13
anlayışdır. Geosiyasət iki və ya çoxlu sayda dövlət arasında daxili məzmun etibarilə,
həmçinin forma baxımından idarəçiliyi meydana gətirir. İdarəçilik də geosiyasəti
yaradır. İdarəçilik sahəsində dövlətin canlı qurum kimi bütün orqanları hərəkətdə
olur. (Burada idarəçilik dedikdə, tərəflər arasında qarşılıqlı təsir və təzyiqlərdən
ortaya çıxan üst və alt vəziyyətlər, həmçinin bir çox məsələlərdə böyük dövlətlərdən
asılı qalmaq halları kimi də başa düşülməlidir. Digər tərəfdən də dövlətlər beynəlxalq
əlaqələri formalaşdırmaq və razılıqları həyata keçirmək üçün qaydalar yaradırlar və
qaydalara əməl etməklə özləri-özlərini idarə edirlər). İdarəçilik sistemli qaydada
tənzimləyici proses olaraq özü ilə geosiyasi maraqları formalaşdıran elementləri
daşıyır. Məsələn, xarici sərmayələr təsir vasitələri baxımından tərəflər arasında elə bir
dövlətin digər dövlət üzərində müəyyən qədər idarəçiliyini yaradır. Bununla yanaşı,
nəzrə almaq lazımdır ki, iqtisadi, siyasi maraqları qorumaq üçün bir dövlətin digər
dövlətdəki hərbi bazaları da idarəçilik və geosiyasət elementləridir. Burada həm
geosiyasət, həm də idarəetmə daxili bütövlük, vahidlik yaradaraq dünya düzənini
meydana gətirir. Dünya düzəni dünyanın ayrı-ayrı regionları üzrə (burada məkan,
geosiyasət) vahid kompleksi təşkil edən bir bütövə və onun tərkibi olan yarımbütövə
çevrilir. Bütöv və yarımbütövlər də sistemlər olaraq idarəçiliklə formalaşır. Dünya
düzəni və geosiyasət formalaşır: maraq təminatı üçün xarici siyasət fəaliyyətindən-
beynəlxalq münasibətlərdəncoğrafi regionlar üzrə beynəlxalq münasibətlər yaratmaq
üçün müəyyən hərəkətlərdən. Xarici siyasət həm dövləti digər dövlətdən qorumaq
üçün həyata keçirilir, həm də dövlətin daxili ehtiyaclarını ödəmək məqsədilə
reallaşdırılır. Bu iki səbəb və istiqamət də əslində bir-birindən doğur və biri digərini
şərtləndirir.
5
Postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir
geosiyasi xarakteristikasını, region ölkələrinin inkişaf tendensiyalarını və
perspektivlərini qiymətləndirən əksər ekspertlər:
-
əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostra- teji mövqelərini;
5
E.M.Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların
əsasları. Ümumi hissə. I kitab. Bakı, “Elm və təhsil ” nəşriyyatı, 2013, 544 səh.
14
-
yürütdüyü müstəqil daxili və xarici siyasətini;
-
zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını,
-
Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji
dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu
düzgün mövqeyini;
-
daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demok- ratik dövlət, vətəndaş
cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;
-
son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı
Gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin
geosiyasi cəhətdən ən ə
həmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Mütə-
xəssislərin fikrinə görə, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış
edən həmin amillər öl- kənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm
də bugünkü dinamik inkişafını şərtləndirmişdir.
Digər geosiyasi xarakteristikasına - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və
qonşularla münasibətlərinə, maddi və mənəvi resurslarından yararlanma əmsalı və
s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli döv- ləti hesab
olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun:
-
86,6 min kvadrat km. quru və 80 min kvadrat km. Xəzər dənizindəki milli
sektoru;
-
Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geo- siyasi və geoiqtisadi
vəziyyəti;
-
avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran,
Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə
nəqliyyat- kommunikasyia xətləri və s. daxildir.
Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinin
qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi
və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli
regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, Xəzər-Qara dəniz
hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların
15
mərkəzində dayanır.
-
Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dəniz- ləri arasındakı mühüm
əhəmiyyətli
Kontinental geosiyasi məkanının;
-
Türkmənistan və Qazaxıstanla birlikdə Avropa- Cənub-Şərqi Asiyanın;
-
Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin;
-
Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat- kommunikasiya
layihələrinin;
- NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların təmas xəttində yerləşir,
həm Avropanın, həm Asiya- nın, həm də bəhs olunan sahələr üzrə Xəzər-
Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində
önəmli vəsilə kimi çıxış edir.
Mütəxəssislərin fikrinə görə, Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe məhz Azərbaycana məxsusdur.
Milli və regional təhlükəsizlik, regional və beynəlxalq inteqrasiya və s. geosiyasi,
geoiqtisadi və geo- strateji məsələlərdə Azərbaycanın həm bölgə, həm də dünya
ölkələri ilə üst-üstə düşən və düşməyən maraqları, fərqli fəaliyyət istiqamətləri
mövcuddur ki, bu da rəsmi Bakının gələcək geosiyasi qərarlarına təsirsiz
ötüşməyəcəkdir. Lakin nəzərə almaq lazımdır ki, qloballaşma dövrünün müasir
çağırışları fonunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri qlobal və
regional çərçivədə, müəyyən proseslərin və hadisələ rin təsiri altında, habelə
qarşılıqlı maraqlar kontekstində tez-tez öz siyasətlərinə müəyyən düzəlişlər edirlər.
Təbii olaraq, Azərbaycan da öz milli maraqlarının təmin edilməsinə istiqamət-
lənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli
geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedişlər edir və bundan sonra
da edəcəkdir.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu
yeni neft strategiyası və digər transmilli enerji-nəqliyyat-kommunikasiya
Dostları ilə paylaş: |