Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə97/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   ...   121

Yerindən əmr etdi o divlər yenən 

Zənciri açdılar divin əlindən. 

Buraxdı başına onu hökmüran,

Bu azad etməkdən görmədi ziyan. 

Əz böyüklüyüylə onu oturtdu, 

Yedirtdi, içirtdi, hörmətli tutdu.

Bir neçə qədəhlə onu yar etdi,

Meylə öz qəlbim aşikar etdi.

Kəlləsi qızınca sərxoş çağında, 

Kölgətək süründü taxt ayağında. 

Kimsəyə isinməz vəhşi qəlbilə 

Ona dost olam tamdı belə.

Tələsik dişan çıxdı məclisdən, 

Güclünün olmadı tozunu görən. 

İskəndər heyrətlə düşdü təşvişə,

Hər kəsdən bir fikir sordu bu işə. 

Şərabdan olunca bunun könlü xoş, 

Nə üçün məclisdən çıxdı bu sərxoş?! 

Dövlət böyükləri qaldılar heyran, 

Hər biri bir fikir eylədi bəyan.

Birisi dedi: "Bu vəhşidir hələ, 

Zənciri açınca üz qoydu çölə."

O biri dedi: "Mey edincə əsər, 

Buradan çıxınca evinə gedər." 

İskəndər məclisdə gizlin, ya açıq 

Söylənən sözlərə dinmədi artıq. 

Düşündü, fələyə əyərək boyun,

Gecə pərdəsindən doğar nə oyun?

O qədər keçmədi, o fil gövdəli 

Girdi əllərində bir gəlin beli.

Şahın qarşısında qoydu şəfqətlə.

Diz çökdü, torpağı öpdü hörmətlə. 

Gətirdi belə bir gözəl şikan.

Yenə də məclisdən çıxdı dişan.

Bu işdən heyrətə düşdü hökmüran, 

Gördü yar belinə sanlmış ilan. 

Padşahdan utandı o nazlı mələk,

359



Çəkdi ətəyim üzə duvaqtək.

Görüncə o parlaq ayı padişah,

Əmr etdi: yadlardan boşalsın dərgah. 

İskəndər çadın xəlvət edərkən,

Əliylə niqabı çəkdi üzündən.

Gördü bir afətdir xəyaldan uzaq,

Bir nur qaynağıdır günəşdən parlaq.

Bir pəriəndamdır olduqca incə,

Pəritək əlinə keçmiş bu gecə. 

Cəhənnəm görmüş bir əndamı gümüş, 

Malikdən qaçaraq cənnətə düşmüş. 

Sərvtək yaşıldır başı hər zaman. 

Qızılgül rəngim borc almış ondan. 

Atdıqca o qənizə oxunu təkrar,

Bir neçə ruhlan edirdi şikar.

Dodağı bazara salır fitnələr,

Üstünə tökülmüş xalvarla şəkər. 

Açılmış səməndir onun qucağı,

Güllərə öməkdi dilbər yanağı.

İskəndər elə bir ayı gördükdə,

Önündə canlandı sanki bütkədə.

O azad qamətli kəniz önündə 

Özünü gördü ən aciz bir bəndə.

Kəniz ki, ağalar qul olur ona,

Bax, necə ürəklər düşər toruna!

Bildi Çin hasarlı bu gözəl şikar 

Xaqandan verilmiş ona yadigar. 

Meydanda mərdliklər görmüşdü ondan

igidlər demişdi: Bu qızdır aslan!

Acındı əlindən çıxan gəlinə,

Soma bu nə sayaq düşmüş əlinə?

- Halım aç, - dedi, - ey şəkərpara! 

Dediyin dastanla könlümü ara!..

O gözəl, pərəstiş edən, sevimli, 

Padşaha baş əydi, açıldı dili.

Duaya başladı: "Ucalsın baxtın,

Bar olsun dünyada bu tacın, taxtın!

360



Dünyaları açan cahangir sənsən,

Haqq səni yaratmış ədi ilə dindən. 

Şövkətin gündüzdən daha aşikar, 

Dövlətdən ürəyin daha xoşrəftar. 

Səndəndir qurtuluş ümid gününə, 

Günəşin işığı səndəndir yenə.

Ordular dağıdan hökmüdarlar var,

Biri qılınc vuran, biri tacidar. 

Günəşsən, tək doğmuş səni ruzigar. 

Həm kəskin qılıncın, həm də tacın var. 

Məclisdə dünyamn hökmüramsan, 

Döyüşdə zamanın pəhləvanısan!

Mən kimi torpaqda varmı o qüdrət, 

Həyaün suyilə olsun həmsöhbət? 

Kimdə var cəsarət dinsin hüzurda, 

Zöhrə də həyadan əriyər burda. 

Uğursuz qəziyyəm şərhə yaramaz, 

Madam ki, deyirsən, söyləyim bir az: 

Mən haman kənizəm, ey şahım, inan, 

Bakirə qızlardan seçmişdir xaqan, 

Dərgaha verərkən dedi: - Ey sərvər,

Bu sandıqda vardır gizlin incilər!

O sözü çox ağır göründü sənə,

Acıqlı nəzərlə baxdı şah mənə. 

Pərdənin ardında oturtdu səssiz, 

Anmadı bir dəfə, unutdu təmiz. 

Olduqca sıxıldım, padşahdan uzaq

Davaya cəlb etdi məni sıxılmaq. 

Padşahın bəxtiylə o ilk döyüşdə 

Hünərlər göstərdim tək bir dönüşdə, 

ikinci gün yenə qopardım nərə,

Bir bəla kəsildim düşmən əsgərə. 

Taleyim olmadı üçüncü gün yar, 

Döyüşdə düşmənə oldum giriftar.

Nə düşmən? Kin ilə kükrəyən nəhəng! 

Surətdə tannmn qəhrindən örnək.

O zalım əndaha keçdi qanımdan,

361



Orduya götürdü o qorxunc insan, 

insafsız ruslara tapşırdı məni,

Söylədi: "Gizlədinbu xəzinəni."

Yenə də durmadan meydana qaçdı, 

Filləri yıxmağa kəskin qol açdı.

Elə ki, taleyin səni ucaltdı,

O divi fil kimi torpağa atdı.

Taleyin çəkincə səni zəfərə,

O gücdən ucaldı başım göylərə. 

Gördüm ki, div çəkir qıvnmlı bəndin, 

Bəlam özünə çəkir kəməndin.

Sağ qılınca yenə o müdhiş əndər

Qıvrıldım, qəlbimi sıxdı bir kədər. 

Lakin kəməndinə bu div düşərkən 

Gül kimi açıldım, qurtuldum qəmdən. 

Ruslann dərdləndi şən könülləri, 

Xeyritək saraldı qızıl gülləri.

O gecə vəhşilər başlarkən işə,

Hər yoldan keçəni saldı təşvişə. 

Kəndirlə bağlandı əlim, ayağım, 

Qaranlıq yer oldu mənim otağım. 

Ahəngi, söhbəti xoşa gəlməyən,

Mənə bir orduydu qarovul çəkən. 

Gecədən bir qədər keçdiyi zaman 

Qanşıq bir səs-küy qopdu bayırdan, 

içəri bir bulud girdi qapqara,

Göydən daş yağdırdı qarovullara. 

Rəqiblər o gecə çəkirkən keşik 

Qorxudan hər biri aradı deşik...

Hey başdı, qopanb çırpırdı daşa, 

Yainki vurardı başqa bir başa. 

Bədəndən o qədər qoparmışdı baş. 

Başlardan qurmuşdu uca bir dağ, daş. 

Yerimdən quş kimi qaldırdı haman, 

Açdı zəncirləri əl-ayağımdan. 

Taxtının yamnda qoyuldum yerə. 

Başımı qaldırdı yerdən göylərə.

362



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə