elementləri, bədii fikrin obrazlı təsviri ilə məhdudlaşmır, dövr üçün
xarakterik dil qaydaları, nitq etiketləri, söz kombinasiyaları və müra-
ciət formalarını təfsilatı ilə dəyərləndirir.
Türklər arasında Orta Asiya kultunu təmsil edən Xoca Əhməd
Yəsəvinin mistik qabiliyyətləri, mürşiddə fani olmaqla başlayan Al-
lahda baki olmaqla başa çatan müridin ruhi-mənəvi təbiəti, pirin ilahi
əxlaq haqqında fikirləri mənaqiblər üçün zəmin olmuş, möcüzəvi
bacarıq xalq kütləsi arasında övliyaya inam hissinin doğması prosesini
təmin etmişdir. Xoca Əhməd Yəsəvinin erkən yaşlarından etibarən
nümayiş etdirdiyi kəramətlər (qeybə çəkilmək, gələcəkdən xəbər ver-
mək, yoxu var etmək, varı yox etmək, çətin məkanları aşmaq) təkkə
həyatının mistik təsvirini verməklə təriqətin yayılma arealını genişlən-
dirmiş, həmçinin o, ünvanına səsləndirilən ağır ittihamlara hikməta-
miz münasibət bildirərək, dərgahda gender bərabərliyinin qorunma-
sına ciddi-cəhd göstərmişdir.
İlahi eşqin yenilməz carçısı Mövlanə Cəlaləddin Ruminin mənə-
vi kamillik yolunun, daxili ruhi vəziyyətinin təsvirinə əsaslanan “Mə-
naqib-i Sipehsalar” dövrün təsəvvüfi düşüncə tərzi, səma, tövhid, hə-
qiqi eşq, cəzbə halının canlı əksinə xidmət etmiş, mütləq həqiqətin
qəlbdə zühur etməsi fikrinin məntiqi təsdiqinə yönəlmişdir. Allahı
mütləq dərkedilməz kimi qəbul edən Rumi onu bütün məlum şeylərin
yaradıcı kimi təqdim etməklə insan ağlının isə mahiyyəti dərk etmək
gücündə olmadığını ifadə edirdi (3, 476).
Mövlanə Cəlaləddin Rumi-
nin müridlər toplusunun, nəsil şəcərəsinin təzahür etdiyi “Mənaqib-i
Sədrəddin-i Konevi” də “Amellerin tartılacağı mizan haktır”, “Cennet
ve cehennem haktır” fikrini rəhbər tutan nəvəsi Hz.Sədrəddin Kone-
vinin dini-irfani ibarələri, mövləvilik təriqəti əhlinin musiqiyə və şeirə
olan meyili, dərgahdakı və zaviyələrdəki ayin forması, fəzilətli dav-
ranış nümunələri qələmə alınmışdır.
Bəktaşi dərvişlərinin böyük qüdrətinin tərənnümünə yönələn
“Mənaqib-i Hacı Bəktaş-i Vəli”də bəktaşi müridlərinin zikr məclisləri,
Hacı Vəli Bəktaşın təsəvvüfi dünyagörüşü, qəlbin şeytani və nəfsani
düşüncələrdən təmizlənməsi, digər varlıqların unudularaq Allahın
anılması, mütləq həqiqətin qəlbi nurlandırması kimi vacib xüsusiyyət-
lər üzə çıxarılmış, buna paralel olaraq müridlərin ilahi həqiqətin dərki
naminə əqli-küllə doğru cəzbəsi, ruhi və mənəvi irəliləyiş məqamı da-
vam etdirilmişdir.
İlahi gözəlliyi mütləq varlığın sahib olduğu ilahi ünsür olaraq
dəyərləndirən, batini xəlvət, vəhdəti-vücud, əqli-küll, təsəvvüfi düşün-
cə tərzi ilə bağlı fəlsəfi baxışları inanc və dünyagörüşündə cəmləşən,
Şərqdə ilk süni dil hesab olunan “esperanto”nun yaradıcısı Muhyi
Gülşəninin doğum tarixi qaynaqlara əsasən 1528-1529-cu illərə təsa-
düf edir və Ədirnə şəhərində anadan olduğu qeyd edilir. Sufi Xəlilin
zülm və istibdadından cana gələn şirazlı tacir babası Ədirnə şəhərində
məskən salmaqla Məhəmməd Muhyinin erkən dini və dünyəvi bilik-
lərə buradakı mədrəsələrdə yiyələnməsinə şərait yaratmış, ərəb və fars
dillərinə vaqif olması üçün geniş imkanlar açmışdır. İstanbulda yaşa-
yıb dəftərdar vəzifəsində çalışan qardaşının yanına yollanan on səkkiz
yaşlı gənc parlaq qabiliyyəti sayəsində dövrün mötəbər şəxsiyyətləri
olan Şeyxülislam Əbu Səid Əfəndi, Muhyiddin Karamani, Sürurinin
diqqətini cəlb etməyə müvəffəq olmuş, bəzilərinin dini-irfani dərsləri-
nin iştirakçısı kimi zəngin bilik ehtiyatlarına yiyələnmişdir. Təsadüfi
deyil ki, erkən yaşlarından əbcəd hesabına dair mükəmməl bacarığı
ona Seyxülislam Əbu Səid Əfəndi tərəfindən “sahib-i tarix” titulunun
verilməsi ilə nəticələnmiş, dövrünün saray nümayəndəsi olan Heydər
ağa ilə dostluq münasibətləri ədəbi məclislərdə iştirakını təmin etmək-
lə yanaşı, şairlik bacarığının saraya yol tapması üçün vəsilə olmuşdur
(5, 464). Onun cahan şahı Sultan Süleyman Qanuniyə həsr etdiyi türk-
cə və farsca qəzəlləri dövrün poetik ənənələrindən yetərli dərəcədə
agah olan hökmdarın riqqətinə səbəb olmaqla yanaşı, saray dairəsində
Muhyinin qüdrətinin tanınması üçün fürsət olmuşdur. Osmanlı fəthləri
dövründə 1552-1553-cü illərdə Misir qazısının naibi rütbəsi ona hə-
valə olunmuş, Şeyx İbrahim Gülşəninin oğlu Əhməd Xəyali ilə dəf-
tərdar İsgəndər Çələbi vasitəsilə tanışlıqdan sonra naib vəzifəsindən
uzaqlaşmaq istəsə də, Baki əfəndinin xahişi əsasında istəyindən əl
çəkmişdir. Əhməd Xəyalinin təsəvvüfi baxışlarından vəcdə gələn
Muhyi onun müridi kimi irşadına qəbul olunmuş, qısa müddət ərzində
ailə bağlılıqları ilə mürşidinə meyil etmişdir. Göy qübbəsinin sirli
aləminə, kainatın yaradılış mexanizminə olan marağı onu Cəmaləddin
Həzrəci ilə qarşılaşdırmış, nücum elminin dərinliklərinə vararaq astro-
nomik bilikləri əxz etməklə fiziki proses, qanunauyğunluqları şərtlən-
dirməyə çalışmışdır. Vəhdəti-vücud nəzəriyyəsinin banisi Muhyiddin
İbnül-Ərəbinin bəşər tarixini lərzəyə salan “Füsusul-hikəm” əsərini
ömrünün son illərində şərh etməyə cəhd göstərən Muhyi Gülşəni
Allahın məxluqat içində insana xüsusi dəyər verdiyi qənaətinə gəl-
məklə insan ümmətinin davamlı ibadət, şəriət ehkamları, mücahidə
dolu həyat fəlsəfəsinin tədqiqinə maraq nümayiş etdirir. Mənbələrə
istinadən vəfat tarixi 1605-1606-cı illəri əhatə edən Muhyi Gülşəninin
poetik yaradıcılığı irfani, təsəvvüfi baxış prizmasından ilahi həqiqət-
lərin daxili duyğularla qavranılmasını şərtləndirən ruhi mənəvi feno-
Dostları ilə paylaş: |