Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 3. Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektləri qarşısında məsuliyyət



Yüklə 1,54 Mb.
səhifə72/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   68   69   70   71   72   73   74   75   ...   444

§ 3. Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektləri qarşısında məsuliyyət


Nəzəri və praktik araşdırmalar göstərir ki, məsuliyyətin bu növü hər şeydən əvvəl vətəndaşların hüquqi normalan vasitəsi ilə tənzimlənir. Bu məsələlər üzrə əsas norma ölkənin Konstitusiyası və vətəndaşların hüquq kodeksi hesab edilir. Nəzərdə tutulmuş hüquq qaydalan üzrə məsuliyyət təsərrüfat münasibətlərinin iqtisadi tənzimləmə metodlarına aid edilir. Bu münasibətlər hər şeydən əvvəl əmlak xarakteri daşıyır və müqavilə münasibətlərini pozan subyektlərə iqtisadi təsir vasitəsi ilə həyaDövlət idarəetmə orqanları qarşısında məsuliyyət formasından fərqli olaraq sahibkarlar vətəndaş-hüquqi məsuliyyətinin mahiyyəti ondan ibarətdir ki, bu zaman müəyyənləşdirilən sanksiyalar zərərçəkənlərin xeyrinə həyata keçirilir. Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektlərinin özləri bilavasitə maraqlı tərəflər hesab edilir. Onlar sanksiyaların tətbiq edilməsi ile bağlı tələblər irəli sürə bilərlər. Əgər



VII fəsil. Sahibkarlıq məsuliyyəti 125

cavabdeh tərəf irəli sürülmüş tələblərə əməl etməzsə, onda qaldırılan iddialar arbitraj məhkəməsində həll edilməlidir. Müqavilə münasibətlərində sahibkarlar, kreditorlar və ya borclular iştirak edirlər.

Vətəndaşlann məsuliyyətinin xarakterik cəhətləri ölkə konstitusiyası və mülki qanunvericiliyin mahiyyəti ilə şərtlənir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, vətəndaşların məsuliyyəti cəzalandırıcı xarakterə deyil, kompensasiya xarakterinə malik olmalıdır. Burada əsas məqsəd ekvivalent əsasında zərərçəkmiş təsərrüfat subyektlərinin əmlak maraqlannm bərpa edilməsidir. Sahibkarların məsuliyyəti haqqında mövcud qanunvericiliyə uyğun olaraq vahid norma nəzərdə tutulur. Bu proses təsərrüfat subyektlərinin fəaliyyətinə əsaslanır.

Məsuliyyətin növləri. Müqavilə öhdəliklərinin pozulması hallarına görə məsuliyyət ilk növbədə zərərin ödənilməsini nəzərdə tutur.

Zərər adətən iki formada mövcud ola bilər.

Əgər istehsalda istifadə etmək üçün zəruri olan məhsulun dəyəri sahibkar tərəfindən əvvəlcədən ödənilmişsə və həmin məhsul vaxtında əldə edilməmişsə onda əvvəlcədən ödənilən məbləğ birbaşa zərərə aid edilir. Bundan əlavə əvvəlcədən ödənilən pul vəsaitlərinə görə emal üçün faydalı olmayan xarab olmuş məhsullar göndərilmişsə və bu hesaba müəssisə zərər çəkmişsə həmin xərclər də birbaşa zərər hesab edilir.

Mal göndərənlərdən materiallar və yarımfabrikatlar vaxtı-vaxtında əldə edilmədiyi hallarda sahibkarlar öz istehsal planını və müvafiq olaraq satış funksiyasını yerinə yetirə bilmir və nəticədə istehsalçı mənfəət əldə etməkdən məhrum olur və səmərəlik aşağı düşür.

Sahibkarlıq fəaliyyətində və ümumiyyətlə müəssisələrin təsərrüfat- maliyyə fəaliyyətində yaranan birbaşa zərərin müəyyənləşdirilməsi mürəkkəb proses deyildir. Lakin dolayı xərclərin hesablanması həmişə asan başa gəlmir. Ona görə də dövlət mülkiyyətinin hakim mövqe tutduğu şəraitdə dolayı zərərin hesablanması çox zaman həyata keçirilmir.

Bazar münasibətləri şəraitində zərərin ikinci növündə nəzərdə tutulmuş qaydaların əhəmiyyəti və rolu artır. Bu proses onunla əlaqədardır ki, sahibkar öz fəaliyyətini əsasən mənfəət əldə etmək baxımından həyata keçirir. Ona görə də zərərin bu növünün hesablanması metodikasının işlənib hazırlanması obyektiv zərurət kəsb edir.

Qanunvericilik aktlarında ayrı-ayrı müqavilə növləri üzrə məhdud məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, çox hallarda buraxılmış, əldə edilmiş faydalıq və ya səmərəlilik geri qayıtmır, yəni onun əvəzi ödənilmir. Zərərin tam ödənilməsi o halda fəaliyyət göstərə bilir ki, mövcud münasibətlərlə bağlı qanunvericilik və ya müqavilədə digər proseslər nəzərdə tutulmasın. Hal-hazırda zərərin müəyyənləşdirilməsi ilə bağlı 21 dekabr 1990-cı ildə qəbul edilmiş təsərrüfat müqaviləsinin pozulmasına görə itkilərin (zərərin) araşdırılması metodlarından istifadə edilir. Bu da SSRİ-nin mövcudluğu şəraitində qəbul edilmişdir.

126 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

Cərimə və peniyalar - qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş pul məbləğidir. Bu zaman borclu olan təsərrüfat subyekti müqaviləni icra etmədiyinə və ya onun icrasını gecikdirdiyinə görə kreditorlara müəyyən həcmdə pul vəsaitləri ödəyir. Bu halda zərər bəzən hissə-hissə və bəzən də tamamilə ödənilir.

Qanunvericiliyə və müqavilələrə uyğun olaraq aşağıdakı hallar nəzərdə tutulur: yalnız cərimələrlə cəza; zərər cərimələrə nisbətən yüksək məbləğdə ödənilir. Cərimə və peniyalarm ödənilməsi “Mənfəət yə zərər” hesabını əhatə edir və satışdan xərclərə aid olunur.

Ölkədə bazar sturukturlarının formalaşması və bazar münasibətləri sisteminin inkişafı ilə əlaqədar olaraq müqavilə münasibətlərində iştirakçı tərəflərin hüquqi məsuliyyətinin tətbiqi qaydasında da müəyyən dəyişikliklər baş vermişdir. Belə ki, əgər əvvəllər müqavilə iştirakçıları yalnız sanksiyaların həyata keçirilməsində iştirak edirdilərsə, hazırda bu baxımdan şərait dəyişmişdir. Hazırda sahibkarlar müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə sanksiyaları özləri müəyyən edir və müqavilənin əlverişliliyini özləri araşdırırlar. Bu cür razılaşma- lan çox zaman müqavilə cərimələri də adlandırırlar.

Dünya ölkələrində müqavilə cərimələri ilə yanaşı qanuni cərimələr də mövcuddur. Bu da öhdəliklərin müəyyən növlərinə görə münasibəti özündə əks etdirir. Cərimələr imperativ normalarla müəyyənləşdirildiyindən tərəflərin razılığından asılı olmayaraq həyata keçirilir.

Qanuni cərimələrin məbləği tərəflərin razılığı ilə qadağan qoyulmadığı təqdirdə (müqaviləds) artırıla bilər.

Əgər müqavilədə bir neçə sahibkar iştirak edirsə, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmadığı təqdirdə onlann məsuliyyəti xüsusi çəkiyə əsasən müəyyənləşdirilir. Qanun və ya müqavilədə həmçinin salidar (birgə) məsuliyyət də nəzərdə tutulur. Bu halda kreditorlar müqavilədə iştirak edən hər hansı borclu müəssisədən borcunu tələb etmək hüququna malikdirlər. Öz növbəsində borclular da kreditorlar qarşısında öz həmkarları ilə məsuliyyətləri bölüşdürürlər.

Vətəndaş-hüquqi məsuliyyətin şərtləri. Müqavilə öhdəliklərinin vaxtında icra edilməsinə və ya yerinə yetirilməsinə görə məsuliyyət avtomatik olaraq həyata keçirilir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir: bilvasitə məsuliyyət daşıyan şəxslərin öhdəliklərini qanuna zidd olaraq keçirməsi; zərərin yaranmasına gətirib çıxaran qanunsuz fəaliyyətlə onu doğuran səbəblər arasında əlaqə; qayda pozanın günahı.

Məsuliyyəti doğuran səbəblərin aşkar edilməsi praktikada böyük əhəmiyyət kəsb edir. Məhsulun göndərilmədiyi şəraitdə sahibkar eldə edilməmiş mənfəətə görə zərər haqqında mal göndərənlərə iddia qaldırır. Çünki məhz bu səbəblər üzündən istehsal və satış planının yeti- rilməməsi hallan müşahidə edilir.

Əgər sahibkarlaq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunda və müqavilədə heç bir tələb nəzərdə tutulmursa, onda sahibkar




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə