Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə105/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   101   102   103   104   105   106   107   108   ...   121

Çatmadı suya o susuz dodağı.

Əlində parladı parlayan gövhər

Tapıldı nəhayət aranan gövhər.

Gümüş rəngli çeşmə axırdı şən-şən 

Süzülən gümüştək daş göbəyindən.

Bu çeşmə tərifdən uzaqdı, uzaq.

Bir nur çeşməsiydi bu qaynar bulaq. 

Bir ulduz nə sayaq olursa səhər,

O parlaq çeşmə də olur o təhər.

Hələ bədr olmadan nura dolsa ay, 

Eləydi bir az da böyük olsa ay. 

Qaynayır, durmayır öz mənzilində, 

Sanki bir civədir iflic əlində.

O qədər parlaqdır bu lətif cövhər, 

Dünyada yox ona bənzəyən gövhər. 

Yox başqa gövhərdə bu nur, bu günəş

Ona həm su demək olur, həm atəş. 

Xızr həyat suyunu tapınca artıq.

Hər iki gözünə doldu bir işıq.

Aşağı enərək dərhal soyundu, 

Doyunca həm çimdi, həm də yuyundu. 

Doyunca içdi o həyat suyundan,

Əbədi həyata çatdı arayan.

Atma içirdi, çimdirdi onu,

Tökdü ağ qədəhə həyat suyunu.

Atımn yanında oturdu bir an,

Göz götürməz oldu o aydın sudan, 

istədi gəlincə yoldan İskəndər,

Desin: "Həyat suyu budur, qıl nəzər!" 

Bir daha çeşməyə göz gəzdirərkən. 

Dirilik çeşməsi yox oldu gözdən. 

Dərhal bu iş oldu Xızr üçün məlum. 

İskəndər o sudan qalacaq məhrum. 

Qorxmadı, utandı o İskəndərdən,

Xızr da su kimi itdi gözlərdən. 

Söylənən sözləri rumlu ravilər 

Başqa bir şəkildə rəvayət edər:

391



Bu yolda ilyasla Xızır yoldaşdı. 

Çeşməyə gedərkən dostlar yanaşdı. 

Görüşdü hər iki sevimli rəhbər, 

Çeşməyə çatınca atdan endilər.

O bulaq başında açdılar süfrə,

Bulaq başı verir dad yeməklərə. 

Süfrədə çörəkdən ətir qalxardı, 

Duzlanmış qupquru bir balıq vardı. 

Birisi əyildi su içsin deyə,

Əlindən o balıq düşdü çeşməyə. 

Cumdu o firuzə rəngli bulağa,

Əl atmaq istədi üzən balığa.

Tutunca gördü ki, diridir balıq, 

Uğurlu bir fala sevindi artıq.

Bildi ki, can verən bu parlaq bulaq 

Aranan dirilik suyudur ancaq.

Həyat çeşməsindən içdi doyduqca. 

Bir həyat qazandı dünya durduqca. 

Dostuna tez xəbər verdi bu zaman

içdi bu əbədi həyat suyundan. 

Təəccüb etmə o gümüş bulağa, 

Yemdən can verdi ölü bulağa. 

Təəccüb bundadır: bir ölü balıq 

Dirilik suyuna yol açdı artıq.

Bu qum balıqdan, həyat suyundan 

Ərəblər nəql edir başqa bir dastan: 

Başqa bir yerdəymiş həyat çeşməsi, 

Yol azmış məcusun, Rumun dəstəsi. 

Tutaq ki, zülmatda həyat suyu var, 

Yol açan içməzsə kimdir günahkar? 

Xızr, ilyas kam aldı həyat suyundan, 

Ancaq vermədilər özgəyə nişan.

Biri kam alaraq döndü səhraya,

Biri də içərək cumdu dəryaya. 

Dənləri bir sudan içib boy atdı, 

Ancaq onu iki dəyirman dartdı. 

Çeşməm keçirmək fikriylə ələ

392



İskəndər at çapdı min zəhmət ilə. 

Dirilik verən bir çeşmə dilərkən, 

Çeşmədən göyərdi sulu bir çəmən. 

Çeşməm ararkən qırx gün at saldı,

Onu tapmayaraq kölgədə qaldı.

Atəşmi düşmüşdü şah ürəyinə, 

Uymuşdu çeşmənin xoş ahənginə. 

Çeşmədən kölgə yox, gümüş nur çıxar, 

Ancaq çox az olur kölgəsiz sular. 

Çeşməyə lazımsa onun kölgəsi,

Neçin kölgəsizdir günəş çeşməsi? 

içməli olursa çeşmə günəşdən,

Kölgədə qalmışdır o çeşmə nədən? 

Çeşmədə kölgəlik yaxşıdır tozdan, 

Bunda sərinlik var, onda həyəcan.

Şah o kölgəlikdə tapmadı çara, 

Gündüzü olmuşdur kölgədən qara. 

Əbədi həyata ümid bəslərkən

indi can qayğısı çəkir hər yetən. 

Padşahın ümidi söndüyü zaman 

Qayıtmaq istədi gəldiyi yoldan. 

Düşündü, nə tədbir eləsin ban,

Qaranlıq kölgədən çıxsın dişan.

O yolda qarşıya çıxdı bir mələk, 

Padşahın əlinə o əl çəkərək,

Dedi: "Bu dünyam keçirdin ələ,

Belə çiy xülyadan doymadın hələ?" 

Ovcuna buraxdı pul qədər bir daş, 

Dedi: "Tut bu daşı canından da baş!

Bu daşlıq dünyada çalış, tök tədbir,

Bu ağırlıqda daş əlinə keçir!

Qəlbində minlərlə olsa da dilək,

Bu daşın tayıyla doyarsan, bişəkk.."

O daşı İskəndər aldı mələkdən, 

Gözündə yox oldu ona daş verən.

O zülmət içində çapdı İskəndər, 

Gözündə bir zülmət, könüldə kədər.

393



Bir hatif səsləndi ona qeybdən: 

"Qisməti hər kəsə yazıdır verən! 

İskəndər zülmətə doğru at çapar,

Xızr isə çeşməm işıqda tapar.

Ararkən tapmadı çeşmə İskəndər,

Xızra qismət oldu, gördü çox səmər. 

Yüzü halva üçün yandırar ocaq,

Halva şirin eylərbir ağzı ancaq."

Başqa bir səs gəldi ki: "Ey əhli-Rum! 

Bu gözəl ölkədə var parlayan qum. 

Peşiman olacaq onu götürən,

Dizinə vuracaq heç götürməyən." 

Keçirkən parlayan qumdan hər nəfər 

Götürdü bəxtinə görə bir qədər.

O yerdə şah gördü çox hikmət, çox raz 

Ki, ondan birini söyləmək olmaz! 

israfildən, Şurdan bir bəhs açaraq, 

Demədim, məqsəddən düşməyim uzaq, 

Açmış bu mədəni başqa bir şair

260


Yenidən bir əsas qurmaq çətindir.

Əli çatmayınca həyat suyuna,

Qayıtdı şah işıq çeşmə yoluna.

İskəndər orduya verincə fərman, 

işığa döndülər zülmət yolundan.

O yeni cığırla gəldiyi yoldan 

Bələdçi olmuşdur o dərdli madyan. 

Qırx gün yol getdikdən soma qaranlıq 

Getdikcə çəkildi, göründü işıq.

Al günəş buluddan çıxdığı zaman 

Qan-tərə batmışdı o susuzluqdan. 

Qismətsiz bir şeyə göstərdi həvəs, 

Qismətin deyilsə çalışma əbəs!

Ruzi arxasınca qaçmaq nə gərək!

Sən otur, ruzinin özü gələcək.

Biri toxum səpər, o biri biçər,

Bəxtiyar odur ki, bu sözü dinlər.

Hər şeyi özünçün əkmək nə yarar?

394



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə