərk edirdi. “Yaxşı, bəs indi 

neyləyək?  Gözləyək?”  Balaca  boz  qapıdan  keçib 

qurtulmaq  yaxşı  plan  olsa  da,  qapının  yalnız  içəridən 

açıldığından xəbərsiz idi. 

Lenqdon  qaranlıq  mağaranın  içinə  baxır  və  bu 

qeyri-adi  daşlann  arasında  başqa  çıxış  yolu  axtarırdı. 

Ümidverici bir şey gözünə dəymədi. Kahanın içi heyvan 

və  insan  fiqurları  ilə  bəzənmişdi.  Qəribə  formalı  bu 

daşlardan biri olmuşdular sanki. Lenqdon ruhdan düşmüş 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə