Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə26/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   22   23   24   25   26   27   28   29   ...   130

illətə  yalvarmaq  istəyi.  Fəqət  əfsus,  həzar  əfsus,  bənim  təbiətim,  ya-
radılışın bütün-bütün bu illətdən qaçar, bu zillətdən qorxar. Bən ham-
mallığı,  xidmətkarlığı  pək  ziyadə  sevərim,  fəqət  belə  dövri  hürriyyət 
bə  zamani  səadətdə  bənliyimi  satmaq,  əsri  olmaq  istəməm”  yazan 
şairin “əsiri olduğu şey həqiqət və məhəbbət” (4, 34) olub.  
H.Cavidin hər hansı tarixdə olursa-olsun, müsəlman dünyasının 
göz bəbəyi sayılan İstanbula ticarət üçün göndərilməsi taleyinin onun 
üzünə gülməsi olub.  
İlk  məktubundan  beş-altı  ay  sonra  “fəzilətli  əfəndim”  –  deyə 
müraciət etdiyi Qurbanəli Şərifzadəyə göndərdiyi ikinci məktubundan 
(1906,  2  oktyabr)  onun  “İstambula  varandan  bir  həftə  sonra  gəbələri 
və  səccadələri  gömrükdə  topdan  bir  avropalıya  satdığını  və  bir  az  da 
mənfəət  etdiyini,  Validəxanaya  gələndən  sonra  əylisli  Ağa  Məhəm-
məd  Tağı  və  iki  nəfər  təbrizli  bulub,  bir  şirkət  binası  “qoyduğunu”, 
“təbrizliləri  Təbrizə  göndərdiyini”,  “Məhəmməd  Tağını  isə  şurada 
saxlayıb əlində alət kimi qollan”dığını”, “ayda bir-iki barxana Təbrizə 
çay  yollayıb  və  Təbrizdən  və  Qafqazdan  bəzi  şeylər  istəyib  topdan 
partiya ilə  dəllal  vasitəsilə  ya  gömrükdə,  yaxud tişarıda satdığını” (4, 
38)  öyrənirik.  Birinci  məktubun  davamı  kimi  görünən  bu  məktubda 
yazılanlardan  görünür  ki,  buradakı  beş-altı  ay  ərzində  gənc  Hüseyn 
artıq  İstanbul  mühitinə  alışmış,  “özünə  müəyyən  bir  yol  açmış,  yeni 
adamlarla  tapışıb  dostlaşmış  və  məqsədinə  doğru  hərəkətə  başlamış-
dır” (4, 36). Burada İstanbul mühitinin gənc Hüseynin dilinə təsiri də 
hiss  olunur.  Artıq  birinci  məktuba  nisbətən,  ikinci  məktubda  fars 
sözlərinin  azalması  və  osmanlı  türk  sözlərinin  artması  da  görünmək-
dədir. “Bu da təbiidir, çünki İstanbula təhsil almağa gəlməkdə Hüseyn 
Rasizadənin əsas məqsədi osmanlıcanı mükəmməl öyrənmək, osamanlı 
türk  ədəbiyyatı,  tarixi,  mədəniyyəti  və  sairəylə  yaxından  tanış  olmaq 
idi” (4, 36) və buna nail olmuş, universitetə girməzdən əvvəl Türkiyə-
nin məşhur filosofu Rza Tovfiqdən dərs almış, “hürriyyət alınır-alınmaz 
Rza Tevfiq bəy Ədirnə məbusu untixab” və “darülfünun ədəbiyyat şö-
bəsinə professor təyin edildiyindən” Cavidin ondan dərs almağı o qədər 
də uzun sürməmiş, “rəmazanda darülfünuna məhz Rza bəyin təqdimi ilə 
ədəbiyyat şöbəsinə qeyd və qəbul olunmuşdu” (4, 47). 
O, Türkiyədən yazdığı məktublarda hansı fənləri – Osmanlı ədə-
biyyatı,  fars  ədəbiyyatı,  fəlsəfə,  ümumi  ədəbiyyat  tarixi,  coğrafiya, 
məntiq  və  tarixi  öyrənməsini,  həmçinin  “Qafqazyadan  təhsilə  gəlmiş 
ağaları,  əfəndiləri  bir-bir  arayıb  aqibət  bir  kaçını  bulması  və  hər  iki 
gündən  bir,  bir  yerdə  olub,  söhbət  etməsi”  haqqında  da  böyük  bir 
həvəslə məlumat vermiş, Boğazın möhtəşəm görünüşündən böyük bir 


heyranlıqla  bəhs  edib:  “Boğaz,  nə  boğaz!...  Allah  zeval  verməsin... 
Cayi həmə və əzizan xali” (4, 38). 
Son  məktublarında  (1909-cu  il,  10  mart)  tezliklə  təhsilini  bi-
tirəcəyi haqqında məlumat verən Cavid Q.Şərifzadədən İrəvanda türk-
cə təhsil haqqında ona məlumat verməsini rica edir. Bu məktubdan bir 
az  sonra  Cavidin  Q.Şərifzadənin  20  may  tarixli  məktubuna  cavab 
olaraq  14  iyun  1909-cu  ildə  İstanbuldan  “yalnız  kəndiniz  oquyacaq-
sınız....” (3, 325) – qeydi ilə yazdığı 6 səhifəlik məktubda Cavidin və-
tənə  dönmək  arzusunda  olduğu  və  gələcəyi  ilə  bağlı  “ideya  atası”  ilə 
məsləhətləşdiyini,  “marta  qədər  Qafkasyayı  ziyarət  edəcəyini,  yavaş-
yavaş İstanbuldan soyuduğunu” (3, 325) “kəndinə dair sizə bir məslə-
hət  etmək  istədiyini  və  təhsilini  bitirdikdən  sonra  vətənə  xidmət  ar-
zusunda olduğunu, “əgər mümkün olsa, əvvəl Tiflis, sonra İrəvanda” 
(3,  327)  çalışmaq  istədiyini  (təbii  ki,  Q.Şərifzadənin  bunlardan  hər 
hansını məsləhət  görsə,  şair üçün məqbul  olacaq  –  L.Əsgərzadə),  İs-
tanbulda qalıb “üç-dörd sənə qədər dəxi həm tədris, həm tədərrüs edə 
biləcəyini”, lakin o zaman da “validəm, vətənim, vətəndaşlarım bütün 
unutulacaq  hala  gələcəyi”  –  fikrindən  əndişələndiyini  öyrənmiş  olu-
ruq.  Şair  bu  məktubdan  sonra  5  mart  1910-cu  il  tarixində  Q.Şərif-
zadəyə  səkkizinci  məktubunu  yazır.  Əziz  Şərif  bu  məktubun  İstan-
buldan  yazıldığına sübhə etmir. O  yazır: “Heç şübhəsiz, oxucular bu 
məktubun  xalis  osmanlı  ləhcəsində  olduğunu  duymuşlar.  1906-cı  il 
mayda  yazılmış  ilk  məktubundan  tutmuş  1910-cu  il  martda  yazılmış 
bu  son  məktuba  qədər  bütün  səkkiz  məktubu  tutuşduranda  müəllifin 
İstanbulda  yaşayıb  təhsil  aldığı  bu  dörd  ilin  ərzində  necə  də  yavaş-
yavaş osmanlı ədəbi dilinə alışdığını, yeni ifadə tərzini mənimsədiyini
nəhayət, Hüseyn Salikin Hüseyn Cavidlə əvəz edildiyini açıq görmək 
olur” (4, 63). 
H.Cavid məktubunda Naxçıvana dönmək istəmədiyini, Tiflis və 
ya  İrəvanda  işləmək  arzusunda  olduğunu  yazsa  da,  1910-cu  ildə 
Türkiyədən vətənə qayıdan şair bir müddət Naxçıvanda çalışıb, “Rüş-
tiyyə”də  dərs  deyib.  1910-cu  ildə  Caviddən  xüsusi  dərs  alan 
görkəmli  səhnə  ustası,  professor  Rza  Təhmasib  şairin  öz 
şagirdləri ilə həvəslə çalışdığını xatırlayır” (8, 28). 
Təəssüf ki, şairin şəxsi arxivi məhv edilib. Əgər belə olmasaydı, 
Q.Şərifzadənin  Cavidə  yazdığı  cavab  məktublarından  onun  ədibə 
verdiyi məsləhətlərlə tanış olardıq.  
 
 
 


ƏDƏBİYYAT 
 
1.
 
Bayramlı A. Bənzərəm bir qocaman dağa ki... Bakı: 2019. 
2.
 
Məmmədquluzadə Cəlil. Xatiratım. Bakı: “Gənclik”, 1971. 
3.
 
Cavid H. Əsərləri. 5 cilddə, V cild. Bakı: “Elm”, 2007. 
4.
 
Şərif Ə. Keçmiş günlər. Bakı: “Yazıçı”, 1986. 
5.
 
Turan A. Cavidnamə. Bakı: 2010. 
6.
 
Xəlilov  F.  Cənubi  Azərbaycan  şairi  Mirzə  Əli  Möcüz.  Bakı:  “Elm  və 
təhsil”, 2010. 
7.
 
Əvətоğlu Fəthi T. Ömər Nаci. Аnkаrа: 1987. Kültür ve Turizm Bаkаnlığı. 
8.
 
Cəfər M. Hüseyn Cavid. Bakı: Azərnəşr, 1960. 
 
Lutviyye Asgarzade 
 
AUTOBIOGRAPHICAL ASPECTS  
OF HUSEYN JAVID’S EPISTOLARY HERITAGE 
 
Summary 
 
In  the  article,  the  study  of  Javid's  scholarly  biography  explored  from  20-30 
years of the last century, in the period of independence is noted as important issue. 
At the same time the article deals with importance of epistolary heritage in the study 
of poet’s scholarly biography. 
The works reflecting the memoir literature, memories of contemporaries and 
autobiographical  moments,  the  thoughts  of  close  friends,  critical  materials,  the 
relationships  of  writer  with  his  contemporaries,  the  letters  written  them  are 
important  in  the  study  of  scholarly  biography.  His  epistolary  heritage  deals  with 
autobiographical  moments,  the  prominent  persons  who  played  an  important  role  in 
his  life,  the  society  and  the  place  of  his  birth.  In  his  works  he  had  attitude  to  the 
historical events, shared his ideas with contemporaries. 
 
Лютвия Аскерзаде 
 
АВТОБИОГРАФИЧЕСКИЕ МОМЕНТЫ  
В ЭПИСТОЛЯРНОМ НАСЛЕДИИ ГУСЕЙНА ДЖАВИДА 
 
Резюме 
 
В настоящей статье ставится вопрос о необходимости нового освещения 
научной биографии Г.Джавида в условиях периода независимости, в том числе 
о  значении  в  решении  данной  проблемы  эпистолярного  наследия.  В  отме-
ченном  контексте  анализируются  такие  моменты  в  эпистолярном  наследии, 
как  эпоха,  среда,  окружавшие  поэта  личности,  место  рождения,  отношение  к 
историческим событиям, современникам.  
В заключение делается вывод, что в эпистолярном наследии Г.Джавида 
предстаёт образ поэта как видной личности, преданного человека, настоящего 
друга, благодарного брата, гуманиста, просветителя. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə