Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   38   39   40   41   42   43   44   45   ...   157

200 

 

divarla  əhatələnmiş  şəhərdir,  eynilə...”  O  dayandı  və 



çevrilib  şərqə  tərəf  boylandı.  “Eynilə...  Vatikan  kimi”. 

Üzündə qəribə bir ümid işartısı sezildi. 

Sienna  onun  Vatikanı  misal  çəkməsində  bir  məna 

görməsə də, Lenqdon sarayın arxa tərəfindən şərqə doğru 

baxaraq başını tərpədirdi. 

“Bir  az  uzun  yoldur”,  -  o,  Siennanı  dartaraq  dedi. 

“Amma çox güman ki, buradan çıxmaq üçün başqa yol da 

var”. 


Birdən qarşılarına divarın o tərəfindən iki nəfər çıxdı, 

az qala, toqquşacaqdılar. 

Qara geyimdə olduqlarından Sienna bir anlıq onlann 

öz mənzilinə gələn əsgərlərdən olduğunu düşündü. Lakin 

onlar  dayanmadan  keçib  getdilər.  Sienna  turistlərin 

italyan olduqlarını bildi, əyinlərindəki son dəbli qara dəri 

gödəkcələr də bunu deyirdi. 

Siennanm  ağlına  nə  gəldisə,  qəfildən  turistlərdən 

birinin  qolundan  yapışdı  və  bacardıqca  mehribancasına 

gülümsədi. “Puö dirci dov’e la Galleria del costume?” O, 

italyanca soruşdu. Sarayın məşhur kostyum qalereyasının 

yerini bilmək istəyirdi. “Io e mio fratello siamo in ritardo 

per  una  visita  privata”.  -  Biz  qardaşımla  özəl  tura 

gecikirik. 

“Certo!”  Kişilərdən  biri  onlara  baxıb  gülümsədi. 

downloaded from KitabYurdu.org




201 

 

Yardım etmək istədiyi hiss olunurdu. “Proseguite dritto 



per  il  sentiero!”  O,  çevrilib  qərbə  tərəf  işarə  etdi. 

Lenqdonun baxdığı yerdən tamamilə fərqli tərəfə. 

“Molte grazie!”, - Sienna gülərək təşəkkür etdi. Onlar 

uzaqlaşdılar. 

Lenqdon  razılıqla  başını  tərpətdi.  Onun  məqsədini 

anlamışdı. İşdir, polis bu turistlərdən nəsə soruşsa, onlar 

Sienna  ilə  Lenqdonun  kostyum  qalereyasına  tərəf 

getdiyini deyəcəkdilər. 

Üzbəüzdəki  divara  vurulmuş  xəritəyə  görə  qalereya 

sarayın  uzaq  qərb  hissəsində  yerləşirdi...  onlann 

gedəcəkləri yerdən kifayət qədər aralıda. 

“Biz  oradakı  cığıra  çıxmalıyıq”,  -  Lenqdon  dedi.  O, 

saraydan bir  qədər  aralıda, başqa  bir  təpənin  ətəyindəki 

yola işarə edirdi. Yol kənarındakı nəhəng ağacların əmələ 

gətirdiyi canlı çəpərlə yaxşıca örtülmüşdü. İndi yüz metr 

aralıda  təpəboyu  aşağı  düşən  polislərdən  qorunmaq 

olardı. 

Sienna  onların  açıq  taladan  örtüldü  cığıra  keçmək 

şanslarının lap az odluğunu hesabladı. 

Orada  da  turistlər  toplaşır,  maraqla  polisə  tamaşa 

edirdilər. Uzaqdan yaxınlaşan helikopterin səsi eşidildi. 

“Ya  indi,  ya  da  heç  vaxt”,  -  Lenqdon  dedi.  O, 

Siennanm  qolundan  dartdı,  sonra  turistlərin  yığışdığı 

downloaded from KitabYurdu.org




202 

 

açıqlığa tərəf getməyə başladı. Sienna qaçmaq istəsə də, 



Lenqdon  ondan  yapışıb  yeyin,  amma  sakit  addımlarla 

irəliləyirdi. 

Onlar talaya çatanda Sienna arxaya çevrildi və polisin 

onları 


görüb-görmədiyin 

yoxladı. 

Polislər 

əks 


istiqamətdən  göyə  onlara  yaxınlaşan  helikopterə 

baxırdılar. 

Sienna  üzünü  çevirdi  və  Lenqdonun  dalınca  cığıra 

tərəf tələsdi. 

Artıq  ağacların  başından  görünən  Florensiya  səması 

ilə  üz-  üzə  idilər.  Sienna  Duomonun  qırmızı  kirəmitli 

günbəzini və Giotto zəng qülləsinin yaşıl, qırmızı və ağ 

qübbəsini  görə  bilirdi.  Bir  anlıq  o,  Palazzo  Vecchionun 

da  -  çata  biləcəklərinə  ümid  etmədiyi  bina  -  mazğallı 

qübbəsini gördüyünü zənn etdi. 

Amma  onlar  aşağı  düşdükcə  böyük  istehkam  divarları 

hündürləşir və mənzərənin qarşısını kəsirdi. 

Onlar təpənin ətəyinə çatanda Sienna təngnəfəs halda 

düşünürdü  ki,  görəsən,  Lenqdon  haraya  getdiklərini 

bilirmi.  Cığır  birbaşa  labirint  bağa  aparsa  da,  Lenqdon 

arxayınlıqla  sol  tərəfə  mazğallı  qübbəsini  geniş  çınqıl 

artırmaya döndü. 

Getdikcə  ağacların  kölgəsi  ilə  örtülmüş  cığır  arxada 

qaldı. Artırma bomboş idi. Gəzinti yerindən çox işçilərin 

downloaded from KitabYurdu.org




203 

 

dayanacağına oxşayırdı. 



“Axı biz hara gedirik?!” - Sienna tövşüyərək soruşdu. 

“Demək olar, çatmışıq”. 

Demək olar, hara? Artırma, ən azı, üç mərtəbəli bina 

hündürlüyündə olan divarla əhatələnmişdi. 

Yeganə  çıxış  yolu  solda  yerləşən  geniş  darvaza  idi. 

Onun da ağzı sarayın ilk tikildiyi dövrlərdən qalma dəmir 

barmaqlıqla  bağlı  idi.  Sienna  çəpərin  arxasında  Piazza 

dei Pittiyə toplaşan polisləri görə bilirdi. 

Lenqdon  getdikcə  hündürləşən  divar  boyu  yeriyirdi. 

Birdən addımlarını yavaşıdıb qarşıdakı divara yaxınlaşdı. 

Sienna da 

bunu  görüb  qarşıdakı  divarda  qapı  axtarmağa  başladı. 

Lakin  gözünə  bir  oyuqdan  savayı  heç  nə  dəymədi. 

Oyuğun  içinə  bəlkə  də  dünyanın  ən  zövqsüz  heykəli 

qoyulmuşdu. 

Pərvərdigara,  Mediçinin  dünyada  istənilən  incəsənət 

nümunəsini almağa gücü olduğu halda, bunumu seçiblər? 

Kök və lüt cırtdan böyük bir tısbağanı özünə sıxmışdı. 

Cırtdanın  xayaları  tısbağanın  qınına  yapışmışdı  və 

tısbağanın  ağzından  sanki  xəstəymiş  kimi  su 

damcılayırdı. 

“Bilirəm”, - Lenqdon addımlayaraq dedi. “Bu Braccio 

di  Bartolodur  -  məşhur  cırtdan  hakim.  Mənim  fikrimi 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə