Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 3. Kiçik biznesə dövlət köməkliyi



Yüklə 1,54 Mb.
səhifə65/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   61   62   63   64   65   66   67   68   ...   444

§ 3. Kiçik biznesə dövlət köməkliyi


Kiçik müəssisələrə dövlət yardımı formaları. Qeyd ttmək lazımdır ki, müasir şəraitdə iqtisadiyyatın sağlamlaşdırıİmasında kiçik müəssisələrin rolu kifayət qədər hiss edilmir. Bütün bunlar isə ilk növbədə istehsalın ümumi böhranı və təsərrüfat-iqtisadi əlaqələrinin dağılması ilə izah edilir. Eyni zamanda belə bir fakt da danılmazdır ki, bu müəssisələrə dövlət yardımının vəziyyəti də istənilən səviyyədə deyil. Bundan əlavə kiçik müəssisələr arasında bazardakı mövcud vəziyyətin müntəzəm dəyişməsindən asılı olaraq qeyri sabit sahibkarlıq strukturu mövcuddur. Bu arzuolunmaz proseslərin aradan qaldırılmasında müxtəlif istiqamətli dövlət yardımlarına ehtiyac duyulur. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində kiçik biznesə dövlət yardımı üzrə xüsusi fondlar fəaliyyət göstərir. Məsələn, Yaponiyada büdcənin hissəsindən bu məqsədlə 2-3 milyard dollar vəsait ayrılır. İqtisadi praktikada istehsalın xırda formalarına, daha doğrusu kiçik biznesə dövlət yardımının əsas forması kimi mənfəətdən vergi güzəştləri tətbiq edilir. Hal-hazırda kiçik biznesin ən mühüm problemlərindən biri onlara tətbiq edilən vergi növlərinin istehsalın stimullaşdırılmasmda rolunu yüksəltməkdən ibarətdir.

Müasir şəraitdə xırda biznesin fəaliyyətinə təkan verən amillər- ılən biri də laeditləşmədir. Kreditlər girovlar və ya təminat məktubla- n vasitəsilə verilir. Kiçik müəssisələr isə əksər hallarda bu məktubları təqdim edə bilmirlər. Kiçik müəssisələrin ittifaqlarının yaradılması üçün xüsusi fondlar təsis edilir. Bu fondlardan da müəssisələr kreditlər götürərkən heç bir girov və təminata ehtiyac qalmır. Hazırda bilavasitə xırda biznesə xidmət edən xüsusi banklar istisnalıq təşkil edir. Bu baxımdan xüsusiləşmiş kiçik müəssisələr daha çətin vəziyyətdədirlər. Kreditlər əldə etmək üçün müvafiq imkanların məhdudluğu isə digər müəssisələrlə rəqabət aparmaq imkanlarını aşağı salır.

İnkişaf etmiş Qərb ölkələrinin əksəriyyətində dövlət tərəfindən kiçik biznesə xüsusi strukturlar və fondlar vasitəsi ilə güclü maliyyə- kredit yardımı göstərilir. Məsələn, Amerika Birləşmiş Ştatlarında xırda və orta firmalar üçün kredit strukturlan mövcuddur.

Bundan əlavə, kiçik müəssisələrin mənafeyini müdafiə edən müxtəlif təşkilati yardım formları da mövcuddur. Bu məqsədlə kiçik müəssisələrin assosiasiyaları, kiçik sahibkarlığın inkişafına yardım fondları, kiçik və orta müəssisələrin ümumdünya assosiasiyası, xırda biznesin inkişafına müxtəlif yardım fondları yaradılır. Eyni zamanda kiçik sahibkarlığın inkişafı üçün çoxsaylı yardım fondları da fəaliyyət göstərir. ()nlar özlərinin xüsusi problemləri ilə məşğul olduğundan kiçik müəssisələrə real köməklik göstərə bilmirlər. Bundan əlavə kiçik müəssisələr informasiya xidmətinə, kadrların hazırlanmasına, güzəştli bank kreditlərinə və digər köməkliklərə də kəskin ehtiyac hiss edirlər.

116 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

Dövlət tərəfindən kiçik biznesə birbaşa və təminatlı öhdəliklər yolu ilə maliyyə-kredit yardımına da xüsusi diqqət yetirilməlidir. Kiçik müəssisələrə birbaşa borclar müəyyən müddətə, aşağı faiz dərəcələri ilə verilir. Birbaşa borclann verilməsi zamanı kreditə görə faiz dərəcələri ssuda kapitalı bazarındakı mövcud dərəcədən aşağı olur. Təminatlı borclar kreditorlara borc kapitalının 90%-nə dövlət təminatı müəyyən edilməklə verilir. Beləliklə, məhz bu vasitələrlə dövlət xüsusi bankları, ticarət və sənaye korporasiyalarını, sığorta şirkətlərini, pensiya fondlarını xırda firmalara kredit verilməsinə həvəsləndirməyə cəhd göstərir.

İqtisadi praktikada kiçik biznesə dövlət yardımının digər formaları da mövcuddur: kiçik müəssisələrin dövlət sifarişi ilə təmin edilməsi (əgər belə zərurət yaranarsa), sənayenin zəif inkişaf etdiyi sahələrdə müəssisələrə güzəştlər verilməsi.

Hazırda kiçik sahibkarlıq formalarının inkişafı əsas etibarı ilə vasitəçilik sferasında və əhəmiyyətli kapital qoyuluşu tələb olunmayan ticarət, ictimai iaşə, fərdi obyektinseçilməsi, texnikanın xırda təmiri və kənd təsərrüfatı sahəsində xüsusi ilə nəzərə çarpır. Bunlarla yanaşı güclü bazarlardan fərqli olaraq bu sahədə elmi-texniki yeniliklərə və informasiyaya ciddi ehtiyac duyulmur. Bütün bunlar bir tərəfdən konkret problemə dövlət idarəetmə strukturları tərəfindən kifayət qədər diqqət yetirilməməsi, xırda elmi-texniki biznesin inkişafını təmin edən hüquqi aktların olmaması, digər tərəfdən isə elmi-tədqiqat institutlan- nın dövlət inhisarında olması və elmi sferanın kifayət qədər maliyyə- ləşdirilməməsi ilə şərtlənir. Bu isə nəticədə elm sahəsində dövlət inhisarına və bu sahənin maddi sferada kifayət qədər tətbiq strukturuna malik olmamasına gətirib çıxarır.

Xarici ölkələrdə kiçik biznesə yardım. Xarici ölkələrdə kiçik biznesə yardımla bağlı ABŞ-m innovasiya biznesinin inkişaf təcrübəsi daha maraqlıdır.

Qeyd etmək lazımdır ki, 80-ci ildən etibarən ABŞ-da fərdi və qrup xarakterli innovasiya biznesi güclü inkişaf etmişdir. Kiçik innovasiya istehsalı alimlərin, mühəndislərin, ixtiraçıların yeni elmi-texniki ideyaların kommersiyasına əsaslanan kiçik innovasiya müəssisələrinin xüsusi əməyi əsasında təşkil edilir.

Çoxsaylı kiçik innovasiya müəssisələri ABŞ-da elmi-tədqiqat və konstruktor kompleksində, dövlət laboratoriyalarında və müxtəlif sahə strukturlarında geniş inkişaf etmişdir. ABŞ təcrübəsi göstərir ki, kiçik innovasiya biznesinin resursla təmin olunmadığı şəraitdə onun mövcudluğunun mühüm faktoru onlara yardım formasının təşkilidir. Bu yardım formasının əsas istiqamətləri aşağıdakılardır:

- maliyyə yardımı (risk kapitalının çoxsaylı və mümkün mənbələrinin mövcudluğu):

l 'l fəsil. Kiçik müəssisələrin sahibkarlıq fəaliyyəti 117


  • maddi-texniki istehsal vasitələrinin - bina və qurğuların, texnikanın, nəqliyyat vasitələrinin və s. güzəştli şərtlərlə icarəyə verilməsi və onların əldə edilməsi imkanları;

  • informasiya (informasiya qurğularından texniki kitablardan istifadə imkanlarının təmin edilməsi);

  • konsultativ (vergiqoyma, sığorta, planlaşdırma, marketinq s.) məsələləri üzrə xırda innovasiya müəssisələrinin təşkilinə istiqamətləndirilmiş xüsusi konsultativ xidmətlərin inkişafı.

Kiçik biznesin innovasiya fəaliyyətinin stimullaşdınlması siyasəti dövlət idarəçiliyinin bütün səviyyələrində həyata keçirilir. Bu sahədə an başlıca dövlət siyasəti innovasiya iqtisadiyyatının yaradılması, yeni lirmalarm yaradılması və inkişafı üçün əlverişli iqtisadi, hüquqi, təşki- lati, psixoloji və digər şərtlərin təmin edilməsidir. Bu da ilk növbədə elmi-texniki yeniliklərin kommersiyalaşması ilə bağlıdır.

Mövcud olan iri biznesin təşkili və iqtisadi fəaliyyətinin tənzim- lanməsindən fərqli olaraq dövlət əsas səylərini xırda innovasiya mü- ossisələrinin yaradılmasının başlanğıc mərhələsinə yönəldir.

Dövlətin kiçik bizneslə bağlı innovasiya siyasətinin başlıca məzmunu xırda firmaların etibarlı maliyyə mənbələrinə istiqamətlənməsi və maliyyə kütləsinin tənzimlənməsindən ibarətdir. Burada iki əsas istiqamət fərqləndirilir: birincisi, büdcənin məqsədəuyğun subsidiyalarının həyata keçirilməsi; ikincisi, xırda firmaların inno- vasiya fəaliyyətinin maliyyələşdirilməsinə xüsusi kapitalın cəlb edilməsi.

Büdcədən məqsədyönlü maliyyələşmə yeni məhsullann hazırlanması və texnologiyalann işlənməsi ilə əlaqədar kontraktlann bağlanması və güzəştli borcların verilməsi yolu ilə geri qaytarılan subsidiyalar formasında həyata keçirilir.

Bütünlükdə kiçik biznesə ABŞ-da ümumi federal xərclərin 3,5-4 faizi sərf edilir. Geri qaytarılmayan subsidiya proqramları ABŞ-da əsasım iki federal idarə - ”Kiçik biznes fəaliyyəti üzrə idarə” və “Milli elm fondu” vasitəsilə həyata keçirilir.

Güzəştli borcların verilməsi proqramı birbaşa borclar formasında kommersiya banklarının borclarında iştirak və kommersiya bankları- um borclarına təminat verilməsi yolu ilə həyata keçirilir. Amerika |)iaktikası göstərir ki, dövlət idarələri vasitəsi ilə həyata keçirilən Imbaşa subsidiya formaları kifayət qədər çevikliyə və operativliyə malik olmur.

ABŞ-da xırda innovasiya biznesi ilə əlaqədar dövlətin innovasiya siyasətinin ikinci mühüm istiqaməti maliyyələşmə üçün xüsusi kapitalın cəlb edilməsidir. Bütün bunlar isə vençur kapitalı şirkətləri vasitəsi ılo reallaşır. Vençur maliyyələşməsi ABŞ-da müharibədən sonrakı (lovrdə və 70-ci illərin sonunda daha geniş inkişaf etmişdir. Hal-hazırda vençur maliyyələşməsi şirkətinin üç tipi mövcuddur: kooperativ;

118

müstəqil və xüsusi (kiçik biznesin innovasiya şirkəti). Vençur kapitalı səhmdar kapitalı formasında yerləşdirilir.

Ən kiçik innovasiya biznesinə vergi və amortizasiya güzəştləri tətbiq edilir. Bu da kiçik firmalar üçün mühüm əhəmiyyət kəsb edən ilkin yardım hesab edilir. Hazırda vergi güzəştləri ənənəvi olaraq iri b- iznes sahəsində də tətbiq edilir. Eyni zamanda 70-ci illərin sonu və 80- ci illərin əvvəlində spesifik tələbatı nəzərə almaqla xırda biznes üçün daha çox güzəştli şərtlər tətbiq edilməyə başlandı.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə