11
vəziyyətlərini dəyişməyincə, dəyişməz." Osmanın Əli tərəfindən
öldürülməsindən söz açılır. Əgər doğrudan
da Əli onu öldürübsə,
mühacir və
ənsar onunla beyət etdiyindən, camaata hakim onlardır (bu məsələni onlar
həll etməlidirlər). Əgər Əli onu öldürməyibsə, bəs nə üçün Müaviyənin
sözünü təsdiq edirsən?! Rica edirəm ki, özünü və qohum-əqrəbanı fəlakətə
salmayasan. Əgər Cəririn müəyyən bir rütbəyə çatmasından qorxursansa,
sən də Əliyə tərəf gedib öz qəbilən və Şam əhalisi ilə birlikdə onunla beyət
edə bilərsən."
Lakin Əzdi qəbiləsindən olan o kişinin xeyirxah fikirləri təsirsiz oldu və
Şərhbil Müaviyənin dəvətini qəbul edib yola düşdü.
1
MÜAVIYƏ QƏBILƏ ŞEYXLƏRINDƏN VƏ SADƏLÖVH
ZAHIDLƏRDƏN KÖMƏK ISTƏYIR
Qəbilə daxilində təşkil olunan yığıncaqlarda qəbilə başçısının qərar
qəbul etməkdə tam ixtiyarı vardır, onun hər hansı bir cinaha tərəf meyl
etməsi o qəbilənin hamısının, yaxud bir hissəsinin həmin tərəfə meyl
etməsinə səbəb olur. Əslində onun şəxsi rəyi–xüsusilə
əgər qəbilə rəisi zahiri
müqəddəsliyə malik olsa–bütün qəbilədəki rəy və fikirləri təmsil edəcəkdir.
Müaviyə Şam əhalisini və orada yaşayan yəmənli mühacirləri səfərbər
etmək üçün belə şəxsiyyətlərin rəğbətini qazanmalıydı. Onun "bədənindən
ayrılmış olan ağlı" Əmr As da onu bu işə vadar etdi.
2
Şamda (Həmsdə)
yaşayan Şərhbil hər iki şərtə malik idi: O həm müqəddəs və hörmətli bir
ağsaqqal idi, həm də yəmənli mühacirlərin böyüyü sayılırdı. Onun nəzər-
diqqətini cəlb etməklə ümumxalq fikrində Əli (ə)-a qarşı əsaslı dəyişiklik
yaranacaqdı. Elə buna görə də Müaviyə məktub yazaraq, onu Şama dəvət
etdi, Şərhbilin etimad göstərdiyi adamlara göstəriş verdi ki, onunla
müntəzəm surətdə əlaqədə olsunlar, Əli (ə)-ı Osmanın qatili kimi
tanıtdıraraq onun (Şərhbilin) beynini yusunlar ki, Imamın qatil olmasından
savayı başqa bir şey fikirləşə bilməsin.
O, Həmsdən Şama gəldi, hamı ona hörmət göstərdi. Müaviyə onunla
söhbət edərək belə dedi:–Cərir ibni Əbdüllah Bəcli Iraqdan gəlib bizi Əli ilə
beyət etməyə çağırır. Əli çox yaxşı adamdır, lakin Osmanın qatilidir. Mən
hələlik heç bir qərara gəlməmişəm, çünki mən Şam əhalisindən biriyəm,
onların rəy verdikləri
şeyə rəy verirəm, pis saydıqları şeyi də xoşlamıram."
Şərhbil öz fikrini aşkar etmədən dedi:–Gərək məsələni araşdıram, sonra
isə fikrimi deyəm."
Buna görə də məclisi tərk etdi və araşdırma aparmağa başladı.
3
Onun
beynini doldurmaq üçün Müaviyə tərəfindən əvvəlcədən məmur olunan
şəxslər müxtəlif yollarla onunla əlaqə yaradaraq Imam (ə)-ın qatil olmasını
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.; "Vəqətu Siffeyn",
səh.44-45
2
Buxari öz tarix kitabında (2-ci cild, səh.249) onu şərh və Ibni Əbi Hatəm "Əl-
cərhu vət-tədil" kitabında (4-cü cild, səh.338) onun adını qeyd etmişdir.
3
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.143; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-
Hədid), 2-ci cild, səh.71; "Vəqətu Siffeyn", səh.44-45
12
təsdiq edir, Əli (ə) barəsində onun qəlbinə şəkk-şübhə toxumu səpirdilər. Bu
zəhərli təbliğatlar sadəlövh zahidin fikrini dəyişdirdi və onu "oddan da
yandırıcı bir kasa", "anadan da mehriban bir dayə" surətinə saldı. Buna görə
də Müaviyə ilə ikinci dəfə söhbət edəndə dedi:–Mən camaatdan Əlinin qatil
olmasından başqa bir şey eşitmədim. Buna görə də onunla beyət etməyə
haqqın yoxdur; əks halda ya səni Şamdan çıxardarıq, ya da öldürərik!
1
Müaviyə bu sözləri eşitdikdə dedi:–Mən də Şam əhalisinin bir üzvüyəm,
heç vaxt sizinlə müxalifət etmərəm.
Şərhbil Müaviyənin yanından çıxıb Həsin ibni Nümeyrin yanına getdi,
ona dedi ki, Imam (ə)-ın nümayəndəsi olan Cəririn dalınca bir adam
göndərsin ki, onunla da müzakirə etsin.
ŞƏRHBILIN IMAM (Ə)-IN NÜMAYƏNDƏSI ILƏ
MÜZAKIRƏSI
Cərir Həsinlə birlikdə Şərhbilin yanına gəldi, hər üçü müzakirəyə
başladılar. Şərhbil Imam (ə)-ın nümayəndəsinə dedi:–Sən müəmmalı bir
xəbərlə buraya gəlmisən. Məncə, bizə qarşı vəsvəsə edib, Iraqla Şamı bir-
birinə qarışdırmaq istəyirsən. Sən Əlini tərifləyirsən, halbuki, o, Osmanın
qatilidir. Qiyamət günü Allah qarşısında cavab verəcəksən!
Imam (ə)-ın nümayəndəsi belə cavab verdi: Mən heç də müəmmalı bir
xəbərlə sizin yanınıza gəlməmişəm. Mühacir və ənsarın Əli ilə beyət etdiyi
halda onun xilafəti necə müəmmalı ola bilər?! Təlhə və Zübeyr beyəti
pozduqları üçün öldürülmüşdür. Sən özünü şirin ağzına atmısan,
mən isə heç
vaxt belə bir iş görməmişəm! Əgər Iraq və Şam haqqın qorunub saxlanması
üçün müttəfiq olsalar, onda bu iş onların batil bir iş üstündə bir-birindən
ayrılmalarından yaxşıdır. Allaha and olsun ki, Əlini "Osmanın qatili"
adlandırmaq uzaqdan-uzağa töhmət vurmaqdan başqa bir şey deyildir. Sən
dünyaya meyl etmisən və keçmişdə, Səd Vəqqasın dövründə də sənin
qəlbində bir şey var idi. (Bu cümlədə "Səba" surəsinin 53-cü ayəsi istifadə
olunmuşdur.)
2
Məclis sona çatdı, Cərir sonra bir qəsidədə özünün yəmənli dostu
Şərhbilə aşağıdakı məzmunda belə bir xəbər göndərdi: "Şərhbil, ey Səmtin
oğlu, həvayi-nəfsə itaət etmə, çünki bu dünyada dinin yerini verə biləcək bir
şey yoxdur, Hərbin oğluna da de ki, artıq bu gün öz məqsədinə çatmaq üçün
hörmətin yoxdur, belə isə onun ümidini kəs!"
3
Cəririn gözəl bir şer şəklindəki nəsihətli sözləri Şərhbilin əlinə çatanda
sanki yuxudan ayıldı, bir az fikirləşib dedi:–Bu söz mənim üçün dünya və
axirətdə bir nəsihətdir. Allaha and olsun, son qərara gəlməkdə
tələsməyəcəyəm!"
Müaviyə Cərirlə Şərhbilin müzakirəsindən və Cəririn ona göndərdiyi
xəbərdən agah olduqda Cəriri tənbeh etdi, sonra onun sözlərinin təsirini
1
"Vəqətu Siffeyn", səh.47-48
2
"Vəqətu Siffeyn", səh.47-48
3
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.80-81; "Vəqətu
Siffeyn", səh.48-49