Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə93/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   89   90   91   92   93   94   95   96   ...   121

Düşmənin başım salınca yerə,

Qürurla boynunu çəkdi göylərə.

Acıqlı bir aslan Ermənistandan - 

Vurub öldürməkdə cəsur pəhləvan.

Adı Şərvə, özü döyüşdə kamil,

Nə aslan tay idi ona, nə də fil.

Hər əldə bir qılınc - nəhəngdən nişan, 

Çox nəhəng başım qoparmış aslan. 

Alanlı üstünə at səyirdərək 

Parlayan qılıncdan oynatdı şimşək. 

Fərincə görüncə adlı igidi,

Qalxam qanadtək çiyninə tikdi.

Şərvə bir qılıncla saldı nəfəsdən, 

Çırpındı, can quşu uçdu qəfəsdən. 

Eysudan bir məğrur susadı qana,

Atım od kimi çapdı meydana.

Mərdliklə çalışdı, göstərdi hünər, 

Şərvəyə aslanlıq nə fayda verər? 

Düşmənin heybəti qorxutdu onu,

Bir ağır zərbəyə verdi boynunu.

Cərəm adlı bir dağ Ləzgi dağından, 

Əlindən zinhara gəlmiş bu cahan, 

igidin poladdan külahı vardı,

Üzündən, gözündən döyüş yağardı. 

Əynində dəmirdən bir geyimi var,

Saf gümüştək yanar, civətək parlar. 

Şərvəyə yanaşdı o qızmış aslan,

Gözünü açmağa vermədi aman.

Bir qılınc endirdi aslan Şərvəyə, 

igidin tozunu sovurdu göyə,

Düşməm torpaqda görüncə belə,

Beynini dağıtdı at təpiyiylə.

Boynunu çəkən çox adlı pəhləvan 

Oturdu buza o soyuqqanlıdan.

Dəvalı görüncə elə bir gərdən,

Gərdən yox, meydanda gərdənlər yeyən. 

Ilantək qıvrıldı, istədi yaraq

343



Düşməm yıxmağa hazır olaraq.

Başına dəbilqə qoyaraq o şir,

Özü Çin poladı, üzü xas dəmir,

Zəhərli qılıncı boynuna saldı,

Saç kimi hörülmüş kəməndi aldı 

Atım sardı bir dəmir örtüyə,

Dağ kimi atıldı tez üzəngiyə. 

Düşmənin üstünə çapdı gülərək, 

Məktəbdən evinə dönən çocuqtək. 

Cərəm görən kimi o pəhləvanı, 

Qorxdu bu döyüşdən, titrədi cam. 

Çətindi o yerdən geri qayıtmaq, 

Çarəsiz ölümə boyun qoyaraq,

Dəvalı səmtinə çapdı sürətlə,

Aslanla döyüşdə başladı hiylə.

Dəvalı düşmənin qıvrılmasından 

Özünə örkəntək sarıldı yaman.

Ortada çox sözlər keçdi, müxtəsər, 

Xeyirçün bir söz də söyləmədilər. 

Dəvalı coşunca kinin selindən 

Qılıncı endirdi düşmən belindən. 

Şığıdı, zəhmətsiz ortadan keçdi,

O ağır qayam ikiyə biçdi.

Bir sərxoş fil kimi qardaşı vardı, 

Qamm almaqçın meydana vardı.

Aldı Davalıdan sağalmaz yara,

Çəkildi qardaşı yatan çadıra.

Güldü bəxt o polad arxalı dağa,

Çox ordu qıram sərdi torpağa.

Codrə adlı bir rus oxudu meydan, 

Südəmər ceyrandı ona hər aslan

Qocaman gövdəli, güclü, döyüşkən, 

Meydanda təklikdə bir ordu yenən. 

Boynundan asmış çox igid qamm,

Çox boyun çəkənin almış canını, 

Qurşaqda düyünü çox möhkəm vurdu, 

At sürüb Dəvalı önündə durdu.

344



Qılınclar oynadı kin ilə dolu, 

Bağlandı ayağın qaçacaq yolu. 

Sınanmış igidlər çox döyüşdülər, 

Burulan qılınclar etmədi əsər.

Rus kəskin qılıncı qaldırdı sağa, 

Burdu birdən-birə o polad dağa.

Yardı dəbilqəm, keçdi gözünə

Vücudu qərq oldu qan dənizinə. 

Aldığı yaradan çox süst göründü, 

Cilovu qaparaq geriyə döndü.

Başım bağladı, boşaldı yəhər,

O baş sınmasından sındı İskəndər. 

Həkimə əmr etdi çatsın haraya, 

Sağaldan bir dərman qoysun yaraya. 

Çox şəfqət göstərsin köməyə gedən, 

Dəvalı sağalsın o xəstəlikdən.

Gecə öz başına örtük çəkəndə 

Ay başından düşdü müşkin kəməndə. 

Hər iki tərəfdə durdu qaravul,

Orduya milçək də tapmadı bir yol. 

Elə ki, ucaltdı günəş boynunu. 

Zülmətdən yudu bu çərxin donunu, 

Bir daha səsləndi qızmış aslanlar, 

Çölü ceyranlara etdilər məzar.

Ətrafa səs saldı zəng, boru, cərəs, 

Qan coşur kərənay aldıqca nəfəs. 

Fəryada gəldikcə şeypur ilə kus

Açılır qırmızı güldən Səndərus. 

Yemdən meydana çıxdı o Codrə, 

Özündə görmədi süstlük bir zərrə. 

Qara aslan kimi aüm təkrar 

Meydanda oynatdı Hindi namidar. 

Codrəyə üstünlük göstərdi hər an, 

Dəyərsiz yaralar vermədi ziyan, 

Nəhayət, qaşına bir düyün aldı, 

Codrənin başım yəhərə saldı.

Kam aldı vurmaqla düşmən boynunu,

345



Atımn nalına tapşırdı onu.

Meydanda dolaşdı o igid aslan,

Bir çox pəhləvandan boşaldı meydan. 

Vardı bir pəhləvan, adı da Tartus, 

Mərdliklə tanırdı onu hər bir rus. 

Sanki qıvrılırdı qırmızı ilan,

Qarşıya kim çıxsa alar ondan can. 

Hindiyə kükrədi kəskin yel kimi

Dağlardan tökülən coşqun sel kimi. 

Düşmənlə o qanlı toqquşmalarda 

Mərdliklə heç biri qalmadı darda. 

Nəhayət, ms birdən keçdi həmləyə, 

Hindinin tozunu sovurdu göyə.

Qamm canından çəkdi birbaşa,

Axıtdı mey, camı çaldı bir daşa.

Atdı dəbilqəm, bağırdı: "Mənəm 

Qorxunc bir əıdaha, aslan yenənəm! 

Kim mənə qaş çatsa qürur edərək, 

Geyim yox, kəfənə bürünsün gərək. 

Mənə Tartus adı vermişdir anam. 

Ruslann Rüstəmi sayılır bu nam. 

Ordunu ayaqdan salmasam, inan, 

Dönmərəm geri bu qanlı meydandan." 

Hindinin ölümü şaha dəyərək,

Qıvrıldı özünə gəlin zülfütək.

Atım meydana çapmaqdı fikri,

Yenə də əzmindən tez döndü geri. 

Mənalı nəzərlə süzdü sağ-solu.

Kim açar ordudan intiqam qolu? 

Meydana at saldı igid bir nəfər,

Çinli qılıncından çaxdı şimşəklər. 

Coşğun aslan kimi bir uca atlı, 

Hünərli, ürəkli, şərəfli, adlı,

Dəmirə batmışdı başdan-ayağa,

Tək ağzı görünür nəfəs almağa. 

Dolaşır mey dam baş ucaldaraq, 

Oynayan qılıncı şimşəktək parlaq.

346



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə