Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə99/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   95   96   97   98   99   100   101   102   ...   121

Meydanda bağınr necə bir aslan

Zirehli fil necə oxuyur meydan.

Şah haman fil ilə aslana bənzər, 

Filin də, şirin də yolunu kəsər.

Hər qılınc tutana vurunca nərə, 

Başım qılıncla salırdı yerə.

Əbbasi çətritək örtərək qara, 

Bərtasın tasım vurdu daşlara.

Üzəngi və qılınc gücüylə hər an 

Saysız baş qopardı sağdan və soldan 

özü tərpənir yerdən, nə əsgər. 

Vuruşur taleyi gülənə qədər.

Bəlinas parlayan üstürlab ilə 

Çalışır xoş tale keçirsin ələ.

Olunca uğurlu iqbal aşikar,

Şah qılıncı oldu dünyaya açar.

Dedi: "Dur, taleyin sənədir kömək, 

Bu qanlı meydanda sənindi dilək!" 

Nil kimi axdı şah öz sol-sağına, 

Başlan fırlatdı fil ayağına.

Ağzım açaraq odlu əndaha,

Ruslara şah basqın etdi bir daha. 

Padşaha üz verdi səadət, zəfər, 

Əzdilər Qıntalı, üstün gəldilər.

Bu son şanlı zəfər gəlincə ələ 

Düşməm oynatdı bir həmlə ilə. 

Qaçmağa başladı basılan yağı, 

Dünya İskəndərə verdi şahlığı. 

Filbədən əl atdı uzun kəməndə, 

Qıntalın başım keçirdi bəndə. 

Ruslardan kin ilə tökdülər çox qan, 

Çox oldu tutulan, ölən, asılan.

Çox can, baş itirən qırmızı mslar 

Qırmızı rəngini itirdi naçar. 

Ruslardan, Bərtasın aslanlanndan 

Əsir düşdü yüz min qılınc oynadan. 

Qalanlar yem oldu ac qılınclara,

367



Fitnəyə ölümdən başqa yox çara. 

Soyulmuş, talanmış azca bir miqdar 

Salamat qurtanb geri qaçdılar.

O qədər qənimət aldı İskəndər,

Olmadı sayım bilən bir nəfər.

Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər, 

Tövlələr dolusu canlı dəvələr. 

İskəndər düşmənə çalınca zəfər, 

işləri oldu şux lövhədən dilbər.

Endi öz atından "zəfərdir" deyə,

Bildi ki, qovuşmuş bütün diləyə.

Üz sürtdü torpağa, dedi: Ey rəhbər! 

Mən qara torpağam, səndəndir zəfər!" 

Dedi: "Haqq vermiş bu böyük zəfəri", 

Yoxsula payladı xəzinələri.

Dünya boşalınca kinli düşmandan, 

Dincəlmək fikrinə düşdü hökmüran.

NÜŞABƏNİN XİLAS EDİLMƏSİ

Qalx, saqi, saf gövhər saçan camından 

Mənim tərkibimə gövhər saç bir an! 

Onunla islansın qum can tası, 

Gövhərlə silinsin gövhərin pası.

Elə ki, Feyləqus oğlu İskəndər 

Dincəldi, üzünə gülüncə zəfər,

O yerdə aradı eylə bir məkan,

Oturan kəslərə verməsin ziyan.

Ağacı tubadan olsun sevimli, 

Süsəndən sərt olsun otunun dili.

Axan saf çeşmələr versin səs-səsə

içimi mey kimi, mey halal isə.

Ətəyi yamyaşıl, ox ormanlığı,

Hər yandan bürümüş budaq budağı.

Bu suda, havada pərvəriş edən



368


Hər ağac uzundu əlli ərəşdən.

Belə yer keçincə ələ, tacidar 

Tutdu bu mübarək bucaqda qərar.

Qurdu Rum büsatı şən əməllərlə,

Şənliyə başladı şux gözəllərlə.

Məclisdə şahlarla doldu dörd yam

Nəşəylə qaynadı məclisin cam.

Əmr etdi: "Qənimət saxlayan ərlər 

Qarətin sayından versinlər xəbər!

Rus, Bərtas və başqa xalqdan alman 

Silsilə dağ kimi xəzinə, saman.

Katiblər hesaba etsinlər diqqət,

Öyrənsin nə qədər vardır qənimət". 

Qənimət çəkənlər durmadı daha, 

Qədərsiz qənimət çəkdi dərgaha.

Açıldı hər başı bağlı xəzinə,

Baxdıqca fərəhdən çırpındı sinə. 

Yüklərdə o qədər daş, gövhər vardı,

Sayı yox, sayanlar hey yanılardı.

Saf mədən qızılı, civə gümüşü,

Məhtabı işıqdan salır görüşü.

Batmanla zəbərcəd, xalvarla gövhər, 

Qızıl qalxan, nəhəng donlu zirehlər. 

Xüsusi toxunmuş mitqal və kətan,

Silsilə dağ kimi qalanmış hər yan.

Zər ilə işlənmiş qədərsiz paltar,

Ulduztək parlayan saysız qalxanlar. 

Qılınc, tüklü dəri dağ kimi durar,

Saya gəlməyirdi zil qara samur.

Saf qaqum o qədər yüklənmiş, görcək, 

Nə saymaq mümkündür, nə də söyləmək. 

Al tülkü dərisi, sincablar parlaq,

Hələ nal görməmiş bir ilxı daylaq.

Saf vaşaq dəridən məclis olur şən, 

Gündüzə xal düşmüş qara gecədən. 

Bunlardan başqa çox xəzinə, saman, 

Ürək sıxılırdı onu saymaqdan.

369



Padişah baxınca o dərilərə 

Bir cənnət bahan gəldi nəzərə.

Onlan tanıdı bir-bir hökmüdar,

Hər mətah nə kimi işə yarayar.

Gördü parça-parça sincabla samur, 

Eləcə üst-üstə tökülmüş durur.

Ən başda asılmış bir köhnə dəri.

O qədər köhnədir getmiş tükləri. 

Nəzərdən keçirdi o dəriləri,

Bilmədi nədir o asılmış dəri.

Sordu ki: "Bu köhnə dərilər nədir? 

Nə kimi bəzəyə bunlar əl verir?"

Çox incə bir cavab verdi rus ona: 

"Gördüyün mətahlar borcludur buna! 

Dəriyə xor baxma, "köhnədir" deyə, 

Dəyərli sərvətdir bizim ölkəyə. 

Zahirdə çirkinsə bu köhnə dəri,

Bizcə hər dəridən çoxdur dəyəri.

Hər bir dəri yığan çıxsa bazara, 

Bazarda bu tüksüz dəridir para.

Sabit deyilsə də bu sim ilə zər,

Çünki dövran onu tez-tez dəyişər. 

Bizim sikkəmizdir bu köhnə dəri. 

Tük qədər əksilməz bunun dəyəri". 

Bu işə çox heyrət etdi tacidar,

Bu əmrə, bax, necə boyun qoydular. 

Vəzirə söylədi: "Hər bir dövlətin 

Qolunu siyasət etmişdir mətin.

Bax, nələr yaradır xalq siyasəti. 

Dəriyə verir bir qızıl qiyməti.

Bu yerdə gördüyüm bütün şeylərdən 

Yalmz mən bu işə deyərəm əhsən.

Bu xalqda olmasa belə bir gövhər.

Bu yerdə bir şəxsə kim boyun əyər? 

Hər kim etməmişsə bir hünər izhar, 

Yalmz bu hünərlə rus şahlıq qurar." 

Vurulunca başa qənimət günü

370



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə