Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə56/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   52   53   54   55   56   57   58   59   ...   444
Sp=S„ x d p X (Kp: KJ

l'iırada: Sp - müvafiq olaraq yeni obyektlərin 1 m^-də ümumi tikinti işlərinin dəyəri;

Sa - müqayisə üçün götürülən analoq obyektin 1 m^-də ümumi tikinti işlərinin dəyəri;

102 Vaqif Niftullayev. Sahibkarlığın əsasları



dp - obyektin xarakterindən asdı olaraq dəyişən əmsal;

Kp, K„ - regionda tətbiq edilən tikinti əmsalı (müvafiq olaraq yeni və analoq obyektlər üzrə).

Tikinti işlərinə çəkilən xərclər ümumi tikinti işlərinin dəyəri və xüsusi tikinti işləri nəzərə alınmaqla hesablanır:


K=VpXSp^■K,

burada: K - ümumi tikinti işlərinə çəkilən xərclər;

Vp - tikinti obyektinin həcmi;

Sp - ümumi tikinti işlərinin 1 m^-nin dəyəri;

Kx - yalnız yeni obyekt üçün spesifik olan ümumi tikinti işlərinin dəyəri.

Montaj işlərinə, o cümlədən elektromantaj və texniki avadanlıqların yığılmasına çəkilən xərclər müqayisəli qiymətlər əsasında müəyyənləşdirilir. Bundan əlavə ümumi tikinti işlərinə çəkilən xərcləri hesablayarkən tikinti aparan regionun iqlim xüsusiyyətləri və mövsümlə əlaqədar yaranan əlavə xərclər də nəzərə alınır. Yeni obyektlər üzrə kapital xərclərinin dəyərinin icmal hesabatı ardıcıllıqla və analoq ob- yektdəki işləri müqayisə etməklə həyata keçirilir. Obyektin analoqu olmadığı hallarda oxşar sahələrdə maddi istehsala kapital qoyuluşunun strukturunun öyrənilməsi məqsədəuyğun hesab edilir.

Xərclərin strukturunu müəyyənləşdirmək məqsədi ilə keçən dövr ərzində analoq müəssisədə yeniliklər üzrə kapital qoyuluşunun dəyişməsinin təhlilinin aparılması zəruridir. Məsələn, kimya istehsalında yeniliklərin spefık xüsusiyyətlərin xüsusi çəkisinin 19,6 %, təbiəti mühafizə qurğularında 14,2 % təşkil etməsi ilə bağlıdır. Əsas istehsal təyinatlı obyektlər üzrə tikinti-montaj işlərinə çəkilən xərclərin həcmi təbiəti mühafizə obyektinə yaxındır. Ayrı-ayrı obyektlər üzrə ilkin məlumatları olmadığı şəraitdə xərclərin strukturu araşdırılır. Bu da sahibkara xərcləri proqnozlaşdırmağa imkan verir. Yeni məhsullar üzrə gözlənilən (gələcəkdə nəzərdə tutulan) xərcləri hesablayarkən yeniliklərə mülkiyyət hüququ verilməsini, patentlərə və Nou-Haulara çəkilən xərcləri də nəzərə almaq zəruridir. Qeyd etmək lazımdır ki, lisenziyanın qiyməti yeni məhsula çəkilən xərclərin tərkibində 22 %-dən 43 %- ə qədər xüsusi çəki təşkil edir. Bu yeni məhsulun obyektləri üzrə lisenziya hüququnun ümumi investisiyaların həcmində əhəmiyyətli dərəcədə xususi çəkiyə malik olduğunu göstərir. Bütün bunlarla yanaşı dəqiqləşdirilmiş proqnoz hesablamalarından da istifadə olunur, investisiyaları müəyyənləşdirərkən konkret hüquqi obyektdə lisenziyanın qiyməti göstəricisindən də istifadə olunur.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə