Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə205/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   201   202   203   204   205   206   207   208   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

431 



 

verdiyi qəbul edilmişdir

1

. Ceyhunun yataq dəyişdirirək yenidən Aral gölünə 



tökülməsinin türkmənlərin iqtisadi həyatlarına mənfi təsir göstərməsi barədə 

qaynaqlarda bilgi yoxdur. 

Digər  hadisə  isə  Əmba  çayı  sahillərində  oturan  və  noqay  da  adlanan 

manqıtların (manqut) Manqışlağa yağma axınlarıdır. Bu axınlara dayana bil-

məyən  ərsarılar,  təkə  və  yomutlar  Balxan  və  Kürən  dağları  çevrəsinə  gəl-

mişlər, ərsarılar Böyük Balxan ilə onun çox şərqindəki Kurtış arasında yurt 

salmışdılar. Təkələr ilə yomutların da Küçük Balxan ilə Qızıl Arvat arasın-

dakı  Kürən  dağ  çevrəsində  yaşamaya  başladıqları  anlaşılır.  Ancaq  kalmık 

axınları Manqışlaq türkmənləri üçün daha fəlakət verici nəticələr doğurmuş-

dur. Gerçəkdən, kalmık (kalmak=kalmaq) deyilən qövm həqiqi monqol olub 

ünləri hələ Teymur dövründə Mavəraünnəhrə çatmışdı. Çağataylar kalmık-

ların  insan əti  yediklərinə inanırdılar ki,

2

 Övliya  Çələbi  də  bu  xüsusda  təf-



silat  verməkdədir

3

.  Halbuki  bu  kalmıklar  buddist  idilər.  Kalmıkların  qərbə 



gələnlərinin  çoxunu torqut (turqut) adlı monqol boyu təşkil edirdi.  Bu boy 

Çingiz xan dövründə də mövcud olub

4

 fəth hərəkətlərinə geniş ölçüdə qatıl-



mamış görünür. Torqutlar və ya kalmıklar əski müttəfiqləri olan bir monqol 

boyunun sıxışdırması nəticəsində qərbə köç etdilər; önlərinə çıxanları yenib 

Yayıqa  qədər  gəldilər  və  Xarəzmə  ilk  axınlarını  gerçəkləşdirdilər.  Enerjili 

başbuğları Hoorluq idarəsində İtilin ağzında yurd tutan kalmıklar öz axınları 

ilə Krım da daxil olmaqla hər tərəfdə qorxu və dəhşət oyandırdılar. Kalmık-

lar türkmənlərə axınlar edən manqutları (manqıt) İtilin ötəsinə sürdükləri ki-

mi,  Övliya  Çələbiyə  görə

5

 qələbəlik  saydakı  noqaylar  (manqut  =  manqıt) 



kalmıkların rəiyyətləri durumuna düşmüşdülər. 

Kalmıkların  1637-ci  ildə  Manqışlaq  üzərinə  axını  nəticəsində  buradakı 

türkmənlərin böyük əksəriyyəti yurdlarını tərk edərək pərişan bir halda Bal-

xan tərəfə qaçdılar. 1640-cı ildə İrandan dönən Əbülqazi Manqışlaqdan qa-

çan qızılayaq obası türkmənlərindən buraya gəldikdən ancaq üç il sonra ke-

çə çadırlar düzəldə bildiklərini öyrənmişdi. Qışı orada keçirən Əbülqazi Bal-

xan dağına gedib iki il də orada təkələr arasında qaldıqdan sonra Manqışlağa 

gəlmiş  və  Manqışlaq  türkməninin  tar-mar  olduğunu,  orada  ancaq  700  ça-

dırlıq bir icmanın qaldığını, onların da kalmıklara tabe olduğunu görmüşdü

6

.



 

                                                           

1

 Ə.Z.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 222. 



2

 Diyarbəkriyyə, II, s. 474. 

3

 Bilindiyi üzrə, Övliya Çələbi İtilin aşağı yatağında yurt tutan kalmıklar haqqında bir çox 



baxımdan ilgi çəkən və diqqətəşayan bilgilər vermişdir (Səyahətnamə, İstanbul, 1928, VII, 

s.  843-870).  Övliya  Çələbi  kalmıkları  əski  müəlliflərin  hunları  və  monqolları  anlatdıqları 

kimi təsvir edir. 

4

 Monqollarm gizli tarixi, türkcə türcüməsi Ə.Təmir, Ankara, 1948, s. 61; Monqollarm gizli 



tarixi, Bakı, 2011, s.  Rəşidüddin, Moskova, 1965, s. 82. 

5

 VII, s. 844, 847. 



6

 Şəcəreyi-türk, s.316, türkcəsi s. 332-333. 




FARUQ SÜMƏR 

 

432 



 

1642-ci  ildə  Əbülqazinin  böyük  qardaşı,  Xarəzm  hökmdarı  İsfəndiyar 

xan öldü. İsfəndiyar xan Əbülqazinin aksinə türkmənlərə nifrət etmir, hətta 

onları öz qövmdaşları özbəklərdən üstün sayırdı. 1643-cü ildə Əbülqazi Xa-

rəzm hökmdarı oldu. O, türkmənlərə kalmıklardan daha qorxunc fəlakətlər 

gətirdi. Əbülqazi özbəklərin düşməni saydığı və ağlı az dediyi türkmənləri 

qəddarlıqla kütlələr halında öldürdürdü. Özəlliklə, hökmdar olar-olmaz, hiy-

lə ilə 2.000 türkməni məhv etmiş, Xorasanda Duruna yaxın Burma deyilən 

çayın sahilindəki savaşda, öz ifadəsi ilə, 20.000 türkməni öldürtmüşdü. 

Bu əsnada  (1065=1654/1655) kalmıklar da Xorasanda Durum  yörəsinə 

və Əstərabad tərəflərinə qədər axınlar edərək bəzi türkmən obalarını yağma-

ladılar, ancaq səfəvi bəylərbəyiləri tərəfindən yenildilər

1

. O biri il (1066) İs-



fahanda kalmık (kalmak) elçiləri göründülər. Bu elçilərin yanında türkmən-

lər də vardı. Kalmık elçilərinə xələt geydirildi və Qaradağlu xan Məhəmməd 

bəy xələtlər, samur, küllah və digər hədiyələrlə kalmık xanına göndərildi

2



XVIII əsrdə Astarabad bölgəsində oxluların yerini çoxlu əhalisi olan yo-

mutlar  aldılar.  Yomutlar,  əfşarlar  və  zəndlər  ilə  mücadilələrində  qacarlara 

yardım edirdilər. Hətta Mirzə Məhəmmədə görə, qacar dövlətinin qurucusu 

Ağa Məhəmməd şahın anası yomutların başçısı Bəyəncin qızı idi

3



Xəzərarxası  türkmənlərinin  XVIII-XIX  əsrlərdəki  tarixləri  daha  yaxşı 



bilinir.  Xarəzm  və  İrandaki  iqtidar  dəyişiklikləri  və  bu  iqtidarların  qısa  bir 

zamanda zəif vəziyyətə  düşmələri,  Avropa dövlətlərinin hakimiyyət və nü-

fuzlarını  genişlətmək  üçün  fəaliyyətlərini  artırmaları  Xəzərarxası  türkmən 

oymaqlarına  daha  artıq  sərbəstlik  qazandırmışdı.  Dışkı  salurdan  olduğunu 

gördüyümüz təkələr və yomutlar ən güclü oymaqlar halına gəldilər. İran tor-

pağına yönələn və alaman (ərəbcə əl-amandan) deyilən axınlar ən ziyadə bu 

iki  oymağın  mənsubları  tərəfindən  gerçəkləşdirilirdi.  Bu  oymaqlar  ara-sıra 

Xarəzm xanlarının və qacar valilərinin ordularına qarşı uğurlar da qazanmış-

lar. 

Xəzərarxası  türkmən  oymaqlarından  bir  çoxu  bilxassə  öz  aralarında 



girişdikləri  mübarizələr  üzündən  yerlərini  dəyişdirmək  zorunda  qalmışlar. 

Xəzərarxası türkmənlərinin oymaq təşkilatı haqqında XIX əsrdə türkmənləri 

ziyarət  edən  avropalılar  tərəfindən  bəzi  siyahılar  düzənlənmişdir.  Bu  siya-

hılardan ən əski və tafsilatlı olanlardan biri yüzbaşı N.Muravyov tərəfindən 

meydana  gətirilmişdir  (1819-cu  ildə).  Ancaq  yüzbaşı  Muravyovun  siyahı-

sında təkə, salur, ərsarı və sarıqların oymaq təşkilatları əskikdir. 

                                                           

1

 Abbasnаmə, s. 201-204. 



2

 Həmin əsər, s. 224-225. Nadir şah dövründə (1736-1747) kalmıklardan Qarçığay xan var-

dı  ki,  Nadir  şah  onu  Rusiyaya  elçi  olaraq  göndərmişdi.  Qarçığay  xan  Qalmaq  sonra  Dər-

bənd  bəylərbəyiliyinə  təyin  edildi  (Mirzə  Məhəmməd  Məraşi.  Məcmə  üt-təvarix,  Tehran, 

1328 ş., s. 121). 

3

 Rzaqulu xan isə anasının qacarlardan Məhəmməd xanın bacısı olduğunu yazır (Rövzət üs 



- səfayi-Nadiri, IX, s. 85). 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə