Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə100/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   96   97   98   99   100   101   102   103   ...   121

Yerinə yetirdi haqqın şükrünü. 

Tanrının şükrünü edincə tamam

Məclisi bəzədi, ələ aldı cam.

Xoş nəğmə, dadlı mey edincə əsər 

O bahar buludu yağdırdı gövhər. 

Ordunun çalışan böyüklərinə 

Xalvarla dağıtdı ipək, xəzinə.

Qızıl paylamaqdan daşdı var, dövlət, 

Hamıya yenidən payladı xələt.

Orduda qalmadı kəcavə çəkən 

Məfrəşi olmasın xaradan, zərdən, 

istədi o dili bağlı kişini,

Zənciri açılmış çöllü vəhşim.

O dağ, daş dolanan çöllü yetişdi, 

Şahın qarşısında səcdəyə düşdü. 

Heyrətlə süzdü şah başdan-ayağa, 

Başım oynatdı o mətin dağa.

Verdi çox hədiyyə o canavara,

Dəyərli çox daş-qaş, gümüş, zər, xara. 

Rədd etdi ki, belə sərvət, xəzinə,

Ey şahim, nə gərək bu çöl əhlinə?

Bir qoyun başım atdı oduntək, 

Göstərdi ki, mənə bu qoyun gərək! 

Padişah əmr etdi: yeməli olan, 

Çöllərdə bəslənmiş kök qoyunlardan 

Bir sürü verdilər, aldı o kişi,

Padşaha təşəkkür edərək vəhşi 

O böyük sürünü önünə saldı, 

Sevinclər içində evə yol aldı. 

Qəlbaçan, quşların oynağı olan 

Bu yeri bəyəndi böyük hökmüran. 

Dünyada alırdı çalğı, meylə kam,

Çərx ona baş əyib verirdi salam. 

Şərabdan o sərxoş olduğu zaman 

Üzü rəng alırdı gül rəngli sudan. 

Ruslann şahım çağırtdı bir də,

Oturtdu onu ən layiqli yerdə.

371



Zənciri açdırdı o uca şövkət,

Verdi saf qızıldan toxunmuş xələt, 

Ürəkdən bir bəndə oldu padşaha, 

Öz keçmiş kinini unutdu daha. 

Zindandan buraxdı bütün əsiri. 

Xələtlə ucaltdı, açdı zənciri.

Ruslara əmr etdi: "Gəlsin Nüşabə!" 

Onsuz əl vurmadı gülgün şərabə. 

Padşahın əmrinə tələsdi ruslar, 

Günəşin yamnda ay tutdu qərar. 

Gəldilər zülümdən solmuş gözəllər, 

Bəyənmiş olduğu bir dəstə dilbər. 

Nüşabə bəzəndi şux geyimlərlə, 

Döndü ilk baharda açılan gülə. 

İskəndər talandan saçdı xəzinə, 

Təzədən bir gəlin bəzədi yenə. 

Kamınca mey içdi bir neçə gecə

Bəxtiyarlıq günü sona yetincə, 

Verdi Dəvalıya qızın əlini,

Nigahla bağladı ona gəlini.

Bu mübarək ayin yetincə başa 

Verdi çox xəzinə, tutdu daş-qaşa. 

Şövkətlə göndərdi yenə Bərdəyə,

O gözəl ölkəni ucaltsın deyə. 

Ölkəni təmirə sərvət, mal verdi,

Yol xərci bir yana, çox cəlal verdi. 

Elə ki, işlərə verdi intizam,

Etdi igidlərə böyük ehtiram.

Verdi rus şahına yemdən tuğ, tac, 

Ancaq əmr eylədi: göndərsin xərac. 

Öz doğma yurduna dönüncə ruslar, 

Oıntal öz taxtında oldu bəxtiyar.

Bir daha çıxmadı onun əmrindən, 

Hər zaman yad etdi şərab içərkən,

O yaşıl çəməndə hər gün tacidar 

Gah şənlik qurur, gah edirdi şikar. 

Uca sərv altında çalğı səsiylə,

372



Qədəh qaldınrdı ney naləsilə.

Könlü şad olduqca çox şənlənirdi,

O coşğun ürəyi fərəhlənirdi. 

Padşahlıq, şən tale, ömür, qönçə gül, 

Neçin şad olmasın belə bir könül?!

İSKƏNDƏRİN ÇİNLİ KƏNİZLƏ 

ŞƏNLİK ETMƏSİ

Saqi, ol xəyallı şərab ilə dur,

Kəhrəba rəngli bu saxsım doldur!

Bu qara torpaqdan süzülən gövhər 

Şənlətsin qəlbimi, qalmasın kədər!

Gündüzdən daha şux, parlaq bir gecə! 

Günəşdən aydındı, işıq və incə!

Bu yaşıl künbədin şənliklərindən 

Şən, zümrüd körpələr doğurar çəmən. 

Əsrarlı ulduzlar dönmüş çırağa,

Ağ gümüşdən rəqəm yazmış torpağa.

Bu qorxunc hərfləri bilən, oxuyan,

Tutaran bu sonsuz köhüldə məkan? 

Dünyada çalışmaq boş şeydir, ancaq 

Ruzini səy ilə olmaz artırmaq.

Kədərə dəyməz bu dünya, şən keçin!

Kim deyər bu saray tikildi qəmçin? 

Şənlikçin yaranmış dünya, bunu bil!

O zillət, fəlakət ocağı deyil!

Bu zəhmətli yerdə çox tutma qərar,

Bu dibsiz quyudan yükünü çıxar.

Ver şənlik meyini, can qurban ona! 

içək, həm də verək başqalarına,

Gün keçdi, sabah da gəlməmiş ələ,

Yalmz bu gecəni şən keçir hələ.

Bu gecə keyf ilə ömür sürərik,

Sabahın işini sabah görərik.

373



Hələ qəm çəkilməz xəzəl gəlməmiş

Məzara girilməz əcəl gəlməmiş.

Yalmz şənlik gərək, nuş edərkən mey, 

Şərab məclisində yox başqa bir şey! 

Özünü zillətdə tutmaq nə gərək!

II boyu qəm, kədər udmaq nə gərək! 

Girmə bu dünyamn kəc qapısından, 

Heçlikdən bir fayda görərmi insan?

Fil ayaq alüna bizi almadan 

Dur köçək bu yurddan, yeriyir karvan! 

Gəl yeyək var-yoxu özgə yemədən! 

Zövq alaq başqası qarət etmədən.

Elə bir qazandı maya al ələ,

Köçürkən keçmişlər almış özüylə. 

Qorx sən bu bac alan, yol vuranlardan, 

Yolda var-yoxunu edərlər talan. 

Yoxsula ver nəyin varsa, çox, ya az, 

Yoxsul daxmasım kimsə aramaz. 

Görmürsən, bac verən bu dövlətlilər 

Yoxsul dəhlizindən qaparaq verər.

Eşq olsun ən doğru düşünən mərdə, 

Vanna yer verdi xərabələrdə!

Bir günlük tarixi vardır bu çərxin,

Yüz illik xəznəni gizlətmək neçin? 

Gəl, otur üz-üzə, edək şadlıq biz.

Edək bir gecəlik Keyqubadlıq biz!

Gəl, otur, ömürdən bu gün kam alaq. 

Dünəni, sabahı xaürlamayaq!

Çəkinək faydası olmayan şeydən,

Bu işdən heç məmnun deyil düşüncən. 

Əlində nə qədər var isə imkan,

Çalış ki, şən keçsin hər nəfəs, hər an. 

Qəlbimiz hər zaman şən olmalıdır, 

Kin, tamah bədənə atəş nalıdır.

Ömrə sərmayədir aldığın nəfəs, 

Kədərə tapşırmaq əbəsdir, əbəs! 

Şənliklə səslənsin çıxan nəfəslər!

374



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə