Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 4. Kiçik biznesin problemləri və onun aradan qaldırılması yolları



Yüklə 1,54 Mb.
səhifə66/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   62   63   64   65   66   67   68   69   ...   444

§ 4. Kiçik biznesin problemləri və onun aradan qaldırılması yolları


İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kiçik müəssisələr öz fəaliyyətində böyük çətinliklərlə qarşılaşır. Kiçik müəssisələrin inkişafında əsas proablem onların istər maddi-texniki, istərsə də maliyyə cəhətdən kifayət qədər resurs bazasına malik olmamasıdır. Praktik olaraq xalq təsərrüfatının bu yeni sektorunun inkişafına, demək olar ki, sıfırdan başlanır. Keçən onilliklər ərzində bu sektor nəzərəçarpa- caq dərəcədə mövcud olmamışdır. Bu prosesin səbəblərindən biri də sahibkarların hazırlanmaması ilə bağlıdır. Bundan əlavə əhalinin əsas kütləsi əmək haqqı ilə yaşadığından işgüzar fəaliyyəti həyata keçirmək üçün tələb olunan ehtiyat maliyyə vəsaitlərinə malik olmamışdır. Bu vəsait isə indinin özündə də axtarılır və ona kəskin ehtiyac duyulur. Dövlət büdcəsinin hədsiz dərəcədə gərgin vəziyyəti bu sahədə vəsait mənbəyi rolunu oynamağa imkan vermir. Bu zaman isə yeganə ümid kredit resurslarına qalır. Bu isə hər hansı problemin həllində mühüm rol oynayır, daimi və artan inflyasiya şəraitində çətinliklə re- alllaşdırılır.

Bu sahədə vəziyyət acınacaqlı olsa da, bunu müsbət istiqamətə yönəltmək mümkündür. Vəziyyəti o zaman dəyişmək olar ki, sözdən işə keçilsin və konstruktiv olaraq kiçik biznesə iqtisadi yardım göstərilsin. Onu da qeyd etmək lazımdır ki, kiçik müəssisələrin yaradıldığı əvvəlki dövrlə müqayisədə onların maddi-texniki və maliyyə resurslarının həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Lakin bu resursların həcmini daha da artırmaq mümkündür. Bu məqsədlə ilk növbədə cəmiyyət üçün əlverişli olan prioritetlərin seçilməsi və əməli olaraq tətbiq edilməsi tələb olunur. Xarici iqtisadi fəaliyyət də daxil olmaqla güzəştli kreditləşmə və güzəştli vergiqoyma mexanizmi hazırlanmalıdır. Sahibkarlığın inkişafına əlverişli şərait yaradılması istiqamətində xalqın tələbatının təmin edilməsi ön plana çəkilir.

Kiçik sahibkarlığın inkişafında növbəti problem qanunvericilik bazasının mövcudluğudur. Hazırda bir sıra MDB ölkələrindən fərqli olaraq respublikamızda bazar münasibətlərinə keçidlə bağlı bir sıra qanunlar (Mülkiyyət haqqında. Torpaq islahatı haqqında, İcarə haqqın


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə