Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə96/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   92   93   94   95   96   97   98   99   ...   121

Çiynindən vurunca sarsıtdı onu, 

Zənn etdi zalımın yetişdi sonu 

Çıxdı tez altından yenə Əhrimən. 

Davaya sarıldı iki döyüşkən.

Açıldı, kəsdi div bəxtin yolunu, 

Haçabaş dəmirlə bərk tutdu onu, 

Yəhərdən qaldırdı o qızmış aslan, 

Dəbilqə torpağa düşdü başından. 

Niqabın ahından doğdu bir bahar, 

Lalə yarpağından incə, gülruxsar.

O gözəl başım kəsmək istərkən, 

Görüb gül üzünü utandı düşmən. 

Gördü ətəyinə düşmüş hörüklər, 

Saçım boynuna sardı o dilbər.

Hind oğrusu kimi çaldı xəzinə, 

Rumdan çalıb verdi rusun əlinə.

O div əl tapınca pəri dilbərə,

Rusun divlərindən qopdu bir nərə. 

Çünki rast gəlmişdi gözəl ceyrana. 

Yenə də başladı ceyran ovuna. 

Sıxıldı kədərli işdən İskəndər, 

Ilantək qıvrıldı qəlbində kədər.

Şah dedi: "O qara fili filiban 

Coşdursun, kin ilə qızışsın meydan!" 

Filban nərə vurdu o qara filə,

Sürdü div üstünə, döndərdi Nilə.

O filayaqlıya vurdu çox zərbə,

O odlu qarurə girişdi hərbə,

Nə dağa qarurə edirdi əsər,

Nə nizə dənizə verirdi xətər.

Görüncə o sərxoş fili əndaha,

Əlini uzatdı filə bir daha,

Bilirdi: döyüşdə sınanmış fillər 

Ancaq xortumundan tutsan yemlər. 

Xortumu elə bərk tutdu div insan, 

Filə bu şən dünya kəsildi zindan. 

Xortumu kökündən qopanb atdı,

355



Uca fil dağ kimi palçığa batdı.

Bu qorxunc oyundan qorxdu İskəndər, 

Qorxdu ki, bu işdən məhv olsun əskər. 

Dedi fərzanəyə gözündə hiddət: 

"Məndən üz çevirdi bu bəxt, bu dövlət! 

Bəxtim üz döndərmiş, bax bu gedişə, 

Bilsəydim girməzdim qorxulu işə. 

Ucalar göylərin uğursuz əh,

Nazdan məhrum edər bir çox gözəli. 

Şah gətir-götürü sürər az zaman,

Hər ildə bir kərə qızışar aslan.

Dinclik yox, çapmaqdan yoruldu atım, 

Beləcə keçəcək bütün həyatım...

Vəziri tədbirlə verdi çox ürək,

Dedi: "Ey şəhriyar, səbr etmək gərək! 

Zəfərlə olarsan yenə bəxtiyar,

Sənin həm tədbirin, həm qılıncın var. 

Çarəmiz bağlansa qara daşlara,

O daşdan qılıncla tapanq çara.

Elə ki, taleyin qucaqlar səni,

Salarsan bəndə yüz belə fitnəm.

Sənin bir tükünün, şanlı hökmüran, 

Dəyəri artıqdır bütün ordudan.

Belədir ulduzlar göstərən əsrar:

Elə ki, düşmənlə şah hərbə başlar, 

Bəxtinin gücüylə bu güclü insan 

Şiddətlə torpağa verəcəkdir yan. 

Doğrudur, bu qaya gövdəli yağı 

Vücudca qabadır, bərkdir ayağı, 

Gövdəsi tunc kimi olsa da qaü, 

Sarsıtmaq olur bu canlı poladı.

Ona kar etməyən qılıncı unut!

Dəmirlə dağılmaz göydəki bulud. 

Hünərlə başım gətir kəməndə,

Sal kəmənd altında zəncirlə bəndə.

Ona ox və qılınc etməyirsə kar,

Çünki bərk arxası, qalın gönü var.

356



O divi zəncirlə edərsən əsir,

Yoxsa bu qılınc, ox etməz bir təsir."

Bu böyük mündədən uca padişah 

Şükr etdi, tanrıya apardı pənah. 

Tanrıdan görüncə səadət, kömək,

Atıldı atma, oldu bir şimşək.

Onu Çin xaqanı vermişdi Çində, 

Doğmuş böyük Çinin göy tövləsində. 

Bir kəmənd istədi, aümn başı 

Çevrildi o qaraürəyə qarşı.

Saldırdı o qorxunc divə İskəndər,

Necə ki, dağlara bir bulud çökər.

O nəhəng yerindən qımıldanmadı, 

Qolunu bağladı İskəndər adı.

Düşməm bağlayan kəməndi birdən, 

Çərxi-çənbəritək atdı filbədən. 

Boynundan salınca bəndə yağım,

Yer öpdü padşahın mərd ayağım, 

Boynundan kəməndə keçincə düşmən, 

Div tutan İskəndər vermədi aman. 

Kəməndlə aşağı çəkdi boynunu

Ordugaha doğru sürüdü onu.

O div ceyran kimi yerdə süründü,

Tazı qarşısında ceyrana döndü.

Elə ki, qüvvətli o vəhşi maral 

Düşməkdən, qalxmaqdan əzildi, dərhal 

Padşahın ordusu qopardı nərə, 

Yüksəldi səsləri uca göylərə.

Təbillər gurladı, o coşğun səsə, 

Uyaraq, yer-göy də başladı rəqsə:

Elə ki, İskəndər bəxtin gücüylə 

Divqılıq insanı gətirdi ələ,

Oturtdu düşmənlər oturan yerə,

Qoşdu zindanında yatan divlərə,

O igid padşahın bu qüvvətindən 

Ürkərək, qorxuya düşmüşdü düşmən. 

Rus şahı Qıntal bir yumşaq mum oldu,

357



Rum şahı İskəndər nəşəyə doldu. 

Yemdən başlandı məclis çalğısı, 

Açıldı dünyaya şənlik qapısı. 

Dinlərkən çalğım o məclis boyu. 

Qədəhdə qaldırdı gül rəngli suyu. 

Andıqca talein səadətindən 

O gülgün şərabı içirdi şən-şən.

Gecə göy qıfılı xəznəyə vurdu, 

Müşkü kafur çəkən tərəzi qurdu.

O müşkin badəni içir hökmüran, 

Mütrüb o pərdədən çalardı hər an. 

içirdi ərinmiş ləli qədəhlə,

Dinlərdi o yeni ləli fərəhlə

içdikcə ürəkdən silindi kədər, 

istəyən kimsəyə saçardı gövhər. 

Məclisdə hər yandan qissə dinlərkən 

Bir çox şey soruşdu hər bir qissədən. 

Yenidən söz açdı ulu hökmüran 

Atı yel qanadlı qılınc vurandan: 

"Bilmirəm, onu bu div gövdəli şir 

Öldürdü, yoxsa ki, götürdü əsir,- 

Qalırsa, bəndini tez qırmaq gərək, 

Nizənin gücüylə qurtarmaq gərək! 

Getmişsə, getmişi olmaz unutmaq

Onu bir qədəhlə gəl xaürlayaq!" 

içkidən beynində qan alovlandı,

O zindan xalqına ürəyi yandı.

Əmr etdi o dilsiz əsiri yenə 

Alsınlar padşahın şən məclisinə. 

Padşahın əmriylə o bağlı nəhəng 

Məclisdə dikəldi uca bir dağtək. 

İskəndər gücüylə vücudu əzgin 

Məclisdə göründü solğun və qəmgin. 

O dilsiz ağndan yaman inlədi,

Əz dilsiz tövrüylə şəfa dilədi.

O vəhşi divgövdə inləyincə zar 

Dilsizə acıdı uca tacidar.

358



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə