Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə103/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   99   100   101   102   103   104   105   106   ...   121

ibadət edənlər qalxdı yuxudan,

Pərəstiş etməyə düzüldü hər yan.

O səhər yuxudan qalxdı tacidar, 

ibadət etməyə verərək qərar,

Ona şəfqət edən haqqı etdi yad.

Etdi bu hikmətlə dünyam abad. 

Nəhayət verincə ibadətinə,

Şərab məclisini bəzədi yenə.

Mey ilə, çalğıyla gah olurdu şad, 

Vəfalı dostları gah edirdi yad. 

Gülabdan saf olan gül rəngli şərab 

Hər başdan dərd alır, hər beyindən tab. 

Onunla bir məclis qurdu şəndən şən, 

Uzaqdı düşməndən, qanlı döyüşdən 

Elə ki açıldı, uzandı söhbət,

Damşdı hərə bir gözəl rəvayət.

Biri söhbət açdı Xorasan, Qurdan, 

Ordakı qızıldan, qüvvətdən, zordan, 

Birisi damşdı Rey, İsfahandan,

Firidun dövləti çıxan məkandan. 

Çindən, Xarəzmdən söz açdı biri:

"Var gözəl ipəyi, müşkü, ənbəri". 

Birisi söylədi: "Gözəldir Qeysur,

Bu yerdən çıxar hər səndəl və kafur". 

"Hindistan gözəldir, - dedi, - bir nəfər, 

Odunu ud olur, palçığı ənbər". 

Məclisdə var idi bir nəfər qoca 

Damşmaq növbəti ona çatınca 

Maraqla başladı qoca sözünü,

Baş əyib, torpağa qoydu üzünü: 

"Dünyada zülmata çatmaz bir diyar,

O gözəl torpaqda suyu var.

Ömrünü artırmaz xəzinə, cəlal, 

Torpaqda çox yatır xəzinə, xam mal. 

Yaşamaq istəsən dünya uzunu,

Get, keçir əlinə həyat suyunu!"

Bu sözdən utandı məclis, qaldı mat,

383



Qaranlıq bir yerdə olurmu həyat?

Şah dedi: "Yoxsa var başqa bir hikmət? 

Həyat çeşməsində olan bu zülmət. 

Yazılmış hərflər qarasıdır bu,

Mənəvi həyata can verir suyu.

Kim görmüş yoxsa bu həyat suyunu, 

Zülmətdə ölümdən qurtarsın onu!"

O qoca dedi: "Ey uca tacidar!

Bu sudan uzaqdır dediyin əsrar.

Var Şimal qütbündə qaranlıq bucaq,

Ağ, gümüş çeşməsi hər sudan parlaq. 

Bu qaranlıq yerə deyirlər zülmat,

O zülmət içində var abi-həyat".

O suyu kim içsə olur qəlbi şən,

Qurtulur ölümdən və xəstəlikdən. 

Sözümdə azacıq olsa şübhəniz,

Soruşun sınaqlı qocalardan siz!" 

İskəndər bu sözə heyrət etdikcə, 

Aramaq marağı artdı getdikcə.

Sordu ki: "Bu zülmat harda?" Göstərən 

Göstərdi padşaha: "Bax, bu sağ əldən 

Qaranlıq ölkəyə qısa yol gedir.

Gəldiyin bu yolun onda biridir." 

Eşidincə bunu şah dedi: "Ancaq 

Zülmətdə mümkündür işığı tapmaq." 

Zülmata çevirdi şah öz yolunu, 

Gedərkən nəzərə aldı ordunu.

Sürətlə bir neçə mənzil at sürdü. 

Əsgərin bir çoxu xəstədir, gördü. 

Ardınca axırdı bir dünya ordu.

Xaslar da yanında alay vururdu.

Ordu bazarım görən bir insan 

Seçməzdi məhşərin bazarlarından.

O yerdə quş südü arayan belə,

Ordu bazarında gətirdi ələ.

Hər quraq bir yerə çatdı İskəndər. 

Yağışdan yaşıla büründü çöllər.

384



Xızır iz salmışdı sanki bu yola,

Yainki gedirdi şahla qol-qola.

Ordu çoxluğundan şah getdi fikrə,

Belə yol getməkdə sığındı səbrə.

O çöldə vardı bir böyük mağara, 

Padşahın ordusu çatınca ora.

Ordunun yamnda nə qədər yük var, 

Mağara yamnda yerə qoydular.

O geniş çöllərdə saldılar məskən, 

Şənlikdən viranə çöllər oldu şən.

Çölbəyi o yerə ad verdi: Bünğar, 

Get-gedə o şəhər adlandı Bulğar.

Bu gün o ölkədə rəyasət sürən 

Yerləşib qalandır şah səfərindən. 

İskəndər görüncə o saysız ordu 

Yol və iz bilməyir, bir tədbir qurdu. 

Ordudan aynldı bir neçə əyyar

istidən, soyuqdan, çıxmış oxçular,

Ürəkli, sümüyü bərk, dəliqanlı,

Səbirli, qüvvətli, gənc, polad canlı.

Əmr etdi qocaya və xəstələrə:

Əskərlə çıxmasın ağır səfərə!

Qocalar, xəstələr bu qorxunc yerdə, 

Dolaşıq yollarda düşməsin dərdə.

O yola - qocasız etdilər səfər,

Qocalar oturdu, yol aldı gənclər.

Bir nəfər o yerin ayıqlarından 

Hüzura istədi ulu hökmüran.

Yox idi ordunun sayı, miqdan,

Hər mənzil başında qoydu onlan.

Şor, şirin hər azıq çarpsa nəzərə

Yüklətdi qüvvətli, gənc dəvələrə. 

Qoşunla at çapdı qaranlıq suya,

Bir naib tikdi o qalan orduya.

Onlara nəsihət elədi bir az:

"Bu yerdə qəflətlə göz yummaq olmaz! * 

Atım Şimala doğru çaparaq,

385



Günəş gərdişindən şah düşdü uzaq. 

Fələyin qütbündən doğunca işıq, 

Azacıq keçmədən sönürdü artıq. 

Üfüqə baş qoydu xətti-üstüva,

Qütb isə kənardan keçdi ortaya.

Bir yerə çatdılar parlaq günəşdən 

Yalmz bir xəyaldı gözlə görünən. 

Sürdülər kölgəlik deyilən yerə, 

Saçdılar bayrağı kölgəliklərə. 

Havadan işığı yer qapmış artıq,

Hər yerə hakimdi dərin qaranlıq.

Bu yandan ətrafı qaranlıq tutmuş.

O yandan yol-izi bir dəniz udmuş. 

Ağlıyla bu yolu tutaraq rəhbər

Xətti-üstüvayə qarşı getdilər. 

Get-gedə pərgardan olduqca uzaq, 

Günəşdən, işıqdan düşdülər İraq. 

Gedərkən bir yerə çatdılar o gün, 

Gözlərdən aydınlıq itdi büsbütün. 

Hər yandan yollan bürüdü zülmət,

Bu dünya qaralsa verərmi ləzzət? 

İskəndər şaşırdı, aradı tədbir:

"Bu yolda doğm iz göstərən kimdir?" 

Bilənlər söylədi ki: "Bu qaranlıq 

Pərdədir, iç-üzü görünməz artıq. 

Mümkündür irəli getmək yol ilə, 

Dönərkən çətindir gətirmək ələ".

Çox çarə aradı hər tədbir verən, 

Olmadı buna bir tədbir göstərən. 

Gecəydi o yerdə, qaranlıq diyar, 

Müşkü ud yerinə etdi ixtiyar

257


Kinindən olmuş göy dəli, zəncirli, 

Zəncinin yerinə keçdi kəşmirli

258


Getdikcə yol oldu tükdən də incə, 

Zülmətdən qumlmuş qaranlıq gecə. 

Hər kişi qayıtdı öz mənzilinə,

Bu işə bir tədbir düşündü yenə.

386



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə