Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə95/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   91   92   93   94   95   96   97   98   ...   121

Meydana başqa bir pəhləvan çıxdı, 

Bir anda onu da atından yıxdı. 

Böyləcə əl atar-atmaz çomağa 

Bir neçə igidi sərdi torpağa.

Çox ürək yardı o yırtıcı aslan,

Ən cəsur mərdlərin bağn oldu qan. 

Hər ağıl sahibi edərdi heyrət:

Nə insan, nə divdi o zorba xilqət! 

Gündüzə səs vurdu qaranlıq gecə 

Al günəş başım yerə dikincə. 

İskəndər bu işə çox heyrət etdi, 

Məclisdə qapalı məsləhət etdi: 

"Bəladır bu insan öldürən qoçaq, 

Onunla döyüşə acizdir bu xalq. 

Silahsız bu adam qarşı gəlirkən, 

Silahlı igidlər qaçır önündən.

Nəsilcə, şübhəsiz, bu insan deyil, 

Olsa da, bu abad torpaqdan deyil, 

Virana yerdəndir, vəhşi xilqəti

insana bənzəyir yalnız surəti." 

Orduda tapıldı onu tanıyan,

Baş əydi, təmkinlə dedi: "Hökmüran! 

Madam ki, əmr edir adil padişah, 

Şahı o vəhşidən eyləyim agah.

Bir dağ var, zülmətə yaxındır qolu, 

Tük kimi incədir gedilən yolu.

O yerdə yaşar bu xilqətdə insan, 

Tərkibi torpaqdan, gücü poladdan. 

Onlann əslini doğru bilən yox, 

Əslindən, irqindən xəbər verən yox. 

Hamısı göygözdür, qırmızıyanaq, 

Aslandan da qorxmaz bu acıqlı xalq. 

Çox dayanıqlıdır, güclüdür onlar, 

Meydanda biri bir ordu dağıdar. 

Erkəyi, dişisi dolsa hiddətə,

Dünyam çevirir bir qiyamətə.

Silahda, döyüşdə sınaqları var,

351



Savaşdan başqa şey tanımaz bunlar. 

Görməmiş onlardan ölən, bir nəfər, 

Arabir görünür yalmz dirilər.

Bunlann sərvəti qoyundur ancaq,

Hər zaman qoyunla keçinir bu xalq. 

Yunladır bunlann ticarətləri,

Yoxdur bundan başqa bir sərvətləri. 

Kimsədə tapılmaz xəzinə, sərvət, 

Bunlann var-yoxu samurdur, əlbət.

Ən incə, dəyərli, qara samurlar 

Ancaq bu ölkədən, bu yerdən çıxar. 

Hər qadın, erkəyin alnında geniş 

Kərgədan kimi bir buynuz göyərmiş. 

Bunlann buynuzu olmasa, inan,

Surətcə seçilməz bu çirkin rusdan. 

Baş, sima, təbiət, biçimsiz peykər, 

Baxdıqca ən çirkin xoruza bənzər.

Kim yatmaq istərsə - gənc olsun, qoca. 

Qonar şahin kimi uca ağaca.

Buynuzu bənd edər qalın budağa,

Div kimi tərpənməz, başlar yatmağa. 

Yaxından budağa baxdığın zaman 

Asılmış əndaha görərsən ordan. 

Yorğun da olsalar yatmazlar əsla, 

Çünki yatmaq ziyan verər ağıla.

O yerə arabir gəlirkən ruslar 

Ağacdan asılmış o divə baxar.

Bu yığnaq özünü o divdən gizlər,

Ona yanaşmağın yolunu izlər.

Onu bir kəndirlə salarlar bəndə

Boynunu çəkərlər dəmir kəməndə. 

Möhkəm bağlayınca zənciri, bağı,

Onu əlli nəfər çəkər aşağı.

Əsir olduğundan tutunca xəbər,

Dönər ildınma, nərildər, kükrər. 

Dartınıb qırarsa zənciri, bağı,

Əlindən qurtulmaz onun bir yağı.

352



Bir ziyan verməsə möhkəm bağına, 

Gətirərlər onu rus torpağına.

Açılmaz o qalın zəncir boynundan, 

Gəzdirib çox qazanc alırlar ondan. 

Onu gəzdirərlər kəndlərdə ev-ev, 

Onlara çox sərvət qazamr bu dev. 

Ruslarla bir dava düşdüyü zaman 

Bu canlı fil ilə qızışar meydan. 

Zəncirə çəkilər güclü əndaha, 

Boynundan zənciri açmazlar daha. 

Belə od meydana çıxsa, qorxudan 

Üzlərdə rəng qalmaz, bədənlərdə can. 

İskəndər o bəla haqqında daldı,

Bu dastan beyninə bir atəş saldı.

Dedi: "Bu iş məni qorxudan deyil,

Ox çubuqları bir ormandan deyil.

Bu uca taleyim mənə olsa yar,.

O divin başı da nizəmdə oynar." 

Şəfəq gün doğandan çıxarınca baş 

Qaranlıq Məğribdə gizləndi yavaş. 

Şərq şahı orduya verdi yaraşıq, 

Ancaq div haqqında fikri qanşıq.

Sağ qolda dayandı rumlu, bərbəri, 

Tutmuş Yəcuc kimi sədd-İskəndəri. 

Dar gözlü çinlilər solu almışdı, 

Onlann gücündən yer daralmışdı. 

Ordunun qəlbində igid İskəndər,

Atı da altında bir dağa bənzər.

O yanda rus ilə Bərtas və Alan 

Hann atlar kimi coşurdu hər an. 

Təbillər zənglərlə olmuş həmahəng, 

Borular gurlayır məhşər surutək.

Dağ yaran nağara etdikcə fəryad, 

Simurğ Qaf dağında salırdı qanad. 

Coşduqca şeypurun, neyin naləsi 

Tannya ucaldı sığıntı səsi.

Çarpışan ordular deyirdi: - Görək

353



Kimə öz taleyi olacaq kömək?

Yenə də divüzlü, o qızmış aslan 

Fil kimi kükrədi, oxudu meydan.

Bir neçə igidi öldürdü yenə,

Bir kimsə çıxmadı onun önünə.

Yenə o zirehli, igid döyüşkən 

Şah qərargahının bir tərəfindən 

Qılınc oynadaraq hərbə yanaşdı, 

Günəşin çeşməsi ondan qamaşdı. 

İskəndər tanıdı o mərd igidi:

"Keçən gün vuruşan aslandır" dedi, 

igidin haqqında düşdü təşvişə,

O, əndaha ilə çıxmış döyüşə.

Dedi: "Çox heyf olsun, belə qəhrəman 

Bir divin əlində düşsün ayaqdan."

O igid adlı, o kəskin cilovlu,

O odlara girmiş qəlbi alovlu 

Göy yerin başına dolandığıtək 

Divin ətrafında dolandı fələk.

Birinci tədbirdə o mətin qaya 

Kəskin ox yağdırdı qəlbiqaraya.

Gördü div oxlardan duymayır qorxu, 

Oxatan oxundan acığa doldu.

Bir almaz biçimli polad kərpici 

Çarpdı o nəhəngə, çatdıqca gücü. 

Kərpici dəvəyə çarpsaydı, inan,

Çalatı çıxardı o biri yandan.

Canını sıxdı div öz kürəyilə,

Kərpici əzdi o bərk cəmdəyilə.

Bir polad kərpic də atdı yemdən.

Onu da rədd etdi o qalın bədən.

Üçüncü kərpic də qınldı belə,

Alınmaz çaylann önü kərpiclə.

Bildi ki, dəmirdən yoğrulmuş insan 

Qorxmayır kərpicdən, qorxmayır oxdan. 

Alovlu nəhəngi çəkdi qınından,

Əndaha üstünə cumdu pəhləvan.

354



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə