Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə28/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

Nöqtələr


●Surənin 4-cü ayəsi nazil olduqdan və pak qadınlara böhtan məsələsi açıqlandıqdan sonra Səd İbn İbadə dedi: “Ey Allahın rəsulu! Əgər bir kişi evə girib arvadının yanında başqasını görsə, nə etsin? Əgər o fəryad çəksə, qamçılayacaq. Çünki təkdir və şahidi yoxdur. Əgər sussa, qeyrətini əldən verəcək. Əgər şahid ardınca getsə zinakarlar uzaqlaşacaq.” Bir sözlə, səksən çubuq məsələsi Səd İbn İbadə üçün qaranlıq qalmışdı. Həmin vaxt Hilal ibn Üməyyə adlı bir şəxs həyəcan içində məclisə daxil olub Peyğəmbərə (s) ərz etdi: “Arvadımı bir kişi ilə zina etdiyi vaxt gördüm. And olsun Allaha doğru deyirəm.”

Peyğəmbər (s) narahat oldu. Həzrətin səhabələri də həyəcanlandılar. Belə ki, namusu əldən getmiş kişi qamçılanmalıydı da! Çünki onun sözünü təsdiq edəcək şahidi yox idi. Həmin məqamda hazırkı ayə nazil oldu.

Qadın da kişi kimi özünü müdafiə etmək hüququna malikdir. Yoxsa kişi dörd dəfə and içməklə həyat yoldaşını daşqalağa məhkum edə bilərdi. İslam hamının hüququnu müdafiə edir. Kişinin uyğun qanundan sui-istifadəsinin qarşısını almaq üçün qadına öz paklığını sübut etmək imkanı verilir. Qadın dörd and içməklə və ərinin yalan danışdığını bildirməklə daşqalaqdan qurtara bilər.

O, sözünü daha da möhkəmləndirmək üçün deyir ki, əgər ərim doğru deyirsə, Allahın qəhr-qəzəbinə gəlim.

Kişinin beşinci cümləsində Allahın lənəti, qadının beşinci cümləsində Allahın qəzəbi yad olunur. Qəzəb lənətdən də şiddətlidir. Çünki böhtanla üzləşmiş kəs daha çox həssasdır və daş-qalaqdan qurtulmaq üçün Allahın qəzəbinə düçar olmağa hazırdır.

Bir sözlə, qazi və İslam hakiminin hüzurunda dilə gətirilən bu cümlə “ləan” (bir-birini lənətləmək) adlanır. Bu istiqamətdə xüsusi fiqhi və hüquqi məsələlər bəyan olmuşdur. Qazi və İslam hakimi qadın və kişiyə nəsihət verməli, onları bir-birini lənətləməkdən çəkindirməyə çalışmalıdır. Səylər nəticə vermədikdə qadın və kişi Məscidül-Həram və Məscidün-nəbi kimi müqəddəs yerlərə aparılmalı və üzü qibləyə dayandırılmalıdır. Sonra bir-birini lənətləmə mərasimi icra olunmalıdır.

●Lənətləmə və and mərasimi ilə yanaşı İslam müəyyən qanunlar nəzərdə tutmuşdur. Bu qanunlara əməl olunmalıdır:

1. Qadın və kişi talaq (boşanma) siğəsi oxunmadan bir-birindən həmişəlik ayrılır və onlara yenidən evlənmək üçün müraciət haqqı verilmir.

2. Kişiyə səksən qamçı vurulmur, qadın daşqalaq edilmir.

3. Həmin qadın dünyaya uşaq gətirsə, bu uşaq kişiyə yox, qadının özünə aid olur.

●Bu bir neçə ayədə məlum olur ki, Allah zinanın isbatı üçün dörd şahid, ya lənət və qəzəblə müşayiət olunan dörd and müəyyənləşdirməklə Öz fəzl və rəhməti əsasında rüsvayçılığa mane olur. Adi halda hər gün minlərlə kişi və qadın bir-birini rüsvay edir, qəbilə-tayfasını çətinliyə salır.

Bəli, qadının öz şəxsiyyətini müdafiə etməsi və bir neçə cümlə deməklə daşqalaqdan qurtulması ilahi fəzl nişanəsidir. Belə olmasaydı, bir çoxları daşqalaq edilər, şəxsiyyətləri alçalar, ailələri dağılardı.


Bildirişlər


1. Abır-həya və onun qorunmasına İslamda diqqət verilir. ( Dörd and və bir lənət insanların bir-birlərini rüsvay etməsinin qarşısını almaq üçündür.)

2. Zövcələrə münasibətdə dörd and və bir lənət dörd şahid əvəzində qəbul olunmuşdur.

3. İslam qadınların hüquqlarını himayə edir. Qadın da dörd and içməklə özünü kişinin dörd andla isbata yetirdiyi ittihamdan qoruya bilər.

4. İslam ailə təməlinin qorunması üçün dörd anddan əlavə, beşinci cümlənin də deyilməsini vacib saymışdır.

5. Qadının andı vasitəsi ilə kişilərin sui-istifadə yolu bağlanır.

6. Müəyyən şəraitdə lənətləməyə icazə verilir.

7. İlahi qanun və göstərişlərin icrası insanların özü üçün faydalıdır.

8. Allah daim məsləhət və hikmət əsasında üzrü qəbul edir.

9. İslamın cəza qanunları ölçülü və ilahi hikmətə əsaslanan hökmlərdir.

Ayə 11:


﴿إِنَّ الَّذِينَ جَاؤُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم بَلْ هُوَ خَيْرٌ لَّكُمْ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ وَالَّذِي تَوَلَّى كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ﴾

Şübhəsiz, araya böyük yalan gətirənlər özünüzdən təşkil olunmuş bir dəstədir. Onu özünüz üçün şər saymayın. Bəlkə də, o (sonda) sizin xeyrinizədir. Onlardan hər biri yol verdiyi günah həddində cəzalandırılar. Günahın böyük hissəsini öhdəsinə götürən kəs üçün isə böyük bir əzab var.”



Nöqtələr


●“İfk” sözünün lüğətdə mənası haqdan batilə yönəlmədir. Böhtan da bir növ haqqı ört-basdır etmək, batili üzə çıxarmaqdır.

●Bəzi təfsirçilər bu ayənin nazil olma şəni haqqında deyirlər: Həzrət Peyğəmbər (s) hər səfərdə püşk atıb zövcələrindən birini özü ilə götürərdi. O, Bəni Müstələq döyüşündə Ayişəni özü ilə apardı. Döyüş başa çatdıqdan sonra xalq Mədinəyə döndü. Ayişə yuyunmaq və ya boyunbağısının itmiş dənəsini tapmaq üçün karvandan geri qaldı. Ayişənin geridə qaldığını görən səhabələrdən biri onu karvana çatdırdı. Bəziləri Ayişə və həmin səhabəyə böhtan atdılar. Bu söz xalq arasında yayıldı və Peyğəmbər (s) narahat oldu. Ayişə böhtanın dərdindən atası evinə gedib hazırkı ayə nazil olanadək göz yaşı axıtdı.1

●Başqa bir qrup təfsirçi, xüsusi ilə “Ətyəbul-bəyan” təfsirinin müəllifi müəyyən rəvayətlərə əsaslanaraq bildirir ki, ayə Ayişə yox, Peyğəmbərin (s) başqa bir zövcəsi, Mariyə Qibtiyyə haqqında nazil olmuşdur. Allah-təalanın Mariyəyə bəxş etdiyi İbrahim adlı övlad 18 aylığında dünyasını dəyişdi. Ayişə və Həfsə dedi: “Ey Peyğəmbər (s), nə üçün ağlayırsan? İbrahim sənin yox, bir başqasının övladı idi.” Birinci və ikinci xəlifə də öz qızlarının sözünü təsdiqlədilər. Həmin vaxt ayə nazil oldu.

●Əllamə Cəfər Murtəza yazır: “Ayə Mariyə Qibtiyyə haqqında nazil olmuşdur. Söhbət Mariyəyə böhtan atılmasından gedir. Mariyyə ilə yaxınlıqda ittiham olunan şəxsin əslində belə bir yaxınlığa fiziki imkanı olmamışdır. Böhtan atılan vaxt həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) məsələni aydınlaşdırmaq üçün həmin şəxsin yanına göndərir. Həmin şəxs Həzrət Əlini (ə) görüb ağaca dırmaşır. Həzrət Əli (ə) adı çəkilən şəxsin cinsiyyət üzvündən məhrum olduğunu görür. O, gördüklərini həzrət Peyğəmbərə (s) çatdırır. Həmin vaxt ayə nazil olur, Ayişə, Həfsə və şeyxlər xəcalət təri axıdırlar. Beləcə, Mariyənin paklığı sübuta yetir.

Qeyd etmək lazımdır ki, ayənin qeyd etdiyimiz nazil olma səbəbləri ilə bağlı suallar var. Amma bu təfsirin məqsədi ayələrin bildirişlərini aydınlaşdırmaqdır və nazil olma səbəbləri ilə bağlı geniş araşdırma nəzərdə tutulmamışdır.

●İfk günahında bir neçə günah cəmlənmişdir: Yalan, möminə qarşı sui-zənn, möminin incidilməsi, xəyanət, Peyğəmbərə (s) əziyyət, Peyğəmbər (s) ailəsinin təhqiri, şayiə.



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə