CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
83
Əfqan mənşəli armenist Kerop Patka-
nov hələ XIX əsrin sonlarında yazırdı ki, baq-
rationlar İberiyaya hamıdan sonra gəlmişlər
[3. S.201–202]. Baqrationlar ilk dəfə iberlərin
qonşuluğunda 575-ci ildə göründülər [15. S.230;
16. S.200; 17. S.188–189].
Baqrationlar hələ İudeyada ikən İberiyada
Turan mənşəli iberlər, türenlər, buntürklər, abas,
xəzər və erlər yaşayırdılar [3. S.201; 18. S.159;
19. S.225 və s.]. K.Patkanov «Albaniya tarixi»nə
istinadən yazır ki, iber və türenlər Yafəs övladla-
rıdır. Onlar Gürcüstanın ən qədim xalqlarıdır
[3. S.200–201].
R.İ.Şor 1931-ci ildə SSRİ Elmlər Akade-
miyasının «Məruzələri»ndə çap etdirdiyi «K
voprosu o jafetičesko-tureckom jazykovom
smešenii» məqaləsində yazır ki, iberlər Ön
Asiyanın qədim xalqlarından biridir. Onlar ari
və ya sami mənşəli deyillər [19. S.225, 230].
Həmin fikri XIX əsrdə yaşamış armenistlər bir
qədər başqa şəkildə söyləmişdilər. Onlara istina-
dən İ.İ.Şopen yazır: «Türenlər iberlərin övladları-
dır. Onlar tamamilə başqa mənşəli xalq olub,
kartvel tayfalarına qohum deyildir» [16. S.200].
Türenlər eyni zamanda Albaniyada yaşa-
yırdılar. Onların bu coğrafiyada tarixi varlığını
Türyan çay etnohidronimi təsdiq edir. Fikri-
mizcə, türen turan etnoniminin bir variantıdır.
İberləri və türenləri orta əsr səyyahları
indiki gürcülərin əcdadlarına yad etnoslar kimi
təqdim edirlər. Onların dili və dini inancları
gürcülərdən fərqlənirdi.
Əmir Teymurun səfiri kimi Avropaya
göndərilən Sultaniyyə arxiyepiskopu İohann
de Kalonifontibus yolüstü iberlərin qonağı ol-
muşdu. O yazır ki, iberlərin öz dili var. Dinləri
yunanların dininə bənzəyir. Onlar daim gürcü-
lərlə vuruşurlar [20. S.22].
İ.İ.Meşşaninov da gürcülərlə iberlərin
yad mənşəli etnoslar olduğunu bildirir. O, ya-
zır ki, qədim iberlərin dili yafəs dillərindən
biridir. Yafəs dilləri həm türk, həm sami dillə-
rinə bənzəyir [21. S.27].
R.İ.Şor məsələyə daha dərindən yanaşaraq
bildirir ki, türk və iber dillərinin oxşarlığı zahiri
oxşarlıq deyil. Başqa yafəs dilləri kimi, iberlərin
dili türk dilləri ilə ari və sami mənşəli dillərin qa-
rışması nəticəsində yaranmışdır [19. S.227].
Bütün bunlar belə bir gerçəkliyi təsdiq
edir ki, İberiya Azərbaycan və Anadolu türklə-
rinin qədim yurdudur. O ölkənin xristianlıqdan
öncəki məbədlərini və xristian abidələrini sa-
milərlə yanaşı biz yaratmışıq. N.Y.Marr, R.İ.Şor
və b. yazdıqlarına görə, İberiyada iberlərin haki-
miyyəti 570-ci ildə sonra yetir. Bundan sonra
onları kartvel, laz və can tayfaları əvəz edirlər
[17. S.188; 21. S.230; 22. S.4–76].
İberiyanın qədim türk etnoslarından biri də
xəzərlərdir. Leonti Mroveli yazır ki, Makedoni-
yalı İsgəndərin zamanında Kartlidə əski Xəzər
(Xazarauli) dilində danışırdılar [23. S.27]. Baqra-
tionlara qədər əski və yeni Xəzər dilləri İberiyada
6 tayfa dilindən biri idi [16. S.230].
Kerop Patkanov salnaməçi Arçilə (VIII əsr)
istinadən yazır ki, xəzərlər İberiyaya e.ö. II əsr-
də gəlmişdir [3. S.213]. Ancaq bəzi gürcü və
erməni tarixçiləri belə hesab edirlər ki, bu,
mümkün deyil. Çünki xəzərlər Şimali Qafqaz
çöllərində VI əsrdə görünmüşlər. Əslində isə
Xəzər xaqanlığını yaradan xəzərlər kam nəs-
lindən olan qədim Ön Asiya kazarlarının bir
qoludur. Bunu başa düşən Y.B.Levin hələ
1866-cı ildə yazırdı: «İndiyədək heç kəsin
ağlına gəlməyib ki, xəzərlər uzaq Afrikadan
kamların ölkəsindən çıxıblar» [24. S.25]. Mə-
lumdur ki, kam nəsilləri Aralıq dənizinin şərq
sahillərində arilərdən və samilərdən qabaq ya-
şayırdılar.
Moisey Misirdən Kənan torpağına gələndə
Xett dövlətinin paytaxtı Kadeş şəhərinin yaxınlı-
ğında Xazerot adlı şəhər vardı [25. S.166]. Bu
fakt onu göstərir ki, xəzərlər Ön Asiyanın qədim
etnoslarından biridirlər.
İ.İ.Şopen köhnə nəsil erməni və gürcü ta-
rixçilərinə istinadən yazır ki, İberiyadakı Xazaria
və Qazaria ayrı-ayrı mahallardır [16. S.210].
6 *
İLHAMİ CƏFƏRSOY
84
Fikrimizcə, Qazaria əski, Xazaria yeni xəzər-
lərin İberiyadakı yurd yeridir.
Orta əsr yəhudi tarixçilərinin əsərlərində
xəzərlərin adı Kozar formasında göstərilmişdir.
Kozar tayfasının bir başçısı İberiya çarı Asparu-
xun (262–265) zamanında Somxetidə (ermənilər
üzərində) hökmran olmuşdur. Onlar kəsralarla,
yəni sasanilərlə vuruşurdular [16. S.262].
İbn əl-Əsir (XIII əsr) «Əl-kamil-fit-ta-
rix» əsərində yazır ki, gürcülərə gürcü deyildi-
yi kimi, xəzər də deyilir [26. S.149]. Bu məlu-
mat onu göstərir ki, xəzərlər baqrationların ən
güclü dövründə belə Gürcüstanın aparıcı et-
noslarından biri olmuşdur. Ona görə də Gür-
cüstandakı bütün xristian kilsələrini gürcü ta-
rixi mədəniyyət abidələri kimi qələmə vermək
əsassızdır. Məsələn, Anci kilsəsi incə, Tibet
monastırı tibet tayfasının səcdəgah yeridir.
Xəzərlərdən başqa digər türk etnosları da İbe-
riyada hökmranlıq etmişlər. Öncə qeyd etdiyi-
miz kimi, iberlərin bir çarı Asparux (262–265)
soyadı daşıyırdı [16. S.261]. Məlumdur ki,
Dunay Bulqar dövlətinin banisi Asparux xan
olmuşdur.
N.A.Baskakov Asparux adını ‘qurd’
mənasında izah edir. Fikrimizcə, Asparux xa-
nın adı qurdun yox, qurddan böyük yırtıcı bir
heyvanın, çox ehtimal ki, barsın bir növünün
adından törəmişdir. Mahmud Kaşğarinin lüğə-
tində ar börü, as börü qurddan böyük yırtıcı
heyvanların adlarıdır [27. S.201].
Osmanlı ordusu qərargahının 1721-ci il-
də tərtib etdiyi «Dəftəri-müfəssəli-Tiflis»də
göstərilir ki, Tiflis şəhərinin yaxınlığında so-
ğanlı camaatı yaşayır. Onlar Borçalı elinin bir
qoludur. B.Ə.Budaqovun və Q.Ə.Qeybullayevin
fikrincə, soğanlı nəsli Cənubi Qafqaza monqolların
tərkibində gəlmişdir [28. S.144, 162, 281].
Yəhudi tarixçisi İosif Flavinin (I əsr)
yazdığına görə, İudeyada Soqana adlı şəhər ol-
muşdur. Nəzərə alsaq ki, İudeya bir ölkə və
dövlət kimi e.ö. II minilliyin sonlarından yara-
nıb, onda soğanlı elinin İberiyaya gəlişini
monqol dövrü ilə məhdudlaşdırmaq yanlışdır.
İberiyanın ilk xristian kilsələrindən biri Senax
və ya Sana olmuşdur. Ernst Renan yazır: «Xett
mənşəli köçəri sana tayfası yevreylər üzərində
güclü nüfuza malik idi. Onlar h`iksoslardır. Samiləri
özlərinə tabe edib, e.ə. III minilliyin XXIII əsrində
Nil vadisini tutmuşdular» [29. S.102–103]. Müəllif
onu da bildirir ki, sana h`iksosları həm də beni-İosif
və ya İosephel adlanırdı [29. S.103]. Beni-İosif
Qurandakı Yusif peyğəmbərin övladlarıdır. Sonra-
lar yunanların Finikiya adlandırdığı Sana ölkəsi qə-
dim dünyanın mədəniyyət və ticarət mərkəzinə çev-
rilmişdir. Qədim Finikiya və ya sami yazısı çoxtay-
falı Sana ölkəsində yaranmışdır [29. S.101].
Sana etnoniminin arxaik forması sanax
olmuşdur. Samidilli yazılarda çox zaman türk
etnik adlarının son samiti yazılmır. Sana etno-
nimi iber dilinə öz ilkin formasında – sanax
şəklində gəlmişdir.
Sanax tayfası İberiyaya köçüb, Senax ta-
rixi mahalını yaratmış və xristianlığı qəbul
edəndən sonra ilk səcdəgahları olan Sanax mə-
bədinin bünövrəsi üzərində Senax monastırını
tikmişdir [17. S.200; 30. S.89]. K.S.Kekelidze
belə hesab edir ki, Senax mahalı VI əsrdə indiki
Kutaisi yaxınlığında olmuşdur [31. S.29, 304].
Həmin ərazidə Senak yaşayış məskəni XX əs-
rin əvvələrinə qədər qalırdı [32. S.301].
Orta əsr gürcü salnamələrində verilən
məlumatlara görə, Senexia baqrationların xris-
tianlıqdan öncəsi tanrılarından biri olmuşdur
[16. S.70]. Bu da onu göstərir ki, sambat və
baqrat nəsillərinin heç də hamısı sami mənşəli
olmamış, türklərlə samilərin qatışığından ya-
ranmışdır.
İberiyanın ortaq tarixi-memarlıq abidələ-
rində yəhudi dini atributlarına çox təsadüf edi-
rik. Dulusxan kəndindəki qədim kilsədə 6 gu-
şəli ulduz və yəhudi müqəddəslərinin təsviri
vardır. Bu da onu göstərir ki, İudeyadan Cənu-
bi Qafqaza gələn etnosların bir qismi türkdilli,
ancaq yəhudi dinli olmuşdur. Ona görə də biz
akademik səviyyədə yalnız Gürcüstanın xris-
tian abidələrinə yox, yəhudi məbədlərinə də
varislik iddialarımızı qaldırmalıyıq. Xüsusilə
Dostları ilə paylaş: |