T Ü R K O L O G İ Y A
№ 2
2015
M Ü Z A K İ R Ə L Ə R
İLHAMİ CƏFƏRSOY
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN
XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
X ü l a s ə . Məqalədə belə bir problem müzakirəyə çıxarılır ki, Cənubi Qafqaz və Şərqi
Anadolunun qədim məbədlərinin xeyli hissəsi xristian-türk nəsilləri tərəfindən inşa edilmişdir.
Həmin məbədlər David Qaraca mağara-monastırları, Tibet kilsəsi, Bata monastırı, Dizaq monastı-
rı, Ani kilsəsi, Qoqel monastırı, İncələr kilsəsi və başqalarıdır.
David Qaraca kompleksinə daxil olan Mroval-mta mağara-monastırında divarlarda 6 dildə
dualar var. Həmin dualardan biri uyğur əlifbası ilə türk dilində yazılmışdır. Duanın mətni belədir:
«Ari tanqri, ari acalses, ari yuca, İisa ki xaça çəktənk, rahmat qalgil biza».
Açar sözlər: məbəd, kilsə, sami dilləri, yafəs dilləri, panteon, salnamə, etnonim
Erməni və gürcü tarixçiləri keçən əsrin 20-ci
illərindən Azərbaycanın şimal torpaqlarına iddi-
alar qaldırmışlar. Həmin iddialar gah elmi, gah
siyasi müstəvidə hələ də davam etməkdədir. Gür-
cüstan Respublikasının keçmiş baş naziri Bdzina
İvanişvili ölkəmizə səfəri ərəfəsində bildirdi ki,
Keşikçi dağ kilsə və monastırları Azərbaycan tə-
rəfi ilə yenidən müzakirə ediləcəkdir.
Gürcüstan Təhsil Nazirliyinin nəşr etdiyi
dərsliklərdə David Qaraca, Satberdi, Tibet, Ucar-
ma, Ana, Alaverdi və b. monastırlar gürcülərin ta-
rixi-memarlıq abidələri kimi təqdim olunur. Bu,
akademik səviyyədə Azərbaycanın tarixi coğrafi-
yasına və maddi-mədəniyyət abidələrinə yiyələn-
mək cəhdidir.
XIX əsr tarixçilərinin əsərlərindən və
V–XII əsr gürcü salnamələrindən görürük ki,
nəinki Kaxeti, ümumiyyətlə, bütün Şərqi Gür-
cüstan Azərbaycan türklərinin tarixi torpağı
olmuşdur.
İndiki gürcülərin əcdadları olan baqrati-
onlar İberiyaya albanlardan və iberlərdən son-
ra gəlmiş, əsrlərlə davam edən çarpışmalardan
sonra yerli əhalinin çoxunu gürcüləşdirmişlər
[1. S.10; 2. S.17–26; 3. S.199–260].
VI əsrdə David Qaraca monastırı tikilən-
də indiki gürcülər Türkiyə ərazisində – Çorox
çayı vadisində yaşayırdılar. Qaraca ləqəbli Da-
vid gürcülərin əcdadı baqrationların soydaşı de-
yildir. On üç yoldaşı ilə İberiyaya xristianlığı
6 «Türkologiya», № 2
İLHAMİ CƏFƏRSOY
82
yaymağa gələn suriyalı keşişdir [2. S.17, 20–21;
4. S.23–24].
David Suriyadan Albaniyaya gələnə qə-
dər Qarayazı çölü Qaraca adlanırdı. David Qa-
raca adını özünə ləqəb götürdü. Sonralar hə-
min mahalın adı Sa + qareco, monastırın adı
Qareci formasına salındı [4. S.85]. Qaraca ke-
şişin ləqəbi və ya təxəllüsü, -sa sami mənşəli
dillərdə nəsil, yurd anlamı yaradan şəkilçidir
[5. S.86; 6. S.64].
Nəzərə almaq lazımdır ki, bütün gürcü mən-
bələrində Qaraca çölü Saqareco kimi yazıya alın-
mamışdır. Kartli çarı VI Vaxtanq (1675–1737) bir
şeirində Qaraca çölünü Saqareco yox, Qarece
adlandırır [4. S.13]. Bundan əlavə, A.Saqareli
Davidin ləqəbinin bəzi mənbələrdə Qareceli
kimi yazıldığını bildirir [7. S.104]. Gürcü so-
yadlarındakı -li şəkilçisi türk dillərindən
keçmədir.
L.M.Meliksetbekov 1940-cı ildə çap etdir-
diyi erməni və gürcü epiqrafiyasına aid kitabında
mağara-monastırı David Qareçi yox, Qareca ad-
landırır. Müəllif bildirir ki, Qareca kompleksinə
daxil olan Mroval-mta mağara-monastırının diva-
rında uyğur əlifbası ilə yazılan türkcə mətnlər ol-
muşdur [3. S.18; 8. S.153–159].
İndi həmin yazılar yoxdur. Belə hesab
edirik ki, gürcü millətçiləri 1937-ci ildə Tiflis-
də Şah Abbas məscidini sökməklə kifayətlən-
məmiş, Kaxetinin qədim Ucarma, Tokuz Çox-
ra Kapi, Qaraca məbədlərinin türk dilində ya-
zılan xristian epitafiyalarını məhv etmişlər.
K.S.Kekelidzenin fikrincə, 13 atadan bir
neçəsi, o cümlədən David suriyalı deyil. Suri-
yada təhsil alıb, vətənə qayıdan müqəddəslər-
dən biridir [4. S.23–24]. Bu fikir e.ö. I minilli-
yə aid mixiyazılı mənbələrlə təsdiq olunur.
Urartu kitabələrində Göyçə gölünün şər-
qində yaşayan 19 qəbilədən biri və həmin qə-
bilənin yol tanrısı Xara, yəni qara adlandırılır
[9. S.280]. Buna uyğun olaraq bəzi türk etnos-
ları yer tanrısını Yer və Kara Yir adlandırmış-
lar. Altay şamanizmində Kara yeraltı bədxah
ruhlara deyilir [10. S.1–8].
X–XII əsrlərdə Qaraca mahalında yazılı
ədəbiyyat və kitabxana yaradılmışdı [11. S.20].
suriyalı missionerlər Albaniya və İberiyada
xristianlıqdan qabaq yaradılan yazılı ədəbiy-
yatı, tarixi memarlıq abidələrini məhv etdilər
[12. S.91–93].
Həmin abidələr – məbədlər, pirlər, ocaq-
lar İberiyanın gürcülərəqədərki etnoslarının
müqəddəs səcdəgah yerləri idi. Xristianlığın
təbliği ilə onlar sökülmüş, yerində kilsələr
tikilmişdir.
Yadelli apostolların fitvası ilə Albaniya
və İberiyada qədim tarixi memarlıq abidələri
dağıdıldı. Gürcü tarixçiləri özləri təsdiq edirlər
ki, ilk xristian kilsələri ay, ulduz, əcdad
məbədlərinin xarabaları üzərində tikilmişdir.
Albaniya və İberiya arasındakı Ay məbədini Su-
riyadan gələn keşişlər sökdürüb, yerində mü-
qəddəs Qriqori kilsəsi tikdirmişlər [12. S.92–93].
Xristian missionerlər qədim məbədləri
sökdürməklə kifayətlənmir, Cənubi Qafqazda
bütün etnik mədəniyyəti məhv edirdilər. Sal-
namələri yandırır, bütləri sındırır, müqəddəs
ağacları – pirləri kəsdirirdilər.
N.A.Berdzenişvili və V.D.Dondua yazır-
lar: «Xristianlıqdan qabaq İberiyada yunan və
suriya əlifbaları ilə ilk ədəbi nümunələr yaradıl-
mışdı. Xristian missionerlər onları yandırdılar»
[13. S.247]. İndiki dərslik müəlliflərindən fərqli
olaraq XIX əsr gürcü tarixçiləri təsdiq edirlər ki,
həmin ədəbi və tarixi-memarlıq abidələrinin bir
qismini albanlar yaratmışlar.
Arxeoloq və tarixçi P.İoseliani 1866-cı ildə
nəşr etdirdiyi «Çolak knyaz nəslinin tarixi» kita-
bında yazır: «Albaniyanın seçmə nəsilləri cənub-
dan gələn işğalçılara tabe olmamış, Kaxetiyə kö-
çərək xristianlığı qəbul etmiş, Gürcüstan tarixinə
görkəmli sərkərdələr, dövlət xadimləri vermişlər»
[14. S.9–16].
Əslində isə P.İoselianinin gəlmə adlan-
dırdığı nəsillərin çoxu Şərqi Gürcüstanın qə-
dim sakinləri idi. Onlar Gürcüstan ərazisində
indiki gürcülərin əcdadlarından qabaq yaşa-
yırdılar.
Dostları ilə paylaş: |