Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə67/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   63   64   65   66   67   68   69   70   ...   444
f 7 /əsi/. Kiçik müəssisələrin sahibkarlıq fəaliyyəti 119

da. Müflisləşmə haqqında və s.) qəbul edilmiş, demək olar ki, islahatların hüquqi bazası formalaşmışdır.

Bundan əlavə problem doğuran məsələlərdən biri də kiçik müəssisədə təsərrüfat fəaliyyətinin dərin təhlilinin aparılmamasıdır. Fəaliyyətin nəticələri ilə bağlı hesabat sənədlərinin olmaması bu sahədə vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

Kiçik müəssisələrin texniki təchizatı kifayət qədər etibarlı deyildir. Kiçik müəssisələr üçün nəzərdə tutulan və onlann spesifik xüsusiyyətlərini nəzərə alan maşın, avadanlıq və digər əsas istehsal vasitələri demək olar ki, yox dərəcəsindədir. Bundan əlavə kiçik müəssisələrin yüksək texnologiyalara nail olması məhdud xarakter daşıyır. Bu İSƏ bilavasitə onunla əlaqədardır ki, yüksək texnologiyanın əldə edilməsi üçün külli miqdarda maliyyə xərcləri tələb olunur.

Kiçik müəssisələrin inkişafında daha bir mühüm problem-kadr problemi hesab edilir.

Sahibkarlıq fəaliyyətinin sosial müdafiəsi də ən mürəkkəb problemlərdən biridir. Məlumdur ki, əvvəllər ictimai fondların bölgüsü itsasında mövcud olan sosial təminat sistemi bazar münasibətlərinə keçidin hazırkı dövründə tamamilə dağılmışdır.

Məlumdur ki, əhalinin gəlirlərinin azalması istehlakın strukturunun nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə gətirib çıxarmışdır. (iəlirlər əsas etibarilə ilkin tələbat məhsullarının, hər şeydən əvvəl, qida məhsullarının eldə edilməsinə və kommunikasiya xidmətinin haqqının ödənilməsinə yönəldilir. Bu proses mahiyyət etibarilə kiçik sahibkarlığa da aiddir. Əgər əvvəllər onların gəlirləri yığıma yönəldilirdisə, islahatın ilkin mərhələsindən sonra məcburi olaraq istehlaka yönəldilməyə başladı.



120 Vaqif Niftullayev. Sahibkarlığın dsasları

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə