Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə43/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

Nöqtələr


●Kafirlər əziz Peyğəmbəri (s) məzəmmət edirdilər ki, nə üçün hamı kimi yeyir və yol gedir? Hazırkı surənin 20-ci ayəsində cavab verilir ki, bütün əvvəlki peyğəmbərlər də qidalanmışlar və bazarlarda gəzmişlər.

Bildirişlər


1. İnsanların bəziləri kamilliyi nöqsan sayır. (Adi həyat tərzi və xalq arasında hüzur ilahi rəhbər üçün kamillikdir.)

2. Allaha doğru çağırışın dünya nemətlərindən faydalanma ilə ziddiyyəti yoxdur.

3. Rəhbər cəmiyyətdən ayrılmamalıdır. Xalqla get-gəli olan kəs onlara daha rahat yol göstərə bilər.

4. Peyğəmbərlər ehtiyacları olan şeyi şəxsən özləri alırdılar.


Ayə 8:


﴿أَوْ يُلْقَى إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا﴾

Nə üçün ona xəzinə əta olunmayıb, nə üçün faydalansın deyə ona bağ verilməyib? Zalımlar (möminlərə) dedilər: “Siz yalnız sehr olunmuş bir kəsin ardınca gedirsiniz.”



Nöqtələr


●Ötən ayədə kafirlərin belə bir iddiası bəyan olundu ki, Peyğəmbər (s) yemək yeməməli, ehtiyaclarının təmini üçün xalq arasına çıxmamalıdır. Bu ayədə əlavə istəklər bəyan olunur: Peyğəmbər (s) qeybdən təmin olunmalıdır ki, bazara, xalq arasına çıxmağa ehtiyac duymasın. Onlar anlamırdılar ki, bu sayaq, yəni qeybdən təminat Peyğəmbər (s) üçün qüsur olardı. Çünki rifah içində yaşayan bir şəxs əzabkeş xalqa rəhbər ola bilməz.

Bildirişlər


1. Materialistlər hətta peyğəmbərlərə də maddiyyat prizmasından baxırlar.

2. Peyğəmbərlərin işində eyb axtarmaq zülmdür.

3. Təkəbbürlü və kinli insan daim bəhanə axtarır. Bir bəhanədən əli üzüldükdə, başqa bir bəhanəyə əl atır.

4. Peyğəmbərlərin müxalifləri onları gah sehrbaz, gah da sehr olunmuş sayırdılar.


Ayə 9:


﴿انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا﴾

Gör sənin haqqında necə məsəllər çəkdilər. Belə ki, doğru yoldan azdılar, nəticədə (həqiqətə doğru) yol tapa bilməzlər.”


Nöqtələr


●Ayə belə mənalandırıla bilər: Müxtəlif bəhanələrlə peyğəmbərlərin təbliğinə mane olanlar məqsədə çatmaz, müvəffəq olmazlar. Şairin təbirincə, “çölə atar iffətin, bizə verər zəhmətin.”

Bildirişlər


1. Düşmənin bəhanəçiliyinə diqqətli olun.

2. Müxaliflərin təhqirlərinə onların azğınlıqlarının bəyanı ilə cavab verin.

3. Yersiz təşbeh və təmsil azğınlığa aparır.

4. Məntiq, möcüzə və peyğəmbər kamilliyini kənara qoyub, var-dövlət, məqam və bəhanə ardınca getmək azğınlıqdır.


Ayə 10:


﴿تَبَارَكَ الَّذِي إِن شَاء جَعَلَ لَكَ خَيْرًا مِّن ذَلِكَ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَل لَّكَ قُصُورًا﴾

İstədiyi vaxt sənin üçün onların gözlədiyindən də üstününü, ağacları altdan çaylar axan bağlar və qəsrlər qərar verən Allah uca və mübarəkdir.”



Nöqtələr


●Ötən ayələrdə bəyan olundu ki, kafirlər İslam Peyğəmbərindən (s) xəzinə və bağ istəyirdilər. Bu ayədə buyurulur ki, əgər Allah istəsə, peyğəmbərin ixtiyarına bir yox, saysız bağlar verər.

●Həzrət Əli (ə) buyurur: “Əgər Allah istəsəydi, peyğəmbərləri göndərən zaman onların ixtiyarına xəzinələr, qızıl mədənləri, yaşıl və xürrəm bağlar verərdi. Amma belə etsəydi, xalqın sınaq məsələsi aradan götürülər, hamı var-dövlət və rifah tamahı ilə peyğəmbərin ətrafına toplanardı. Beləcə, niyyətlər xalis olmazdı.”1

●“Təbarək” dedikdə “ya sabit”, ya da “bol xeyir” mənası nəzərdə tutula bilər.2

Bildirişlər


1. Allahın varlığı sabitdir və bərəkət qaynağıdır.

2. Pəhrizkarlıq və sadəlik peyğəmbərlərə layiqdir. Saray həyatı və dəbdəbə onların şənində deyil.

3. Fəqirlik və var-dövlət Allahın əlindədir.

4. Allahın istək və iradəsi dəyişməzdir.



Ayə 11:


﴿بَلْ كَذَّبُوا بِالسَّاعَةِ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا﴾

(Onlar təkcə səni yox) hətta Qiyaməti inkar etdilər. Biz Qiyaməti inkar edənlər üçün yandırıb-yaxan od hazırlamışıq.”



Nöqtələr


●“Səir” dedikdə şiddətli od mənası anlaşılır.

Bildirişlər


1. Kafirlərin bəhanələrinin qaynağı onların Qiyamətə etiqadsızlığıdır. (Kafirlərin “nə üçün peyğəmbərin xəzinə və bağı yoxdur” bəhanələrinin kökü onların Qiyamətə inanmamalarındadır.)

2. Məadın təkzibi çox təhlükəlidir.

3. Behişt və cəhənnəm öncədən yaradılmış və hazırlanmışdır.

4. Böyük günah böyük əzabla sonuclanır.


Ayə 12:


﴿إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا﴾

(Cəhənnəm) onları uzaqdan gördükdə, onun qəzəb və təlatümünü eşidərlər.”


Ayə 13:


﴿وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا﴾

Zəncirlə bağlanmış halda oradan dar yerə qatılır və həmin vaxt nalə çəkərlər. (Özlərinə ölüm diləyərlər.)”


Nöqtələr


●“Təğəyyüz” dedikdə qeyz-qəzəbin izharı başa düşülür. Bəzən bu qəzəb səslə müşayiət olunur. “Zəfir” dedikdə qəm-qüssədən sinə tutulan vaxt çəkilən nəfəsin səsi mənası anlaşılır. “Muqərrənin” sözü zəncirlərlə bağlanma mənasını ifadə edir. “Subur” dedikdə ah-vay mənası anlaşılır.

●Cəhənnəm o qədər böyükdür ki, Qiyamətdə ondan “doldunmu” deyə soruşulanda belə cavab verər: “Yenə gələn varmı?”1 Amma cəhənnəm nə qədər böyük olsa da günahkar insan orada sıxıntıdadır. Cəhənnəmdə sıxıntıya düşən insanı böyük divara çətinliklə yeridilən mıxa bənzətmək olar. Divar böyük olsa da, bu mıx sıxıntıdadır.

Həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Cəhənnəm əhli divardakı mıx kimi sıxıntıdadır.”2

●Dünya və axirətdə Allahdan xəbərsizlik dözülməz sıxıntı ilə sonuclanır. Dünyada isə Allah beləsinin köksünü sıxıntıya salır.3 Ayələrdə oxuyuruq: “Hər kəs Mənim zikrimdən üz çevirsə şübhəsiz, onun üçün sıxıntılı həyat var.”4; “Onlar cəhənnəmdə dar bir yerə atılar.”5; Əksinə, Allaha diqqət və iman dünya və axirətdə qurtuluş səbəbidir: “Göy və yerin bərəkət qapılarını onların üzünə açarıq.”6; “Behiştə daxil olan vaxt onun qapıları açılar.”7

●İmam Sadiq (ə) buyurur: “Ayədə “uzaqdan” deyərkən bir illik yol nəzərdə tutulur.”1


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə