Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə52/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   48   49   50   51   52   53   54   55   ...   157

247 

 

çəkərdi.  Döşəmə  buranın  adi  otaq  olmadığını  ilk 



baxışdan  təsdiqləyirdi.  Min  yüz  on  beş  kvadrat  metrlik 

döşəmənin al rəngli daş parketi qara şəbəkə ilə örtülüdür. 

Bu isə bütün otaqda sərtlik, dərinlik və balans ab-havası 

yaradır. 

Lenqdon  nəzərlərini  asta-asta  otağın  uzaq  divarına 

tərəf  çevirdi.  Herkulesin  qəhrəmanlıqlarını  əks  etdirən 

heykəllər  divar  boyu  sıra  ilə  düzülmüşdü.  Lenqdon 

Herkules  və  Diomed  heykəlini  görməzliyə  vurmağa 

çalışdı.  Onların  çılpaq  bədənləri  güləşirmişlər  kimi, 

qəribə formada bir-birinə yapışmışdı. 

Birinin  digərinin  cinsi  orqanından  tutması  mənzərəsini 

görəndə  Lenqdonda  hər  dəfə  ikrahabənzər  bir  hiss 

oyanardı. 

Gözlərə 


rahatlıq  bəxş  edən  Mikalancelonun 

mükəmməl Qalibiyyət dahisi cənub divarını sağ tərəfdən 

bəzəyirdi.  -  Təxminən,  iki  metr  yetmiş  beş  santimetr 

hündürlükdə  olan  bu  abidə  ultra  konservativ  papa  II 

Julius  -  II  Papa  Terribilenin  məqbərəsi  üçün 

hazırlanmışdı. 

Bu  adı  Lenqdon  kinayə  kimi  qəbul  edərdi.  Onun 

fikrincə,  bu,  Vatikanın  homoseksuallığa  münasibətini 

ifadə  edirdi.  Heykəl  Mikalancelonun  uzun  illər  aşiq 

olduğu və üç yüzdən çox sonetlər bəstələdiyi Tommaso 

downloaded from KitabYurdu.org



248 

 

dei Cavalierini təcəssüm etdirirdi. 



“İnanılmazdır, mən heç vaxt burada olmamışdım”,  - 

Sienna  pıçıltı  ilə  dedi.  Səsi  sakit  idi.  “Bu  ki...  çox 

gözəldir”. 

Lendqon  bura  özünün  ilk  gəlişini  -  dünya  şöhrətli 

pianoçu  Mariele  Keymelin  ifasında  klassik  musiqi 

konserti - xatırlayıb razılıqla başını tərpətdi. 

Bu böyük otaq siyasi görüşlər və baş hersoqun yanına 

gələnləri  qəbul  etməsi  üçün  nəzərdə  tutulsa  da,  hazırda 

daha  çox  tanınmış  musiqiçilər,  professorlarla  görüş  və 

böyük  ziyafətlərin  -  incəsənət  tarixçisi  Maurizio 

Seracininin  mühazirəsindən  tutmuş  Gucci  muzeyinin 

ulduzlarla dolu ağ- qara məclisinədək - təşkil olunduğu 

məkana  çevrilmişdi.  Lenqdona  maraqlı  idi,  görəsən,  I 

Cosimo  bu  otağı  polis  rəisləri  və  ya  modellərlə 

paylaşmağa necə baxardı. 

Lenqdon  başını  qaldırıb  divarlan  bəzəyən  böyük 

freskalara  baxmağa  başladı.  Leonardo  da  Vinçi  vaxtilə 

təsviri  sənətin  yeni  texnikasını  burdan  sınaqdan 

keçirmişdi.  Onun  alınmayam  eksperimentinin  axın 

bununla qurtardı ki, işlətdiyi boyalar axmağa başladı və 

rəsm göz qabağındaca sanki əridi. 

Piero  Soderini  və  Makyavellinin  yaratdığı  əsərlərin 

liderlik etdiyi bu divar sanki intibahın iki nəhəng adını - 

downloaded from KitabYurdu.org




249 

 

Mikelancelo 



və 

Leonardonu 

qarşıdakı 

divara 


sıxışdırmışdı. 

Lenqdona bu gün otaqdakı başqa qəribə əsərlər lazım 

idi. 

Cerca trova. 



“Bunlardan 

hansı 


Vasarinindir?”, 

Sienna 



divarlardakı freskalara baxaraq soruşdu. 

“Demək olar ki, hamısı”, - Lenqdon cavab verdi. 

O  bilirdi  ki,  otağın  bərpası  zamanı  Vasari  və 

köməkçiləri  hər  şeyi  təzələmişdilər.  Divardakı  orijinal 

treskalardan  tutmuş  otağın  tavamndakı  məşhur  otuz 

doqquz rəsmə qədər hamısını. 

“Amma  bizə  bax  o  treska”,  -  Lenqdon  onlardan 

uzaqda  -  sağda  yerləşən  əsərə  işarə  elədi,  -  “lazımdır  - 

Vasarinin Marciano Savaşı”. 

Bu  hərbi  qarşıdurma  geniş  ölçüdə  təsvir  edilmişdi  - 

təqribən,  17  metr  uzunluq  və  üç  mərtəbədən  də  hündür 

rəsm.  Əsər  qəhvəyi  və  yaşılın  al  rənglə  qanşığı  ilə 

işlənmişdi.  Əsgərlərin  qızğın  döyüşü,  atlar,  nizələr  və 

bayraqların təpə kənarındakı otlaqda qanşıq mənzərəsi. 

“Vasari...  Vasari”,  -  Sienna  pıçıldadı.  “Demək, 

hardasa onun sirli mesajı gizlənib, hə?” 

Lenqdon  gözlərini  qıyaraq  əsərin  yuxarı  tərəfində 

üzərinə  “CERCATROVA”  yazılmış  yaşıl  bayrağı 

downloaded from KitabYurdu.org



250 

 

axtanrdı.  “Onu  aşağıdan  binoklsuz  görmək  qeyri- 



mümkündür”,  - Lenqdon barmağı ilə işarə edərək dedi. 

“Amma yuxarıda ortada - dağın döşündəki iki fermadan 

azca aşağıda çox kiçik yaşıl bayraq...” 

“Gördüm!”,  -  Sienna  onun  sözünü  kəsdi.  Düz 

Lenqdonun dediyi yerə işarə etdi. 

Onun sağlam gözlərinə Lenqdonun paxıllığı tutdu. 

Əzəmətli rəsmə tərəf addımladılar. Nəhayət ki, rəsmlə 

qarşı-qarşıya  dayandılar.  Yeganə  problem  Lenqdonun 

hansı  səbəbdən  burda  olduqlarını  bilməməyi  idi.  O,  bir 

neçə  dəqiqə  Vasarinin  bu  möhtəşəm  əsəri  qarşısında 

dayanıb dərindən düşündü. 

Yanılsam... hər şeyin sonu olacaq. 

Birdən otağın qapısı cınldadı, gözətçi qapıda göründü. 

Çaşqın  nəzərlərlə  onlara  tərəf  boylandı.  Sienna  ona 

mehribancasına əl yellədi. Gözətçi bir anlıq onlara baxıb 

qapını bağladı. 

“Vaxtımız  azdır,  Robert”,  -  Sienna  onu  tələsdirərək 

dedi.  “Gərək  fikirləşəsən.  Rəsm  sənə  nəyi  xatırladır? 

Hansı - xatirələri?” 

Lenqdon bu xaotik döyüş səhnəsini bir daha gözdən - 

keçirdi. 

Həqiqəti  yalnız  ölümün  gözlərindən  aydın  görmək 

mümkündür. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə