Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə45/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   41   42   43   44   45   46   47   48   ...   130

nişləndirməklə gələcəkdə Türkiyəyə qarşı müharibədə ittifaq yaratmaq 
niyyətində idi. 
Tarixi  mənbələr  sübut  edir  ki,  I  Şah  İsmayılın  yürütdüyü  məq-
sədyönlü siyasət nəticəsində Səfəvilər dövlətinin beynəlxalq miqyasda 
nüfuzu artmaqla yanaşı, ölkə hüdudlarında yadelli qəsbkarlığına qarşı 
aparılan  silsilə  tədbirlər  məmləkətin  maddi-rifahına  xidmət  edərək 
asayişin  bərqərar  olunmasında  həlledici  amilə  çevrilməkdə  idi.  XVI-
XVII  əsrlərdə  ölkələrarası  idxal-ixrac  əməliyyatının  inkişaf  tempi  öl-
kədə sənətkarlıq və ticarətin tərəqqisini, həmkar sənətkar birliklərinin 
sürətli artımını, tədavüldə qızıl və gümüş sikkələrin işlənməsini, şəhər 
ilə kənd arasında alqı-satqı münasibətlərini şərtləndirməklə yanaşı, iq-
tisadi yüksəlişə xidmət edən bədii-tətbiqi sənət növlərini yenidən can-
landırmaqla sosial rifahın özülünü təşkil edirdi. 
XVI-XVII  əsrlərdə türk dilindən diplomatik  yazışma üslubunda 
istifadə,  dövlət  və  saray  səviyyəsində  yüzlərlə  sənəd  nümunələrinin 
qələmə  alınması  ədəbi  dilin  zənginləşməsinə,  xalqın  nümunəvi  ün-
siyyətinə xidmət edən nitq formasının meydana gəlməsinə, dilin ifadə 
imkanlarının genişlənməsinə səbəb olmuşdur. 
Təzkirəçilik  ənənələrinin  təşəkkül  tapdığı  XVI-XVII  əsrlər  xal-
qın bədii təfəkkür, milli özünüdərk, mədəni irsin qorunması, ədəbi ya-
radıcılıq,  mental  dəyərlər  prizması  baxımından  dövrün  ictimai-siyasi 
hadisələrinə  hamilik  prinsipini  rəhbər  tutmaqla  mühafizəkar  mövqeyi 
ilə  diqqəti  cəlb  edir.  Şairlərin  tərcümeyi-hal  və  əsərlərindən  parçaları 
özündə  ehtiva  edən  bu  məcmuələr  çoxjanrlı  mədəniyyət  nümunələri-
nin, folklor ənənələrinin, bədii düşüncə tərzinin, milli əqidənin sonrakı 
nəsillərə  çatdırılmasında  mənəvi  körpü  rolunu  oynamaqla  ədəbiyyat 
tarixinin qaranlıq məqamlarını işıqlandırmış olur. I Şah İsmayılın oğlu 
Sam  Mirzənin  “Töhfeyi-Sami”,  I  Şah  İsmayılın  nəvəsi  İbrahim  Mir-
zənin  “Fərhəngi  İbrahimi”,  I  Şah  Təhmasibin  “Təzkireyi  Şah  Təh-
masib”  kimi  tarixi  yazıları  dövrün  elm-irfan  adamlarının  təsəvvüfi, 
fəlsəfi,  dini  baxışlarını,  ədəbi  yaradıcılıq  üslublarını,  bədii  düşüncə 
tərzini, özünəməxsus dünyagörüşünü qoruyub saxlayan əlyazma xəzi-
nəsi dəyərindədir. 
Əski türk şaman inam sistemini ideoloji cəhətdən özündə ehtiva 
edən  mənaqiblərin  IX  əsrdən  başlayan  təşəkkülü  həqiqətin  sufi  idrak 
üsulu olan təriqətlərin sürətlə  yayıldığı  XVI-XVII  əsrlərdə fövqəladə 
güc  və  kəramət  sahiblərinə  sirayət  etməklə  övliyaların  həyat  heka-
yələrinin  qaranlıq  məqamlarına  işıq  çiləyir.  Təsəvvüfün  qanun  və 
metodlarını  müəyyən  edən  mütəsəvviflər,  bəzi  fərqliliklər  olmaqla 
yanaşı, ümumilikdə öz adları ilə zikr edilən təriqətləri qurdular (1, 17).
 


Dini əxlaq normalarının təhkiyəvi təsvirini, təsəvvüfi-irfani, sufi ideal-
ların  təbliğini,  vahid  təriqət  daxilində  cəmləşən  mütəsəvvüf  övliya-
ların mənəvi-estetik dəyərlərini tədqiqat obyektinə çevirən mənaqiblər 
təriqətdəki  ədəb-ərkanı,  dərvişin  seyri-süluk  məqamını,  dini  ayinlər 
zamanı icra olunan toplu zikr və virdi öyüd qismində təqdim etməklə, 
şaman əfsanələri ilə mənəvi, ruhi bağlılıq təsiri yaradır. Ən sadə təri-
qətlərdən  ən  mürəkkəb  təriqətlərə  qədər  əsas  qayə  ilahi  kəlimətullahı 
insanların  anlayacağı  bir  dillə,  hərəkətlə  təbliğ  etmək  olmuşdur  (2, 
129).
 
Təriqət  ulularının  xariqüladə  bacarıq  və  qabiliyyətlərini  ehtiva 
edən  mənaqiblər  təriqətin  təbliğini  həyata  keçirməklə  dərviş  axınını 
sürətləndirir, mütləq kamilliyə qovuşmaq  yolunda daxili nəfsin öldü-
rülməsi, ilahi ruhun təcəllisi, psixofizioloji konteksdə riyazət anlamı-
nın  nəzəri-praktik  şərhini  nümayiş  etdirir.  Təriqətlər  özünəməxsus 
ədəb-ərkanı, yolu, zikr şəkli, sosial funksiyaları və dissiplini olan təş-
kilatlardır (2, 129). Təsəvvüfün daha təsirli olmasını, xalq arasında da-
ha sürətli bir şəkildə yayılmasını təmin edən təriqətlər varlıqlarını bü-
tün islam dünyasında günümüzə qədər davam etdirdilər (1, 17). Məna-
qiblərdə  ideal  obraz  kimi  təmsil  olunan  fövqəltəbii  istedad  sahibləri 
olan təriqət pirləri Haqq carçısı kimi çıxış etməklə təriqət əhlini daxili 
vəcdə və ehtizaza ilhamlandırmaqla qəflət pərdəsini aradan qaldırmış, 
ruhi  mənin  hissi  dərkinə  meyil  etmişlər.  Mənaqiblərin  süjet  xəttini 
təşkil edən kəramət motivi həyatı əfsanələşmiş gerçək tarixi şəxsiyyət 
və  vəlilərin  möcüzəvi  missiyasının  təsdiqini  şərtləndirməklə  islam 
mədəniyyəti  ünsürlərindən  çox,  şaman  kultu  üçün  səciyyəvi  ezoterik 
düşüncə  tərzini  canlandırır.  Filosoflar  (İbn  Sina)  hesab  edirdilər  ki, 
övliyalar  özlərinin  asketik  həyat  tərzi,  möminlik,  Allah  qorxusu  və 
başqa  xeyir  əməlləri  sayəsində  kəramət  göstərmək  bacarığına  malik 
olur (3, 299). 
Mənaqiblərdə  cərəyan  edən  əhvalatların  hərəkətverici  qüvvəsi 
olan dövrün əhli-həqq sahibləri real tarixi şəxsiyyət qismində qaynaq-
larda təsvir edilməklə  konkret  məkan və zaman çərçivəsində  mövcud 
olmuş ədəbi-ictimai mühitə, tarixi faktlara biganəlik nümayiş etdirmə-
miş, geosiyasi məkanda milli mübarizlik rəmzi kimi azadlıq ardıcılları 
olmuşlar.  Mənqəbələrdə  sadəcə  övliyaların  göstərdikləri  kəramətlər 
yer almır, o dövrün tarixi, siyasi, sosial həyatı barədə də müfəssəl mə-
lumat verilir (4, 17). Mənqəbələrdə zaman su kimi axır və ya bir yerdə 
zaman  axır,  digər  yerdə  isə  o  durmuş  vəziyyətdədir  və  ya  bir  yerdə 
sürətlə keçir, digərində öz qaydasında gedir (4, 13).
 
Mənaqiblərin dil-
üslub keyfiyyətlərinin struktur-semantik təhlili dil faktlarının yığcam-
lığı,  axıcılığı  ilə  yanaşı,  folklor  ənənələrinə  sadiq  lirizmi,  uydurma 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə