Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 2. Kiçik müəssisələrin fəaliyyətinin



Yüklə 1,54 Mb.
səhifə64/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   60   61   62   63   64   65   66   67   ...   444
§ 2. Kiçik müəssisələrin fəaliyyətinin iqtisadi xarakteristikası

Kiçik müəssisələr bir və ya bir neçə fəaliyyət növü üzrə ixtisaslaşmaqla xalq təsərrüfatının bütün sahə və sferalarında fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, xüsusi fəaliyyət növlərinin həyata keçirilməsinə müstəsna hallarda dövlət müəssisələrinə icazə verilir. Müəyyən qrup məhsul istehsalı isə adətən xüsusi icazə (lisenziya) əsasında lıoyata keçirilir. Kiçik müəssisələr öz təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsində tam sərbəstliyə malikdirlər. Belə ki, onlar istehsal etdikləri məhsula müstəqil sərəncam vermək hüququna malik olub, mənfəətin vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra qalan hissəsindən sərbəst şəkildə istifadə edə bilərlər.

Bütün növ müəssisələrin maliyyə nəticələrinin ümumiləşdirici göstəricisi mənfəət hesab edilir (bu barədə müəssisənin fəaliyyət mexanizmini xarakterizə edən göstəricilərlə bağlı paraqrafda ətraflı məlumat yerilir). Müəssisənin təsərrüfat fəaliyyətində ən mühüm proses planlaşdırma hesab edilir. Kiçik müəssisələr öz fəaliyyətlərini sərbəst planlaş- ılırmaqla istehsal olunan məhsullara və göstəriləcək xidmətlərə olan tələb baxımından inkişaf perspektivlərini, müəssisənin iqtisadi və sosial inkişafının təmin edilməsinin və işçilərin şəxsi gəlirlərinin artınlması- ııın zəruri səviyyəsini müəyyən edirlər. Planlar əsasında müqavilələr

114 Vaqif NiftuHayev. Sahibkarlığın əsaslan

tərtib edilməklə müstəqil olaraq məhsul, əmtəə və xidmətlərin istehlakçıları (alıcıları), həmçinin məhsul istehsalı üçün zəruri olan material və mal göndərənlərlə müstəqil olaraq imzalanır. Bu tip və digər xarakterli müqavilələr müvafiq dövlət orqanlan ilə də bağlana bilər.

Qiymətlərin liberallaşdığı hazırkı şəraitdə müəssisə istehsal etdiyi məhsul və yerinə yetirdiyi xidmətlərin qiymətlərini müstəqil olaraq və ya müqavilə əsasında müəyyənləşdirir. Təşkilati-hüquqi formasından asılı olmayaraq kiçik müəssisələrin maliyyə resurslarının formalaşma mənbələrinə mənfəət, amortizasiya ayırmaları, qiymətli kağızların satışından əldə edilən vəsaitlər, kreditlər və qanunvericiliyə zidd olmayan digər ödənişlər daxildir.

Pul vəsaitlərinin saxlanılması və müəssisələrin hesablaşma, kredit və kassa əməliyyatlarının həyata keçirilməsi üçün istehsalçı kredit təşkilatında (bankda) hesablaşma və digər hesablar aça bilər. Banklar və ya onun ərazi şöbələri müəssisələrin tələbnaməsi əsasında hesablaşma hesabı açmağa borcludurlar. Müəssisələr kredit əməliyyatlarına və hesablaşma intizamına görə tam məsuliyyət daşıyırlar. Müəssisələr hesablaşmalar üzrə öhdəliklərini yerinə yetirmək iqtidarına malik olma- dıqda məhkəmə qaydalarında ödəniş qabiliyyətini itirmiş (bankrot) elan edilir. Bu proses isə “Müflisləşmə və iflas haqqında” Qanuna uyğun həyata keçirilir.

Kiçik müəssisələr ümumi əsaslarla xırda partiyalarla müqavilələr bağlamaq hüququna malik olduğundan valyuta hesabı da aça bilərlər. Mövcud qaydalara uyğun olaraq kiçik müəssisələr dünya bazarına sərbəst çıxış imkanına malik olub valyuta gəlirləri də əldə edirlər.

Müəssisədə işləyənlərin əmək haqqının həcmi, forma və sistemləri, həmçinin onların gəlirlərinin digər növləri kiçik müəssisələr tərəfindən müstəqil şəkildə müəyyənləşdirilir. Müəssisə əmək haqqının minimum həcmindən və eyni zamanda orta əmək haqqı səviyyəsindən az olmamaqla əmək haqqı və əmək şəraiti, həmçinin müəssisənin təşkilati-hüquqi formalarından və mülkiyyət növlərindən asılı olmayaraq işçilərin sosial müdafiəsi ilə bağlı tədbirləri həyata keçirir. Bütün bunlara uyğun olaraq onlar öz işçiləri üçün əlavə məzuniyyət, iş günlərinin ixtisarını və digər güzəştlərin verilməsini, həmçinin təşkilat üzvlərinin həvəsləndirilməsi ilə bağlı tədbirləri sərbəst müəyyənləşdirmək imkanına malikdirlər.

Bundan əlavə qanunvericilik əsasında kiçik müəssisə öz işçiləri üçün təhlükəsiz əmək şəraiti təmin etməyə borcludur. İşçilərə dəyən zərərə, sağlamlığını və əmək qabiliyyətini itirməsinə görə qanunveri- pilik əsasında məsuliyyət daşıyırlar.

Kiçik müəssisələrin işçiləri, sosial və tibbi sığortaya cəlb edilir və dövlət müəssisələrinin işçiləri üçün nəzərdə tutulan bütün növ sosial təminat hüququna malikdirlər. Bu baxımdan kiçik müəssisələr sosial və tibbi sığorta haqlan ödəyirlər.



VI fəsil. Kiçik müəssisalərin sahibkarlıq faaliyyəti 115

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə