Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə50/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   46   47   48   49   50   51   52   53   ...   157

237 

 

On  metr  aşağıda  Ponte  Vecchionun  çay  daşları 



üzərində  dayanan  Vayentanın  gözləri  izdihamı  gəzirdi. 

O, ağlına da gətirə bilməzdi ki, axtardığı insan saniyələr 

öncə başı üzərindən keçib. 

33 fəsil 

Lövbər  salmış  “Mendasium”un  aşağı  mərtəbələrindən 

birində koordinator Noulton öz otağında tək oturmuşdu. 

İçindəki  narahatlığı  boğaraq  fikrini  işinə  cəmləməyə 

çalışırdı.  Onu  az  qala,  dəli  eləyən  videoyazının  yenə 

əvvəlinə  qayıtdı.  Ötən  bir  saat  ərzində  o,  bu  doqquz 

dəqiqəlik monoloqun dəlilik və ya dahilik olduğunu heç 

cür ayırd edə bilmirdi. 

Noulton videonu əvvəldən axıradək sürətlə ötürdükcə 

gözdən 

qaçırıb-qaçırmadığı 



nəyinsə 

olduğunu 

müəyyənləşdirməyə çalışırdı. O, yerə basdırılmış lövhəni 

keçdi... 

...sonra  bulanıq  san-qəhvəyi  mayeni  keçdi...  və 

dimdik  burunlu  kölgənin  peyda  olduğu  anı  tapdı  - 

deformasiyaya  uğramış  siluet  mağaranın  divarında 

görünür... qırmızı, parlaq divarda. 

Noulton boğuq səsə diqqətlə qulaq asır və mürəkkəb 

danışığı anlamağa çalışırdı. Danışığın ortasında birdən 

divardakı kölgə daha aydın görünməyə, səs də daha güclü 

eşidilməyə başladı. 

downloaded from KitabYurdu.org



238 

 

Dantenin  Cəhənnəmi  nağıl  deyil...  o,  gələcəkdən 



xəbər - verir! 

Əlacsız  müsibət.  Hüzn  və  qüssə.  Budur  sabahın 

görüntüsü. 

Bəşəriyyət  bunun  qarşısını  almazsa,  vəba,  xərçəng 

kimi yayılacaq... hər gələn nəsillə sayımız çoxaldıqca, bir 

zamanlar  bizim  əxlaq  və  dostluq  hisslərimizi  cilalayan 

dünya  nemətləri  tükənəcəkdir...  içimizdəki  şeytanlar 

ortaya  çıxacaqdır...  uşaqlanmızı  yedirdə  bilmək  üçün 

ölənədək mübarizə aparmağa sövq edəcəkdir. 

Bu, Dantenin doqquz mərtəbəli cəhənnəmidir. 

Bizi bu gözləyir. 

Maltus  hesablaması  ilə  gələcək  bizə  doğru 

irəlilədikcə,  biz  cəhənnəmin  ilk  mərtəbəsi  üzərində 

yellənəcəyik...  geriyə  yol  olmayan  dəhşətli  uçuruma 

yuvarlanmaq riski ilə. 

Noulton  videonu  dayandırdı.  Maltus  hesablaması? 

İnternetdə  axtarış  verdi.  On  doqquzuncu  əsrin  tanınmış 

ingilis 


riyaziyyatçısı  və  demoqrafi  Tomas  Robert  Maltus 

haqqında oxudu. 

O,  zamanında  yüksək  artımın  qlobal  iflasa  səbəb 

olacağını elan etmişdi. 

Maltusun  tərcümeyi-halına  “Əhali  artımı  barədə 

downloaded from KitabYurdu.org




239 

 

qanun  təcrübəsi”  essesindən  sitat  da  daxil  edilmişdi. 



Noultonun tükləri biz-biz oldu: 

Əhalinin  artım  gücü  yerin  insanlar  üçün  yaratdığı 

həyat  vasitələrinin  gücündən  o  qədər  çoxdur ki, vaxtsız 

ölüm  bu  və  ya  digər  şəkildə  insan  nəslini  haqlamalıdır. 

Kütləvi  qırğının  əsas  səbəbi  elə  insanların  öz  səhvləri, 

nöqsanlarıdır. 

Onlar  böyük  dağıdıcı  ordunun  sələfləridirlər  və  bu 

tükürpərdici  işi  özləri  tamamlaya  bilərlər.  Lakin  onlar 

özləri özlərini qırıb qurtara bilməsələr, xəstəliklərlə dolu 

fəsillər,  epidemiyalar,  taun,  vəba  işə  qarışacaq  və 

minlərlə, on minlərlə insan tələfatına səbəb olacaq. 

Yox,  əgər  bu  da  bəs  eləməzsə,  bunun  dalınca  aclıq 

gələcək  və  bir  güclü  zərbə  ilə  insanlann  sayını  qida 

ehtiyatına uyğun olaraq azaldacaq. 

Noultonun 

ürəyi 


sürətlə 

döyünürdü. 

Təşvişli 

nəzərlərlə  ekranda  saxladığı  dimdik  burunlu  adamım 

kölgəsinə nəzər saldı. 

İnsanlann qarşısı alınmazsa, xərçəng kimi yayılacaq. 

Qarşısı  alınmazsa.  Bu  söz  Noultonu  heç  açmadı. 

Tərəddüd içində, video yazıya baxmağa davam etdi. 

Boğuq səs yenə eşidildi. 

Əlini  əlinin  üstünə  qoyanlan  Dantenin  cəhənnəmi 

salamlayır... qıc olmuş və ac. Günah içində üzən. 

downloaded from KitabYurdu.org




240 

 

Və buna görə də mən hərəkətə keçmişəm. 



Bəziləri  qorxudan  aradan  çıxacaqlar,  amma  qurtuluş 

qurban tələb edir. 

Bir  gün  dünyanı  mənim  əməlimin  gözəlliyi 

bürüyəcəkdir. 

Çünki mən sizin Qurtuluşunuzam. 

Mən Kölgəyəm. 

Mən İnsanlıq sonrası dövrə açılan qapıyam. 

34 fəsil 

Palazzo  Vecchio  böyük  şahmat  fiqurunu  xatırladır. 

Möhkəm  dördbucaqlı  fasadı  və  paslanmış  kvadrat 

çıxıntıları ilə qalaya bənzər tikili Piazza della Signorianm 

şimal-şərq küncündə yerləşir. 

Binanın  qeyri-adi  yeganə  qülləli  dördkünc  qalanın 

içindən  göyə  uzanaraq  səmada  özünəməxsus  bir  siluet 

cızır. Bu isə çoxdan Florensiyanın simvoluna çevrilib. 

Bir  zamanlar  İtaliya  hökumətinin  parlament  binası 

kimi nəzərdə tutulan tikili hələ də ziyarətçilərini daşdan 

yonulmuş  cəngavər  kişi  heykəlləri  ilə  qarşılayır. 

Florensiyada 

dənizlərin 

sahibi 

kimi 


tanınan 

Ammannatinin  Neptun  heykəli  dörd  dəniz  atmın 

üzərində  çılpaq  şəkildə  dayanıb.  Mikelancelonun 

Davidinin - şübhəsiz ki, dünyanın ən yaraşıqlı çılpaq kişi 

abidəsi  -  oxşan  palazzonun  girişində  əzəmətlə 

downloaded from KitabYurdu.org




241 

 

ucalmaqdadır.  Daviddən  sonra  isə  Herkules  və  Cacus 



heykəlləri  -  daha  iki  azman  çılpaq  kişi  -  Neptunun 

şəhvətpərəst heykəlləri sırasında 

yer alır. Daha sonra sıranı cinsiyyət orqanını ziyarətçilərə 

fəxrlə nümayiş etdirirmiş kimi dayanan xeyli kişi abidəsi 

davam etdirir. 

Adətən,  Lenqdonun  Palazzo  Vecchioya  səfəri 

buradan  -  Piazza  della  Signoria-dan  başlayardı.  Çılpaq 

heykəllərlə  zəngin  olmasına  baxmayaraq,  bura  onun 

Avropadakı ən sevimli meydanlarından biri idi. Lenqdon 

bura  hər  gəlişində  CaffeRivoireda  bir  fincan  qəhvə 

içmədən  getməzdi. Sonra  isə  Loggia  dei Lanziyə  -  açıq 

havadakı  heykəllər  muzeyində  Mediçi  şirlərinə  baş 

çəkərdi. 

Bu  gün  isə  Lenqdon  və  onun  yol  yoldaşı  Palazzo 

Vecchioya  Mediçi  herqosları  kimi  Vasari  dəhlizindən 

daxil olacaqdılar. Məşhur Uffizi qalereyasından keçərək, 

körpülərin,  yolların,  binaların  üzərindən  ötərək  dəhlizin 

ilan  kimi  qıvrılan  yolu  ilə  birbaşa  sarayın  mərkəzinə 

çatacaqdılar. 

İndiyədək  arxadan  ayaq  səsləri  eşitməsələr  də, 

Lenqdon dəhlizdən bacardıqca tez çıxmağa çalışırdı. 

“Deyəsən, axır ki, çatdıq”, - Lenqdon qarşısında ağır 

taxta qapını görüb düşündü. “Köhnə sarayın girişi”. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə