19
onların hərəkət etməsi ilə razılaşmır və buyururdu: "Mənim nümayəndəm
Cəririn Şamda olduğu halda hazırlıq əmrinin verilməsi sülh yollarını Şam
əhalisinin üzünə bağlayar, əgər bu məsələ ilə əlaqədar xeyir niyyətləri olsa,
bu da aradan gedər. Mən Cərirə məktub yazıb orada qalma müddətini
məhdudlaşdırmışam. Əgər yubansa, onda ya aldanmış, ya da öz imamı ilə
müxalifət etmişdir. Mən bu işdə bir qədər təmkinlə hərəkət etmək istəyirəm.
Əlbəttə, bu işin tədriclə hazırlaşmağa heç bir maneəsi yoxdur. Belə ki,
hazırlıq olmadığı
təqdirdə hərəkət elan edilsə, işə xələl yetirilər.
1
IMAM (Ə)-IN YANINDA CƏRIRIN MÜQƏSSIR
SAYILMASI
Bu qədər yubandıqdan sonra Cərir ümidsiz halda Imam (ə)-ın yanına
qayıtdı. Malik Əştər Imam (ə)-ın hüzurunda onu sorğu-suala çəkdi. Onların
arasında kəskin söhbətlər oldu. Bu söhbətlərin bəzilərini qeyd edirik.
Malik:–Ey Imam, əgər onun əvəzinə məni göndərsəydin, işi lazımınca
yerinə yetirərdim. Bu kişi ümid qapılarını bizim üzümüzə bağladı. Keçmişdə
Bəni-Üməyyə qəbiləsi Həmdana hakim seçməklə onun dinini aldılar. Onun
yerin üzərində yol getməyə belə ləyaqəti yoxdur. Indi də Şamdan qayıdıb
bizi onların gücü ilə qorxudur. Əgər icazə versəniz, onu və onun
həmfikirlərini, məsələ tam aydınlaşana qədər həbs edim!
Cərir:–Kaş mənim yerimə sən gedib bir daha geri qayıtmayaydın, ya
Əmr As, ya Zilkəla, ya da Hövşəb Zizülm səni öldürərdi, çünki onlar səni
Osmanın qatillərindən hesab edirlər.
Malik Əştər:–Əgər mən getsəydim, onların qarşısında aciz qalmazdım.
Mən Müaviyəni bir yola dəvət edər və ona fikirləşməyə belə macal
verməzdim.
Cərir:–Hələ ki, yol açıqdır. Get!
Malik:–Iş-işdən keçəndən və hadisə Müaviyənin xeyrinə qurtarandan
sonramı?!
2
Malikin güclü məntiqi var idi və Cərir onun yerli tənqidləri qarşısında
düzgün cavab tapa bilməzdi. Siyasətdə uduzmuş belə bir şəxsə layiq olan
şey qəsdən, yaxud bilməyərəkdən etdiyi səhvinə etiraf edərək üzr
istəməkdir. Lakin o, Malikin tənqidləri qarşısında müqavimət göstərdi,
yavaş-yavaş Imam (ə)-dan uzaqlaşıb Fəratın sahilində yerləşən "Fərqisya"
məntəqəsinə sığındı.
Əgər Cərir o vaxta qədər yaramaz bir iş görməmişdisə, onda onun təqsiri
bağışlana bilərdi. Lakin onun sonrakı işi qanunsuz idi. Onun Əli (ə)-ı tərk
edib uzaq bir məntəqədə yaşaması Imamın hökumətinə qarşı etiraz əlaməti
idi. Bundan əlavə, Cəririn işdən uzaqlaşması nəticəsində qəbilə təəssübləri
öz işini gördü: onun qəbiləsindən cəmisi 19 nəfər Imam (ə)-a qoşulub
Siffeynə tərəf hərəkət etdi.
3
1
"Nəhcül-bəlağə" (Əbdüh), 42-ci xütbə
2
"Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.114-115; "Vəqətu
Siffeyn", səh.60
3
"Vəqətu Siffeyn", səh.60-61
20
MÜAVIYƏNIN ISLAMI ŞƏXSIYYƏTLƏRƏ YAZDIĞI
MƏKTUBLAR
Müaviyə Siffeynə doğru hərəkət etməmişdən qabaq Əmr Asa dedi:–Üç
nəfərə məktub yazıb onları Əlinin əleyhinə qaldırmaq istəyirəm. Bu üç nəfər
Əbdüllah
ibni Ömər, Səd ibni Vəqqas və Məhəmməd ibni Məsləmədir."
Müaviyənin müşaviri onun fikrini bəyənmədi və dedi:–Bu üç nəfər ya
Əlinin tərəfdarıdır, bu halda sənin məktubun onları Əlinin yolunda daha da
möhkəmlədəcək; ya Osmanın tərəfdarıdır ki, belə olduqda onların
möhkəmliyinə bir şey əlavə olunmayacaq və əgər bitərəf olsalar, sən onların
nəzərində heç də Əlidən etimadlı deyilsən. Beləliklə sənin məktubun onlara
heç bir təsir etməyəcək."
1
Müaviyə onun sözlərini qəbul etmədi. Həm özünün, həm də Əmr Asın
imzası ilə Əbdüllah ibni Ömərə belə bir məktub yazdı: "Həqiqətlər bizdən
gizli olsa da, səndən heç vaxt gizli olmaz. Osmanı Əli öldürdü, dəlili də
budur ki, onun qatillərinə aman vermişdir. Biz Quranın hökmü ilə Osmanın
intiqamını almaq–qatillərdən qisas almaq istəyirik. Əgər Əli qatilləri bizə
təhvil versə, ondan əl çəkib sonra xilafət məsələsini Ömər ibni Xəttab kimi
şura şəklində müsəlmanların ixtiyarına verərik. Biz heç vaxt xilafəti
istəməmişik və istəmirik də. Biz səndən istəyirik ki, ayağa qalxıb bu yolda
bizə kömək edəsən. Əgər biz sizinlə müttəfiq olsaq Əli qorxub geri
çəkiləcək."
2
ƏBDÜLLAH IBNI ÖMƏRIN CAVABI
"... Canıma and olsun, sizin hər ikiniz bəsirəti əldən vermisiniz, heç
biriniz həqiqəti görmürsünüz. Siz hadisəyə uzaqdan baxırsınız. Məktubunuz
şübhələnənlərin şübhəsini daha da artırır. Axı siz xilafətdən nə istəyirsiniz?!
Müaviyə, sən azad edilmiş şəxslərdən–tüləqadansan. Əmr As, sən də etimad
göstəriləcək bir adam deyilsən. Bu işdən əl çəkin, çünki mənim və sizin
köməyiniz yoxdur."
3
Onun Müaviyəyə yazdığı cavab Əmr Asın uzaqgörənliyini sübut edib
Müaviyənin hələlik bu köhnə rəqibin səviyyəsinə çatmadığını aydınlaşdırır
və göstərir ki, Müaviyə bəzi siyasi məsələlərdə malik olduğu üstünlüklə
belə, (məsələn, o, müxalif tərəfin sözünü açıq ürəklə dinləyirdi, əgər ona
tərəf gəlsəydilər olub-keçənləri unudar, güzəştə gedərdi, əgər müzakirədə
çıxış yolu tapmasaydı, dərhal sözü dəyişər, söhbətin mövzusunu başqa yerə
yönəldərdi) hələ də insanları dəqiq tanıya bilmirdi.
BU
MƏKTUBLARI
YAZMAQDA
MÜAVIYƏNIN
MƏQSƏDI
Müaviyənin bu məktubları yazmaqda əsas məqsədi bitərəf şəxslərin
nəzər-diqqətini cəlb etmək idi. Bu şəxslər nə tərəfdarlıq, nə də müxalifətçilik
1
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.88-89
2
"Vəqətu Siffeyn", səh.63; "Əl-imamətu vəs-siyasət", səh.89
3
"Vəqətu Siffeyn", səh.36; "Əl-imamətu vəs-siyasət", səh.89-90