Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


fəsil. Sahibkarlıq riskləri



Yüklə 1,54 Mb.
səhifə48/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   44   45   46   47   48   49   50   51   ...   444
fəsil. Sahibkarlıq riskləri 89

Qərarların qəbul edilməsi zamanı informasiyadan geniş istifadə edilir. İnformasiya çatışmazlığı isə tələb olunan nəticənin almrnasıriı risklərlə əlaqədar qərarların qəbul edilməsini çətinləşdirir. İnformasiyanın həddən artıq toplanması qərarların qəbul edilməsi üzrə fəaliyyəti mürəkkəbləşdirir.

Risklərlə əlaqədar qərarların qəbul edilməsində sonuncu hal həddən artıq sığorta edilmə və avantürizm hesab edilir. Birinci halda risklərin səviyyəsi sıfra enir. Çox hallarda isə yol verilən risklər özünün maksimum səviyyəsinə çatır. İstər birinci və istərsə də ikinci hal məqbul hesab edilmir. Risklərin həddindən artıq sığorta edilməsi səmərəliliyin aşağı düşməsinə, avantürizm isə həddən artıq risklərin yaradılması ilə əlaqədar planlaşdırılan nəticənin əldə edilməməsinə gətirib çıxarır. Optimal qərarların qəbul edilməsi risklərin əsaslandırılmış şəkildə hesablanmasını tələb edir. Bunun üçün elmi proqnozlaşdırmanm üstünlüyündən istifadə olunmalıdır. Risklərin əsaslandırılması, demək olar ki, həmişə sərfəli əlverişlidir. Bu halda sahibkarlıq fəaliyyətinin səmərəliliyi yüksəlir.

Qərar - idarəetmənin əsası olub bir neçə mümkün variantlardan ən yaxşısının və şəraitə uyğun olanının seçilməsidir. Optimal qərarlar dedikdə isə şəraitlə uyğun olaraq yaxşı və ən yaxşı variantlar arasında mümkün olanının seçilməsi başa düşülür. Optimal qərarlar istehsal şə- raitinə uyğun olmalı, fəaliyyət növünün həyata keçməsi üçün əlverişli və səmərəli olmalı, həmçinin layihədə nəzərdə tutulan nəticələrə nail olanım və risklərin aşağı dərəcəsini təmin etməkdir. Optimal qərarlar sahibkarların öz fəaliyyətlərinin ən mühüm nəticələrinə nail olmasıdır.

Qərarların düzgün olaraq qəbul edilməsi sahibkarlıq fəaliyyətində müvəffəqiyyətin əldə edilməsinə mühüm təminatdır. Qərarların düz- Küıı qəbul edilməsi risklərin dərəcəsini aşağı salır yüksək nəticə əl- do edilməsinə imkan verir. İdarəetmə qərarlarının qəbul edilməsi mövcud qanun qanunauyğunluqlara tabe olmalıdır. İdarəetmə qə- I arlarının qəbul edilməsi ilə bağlı amerikan sosioloq Robinşteynin forma daşdırdığı qaydalar aşağıdakılardan ibarətdir:

    1. Hər şeydən əvvəl problem haqqında tam təsəvvür əldə etməyə cəhd göstərmək, onu detallar üzrə araşdırmaq.

    2. Mümkün ola biləcək variantlar tapmayan qərarlar qəbul etməmək,

.i. Hamı tərəfindən qəbul edilmiş həqiqətlərə belə inamsızlıq göstərilməli, onlardan imtina etməkdən çəkinməməli, problemin həllinə maksimum tərəddüdlə yanaşmalı.

  1. Müvəffəqiyyət əldə etmək şansı minimuma bərabər olsa belə, qarşıdakı problemlərlə bağlı ən müxtəlif faktlara diqqət yetirilməsinə c,thd göstərmək.

  2. həll ediləcək problemin mahiyyətini daha'^yaxşı araşdırmağa imkan verən model və analogiya axtarmaq. Bu məqsədlə diaqram və

90 Vaqif Niftullaycv. Sahibkarlığın əsasları

sxemlardən istifadə etmək. Bütün buniar mürəkkəb və geniş problemi tam mənası ilə anlamağa imkan verir.

  1. Problemlə bağlı özünüzə və tərəf müqabilinizə daha çox suallar verin. Düzgün qoyulmuş sual onun həllinin məzmununu radikal olaraq dəyişdirə bilər.

  2. Problemin həlli ilə bağlı düşünün və beyninizə gəlmiş ilkin qərarı məqbul hesab etməyin. Onun zsif yerlərini tapmağa cəhd göstərin. Mövcud problemin həlli ilə bağlı digər yolları da tapmağa cəhd göstərin və onu birinci cavabla müqayisə edin.

  3. Yekun qərarlar qəbul etmək ərəfəsində öz problemlərinizlə bağlı digər şəxslərlə fikir mübadiləsi edin.

  4. Öz ideyanıza etinasızlıq göstərməyin. Problemin həlli ilə bağlı məntiqi düşüncələrdə aparıcı rol şübhələrə əsaslanmır, bu sahədə ideyanın əhəmiyyətini azaltmaq olmaz.

  5. Belə bir həqiqəti dərk edin ki, hər bir şəxsin həyata öz baxış dairəsi var. Ona görə də hər bir problemə hər bir fərdin xüsusi ideyaları, öz nöqteyi-nəzərləri mövcuddur.

91
V FƏSIL.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə