95
həyasızlıqla Imam (ə)-ı təqvaya, Qurana dəvət etdi!
IMAM (Ə)-IN BU MƏKTUBA CAVABI
"Zülm və yalançılıq insanın din və dünyasını puç edər, onun xəta işlərini
və qanunsuz əməllərini eyb axtaranlara aşkar edər. Sən bilirsən ki, öz
keçmişini bərpa etməyə qadir deyilsən. Bir dəstə insan əhd-peymanı pozaraq
nahaq yerə müxalifətə başladılar, Allahın aşkar əmrini dəyişdirdilər, Allah
da onların yalanlarını ifşa etdi. Elə bir gündən qorx ki, o gündə işinin aqibəti
yaxşı olanlar sevinəcək, öz rəhbəri ilə müxalifət edənlər peşman olacaqlar:
bunlar dünyaya aldanaraq ona ürək bağlamışdır. Bizi Quranın hökmünə
dəvət edirsən, halbuki özün onun əhli deyilsən. Biz sənə cavab vermədik,
lakin Quranın hakim olmasını qəbul etdik."
1
Əşəs ibni Qeys elə ilk günlərdən Müaviyə ilə gizli əlaqə yaratmaqda
müttəhim olunmuşdu, müharibənin gedişində də bu əlaqələr müəyyən qədər
hiss olunurdu. O, bu dəfə israr etdi ki, Müaviyənin yanına gedib onun
Quranları qaldırmaqda məqsədinin nə olduğunu öyrənsin.
2
Əşəs elə ilk gündən etibarən Imam (ə)-a sədaqətli deyildi və Müaviyənin
qardaşı Ütbə ilə müzakirə apardıqdan sonra sülh fikrinə düşmüşdü. O,
"Leylətül-hərir"də müharibənin davam etdirilməsini hər iki tərəfin məhv
olması hesab etdi. Quranların nizəyə vurulması fitnəsində də Əli (ə)-ın
şamlıların dəvətinə müsbət cavab verməsinə israr edir, həm də qoşunun
yorğunluğundan söz açırdı. Bu dəfə Müaviyə ilə əlaqə yaratmaq və sülh
barəsində son qərara gəlməsi üçün, vaxt verilməsini tələb edirdi. (Sonra
qeyd edəcəyik ki, o, Imam (ə)-ın nümayəndə təyin etməsinə imkan vermədi
və o həzrətin təyin etdiyi nümayəndəni bir bəhanə ilə kənarlaşdırdıqdan
sonra öz seçdiyi nümayəndəni qəbul elətdirdi. Bu da iraqlıların tam zərərinə
idi.)
Əşəs Müaviyə ilə görüşdükdən sonra təzə bir söz gətirmədi, sadəcə
olaraq Müaviyənin məktubunun sözlərini yenidən təkrar etdi. Silahlı
qiyamçıların göstərdiyi təzyiq Imam (ə)-ı, Quranın hakim olmasını qəbul
etməyə vadar etdi. Buna görə də hər iki tərəfin qariləri iki qoşunun ortasında
toplaşıb Qurana baxdılar və onun hökmünü dirçəltmək qərarına gəldilər,
sonra öz yerlərinə qayıtdılar. Hər iki tərəfdən "biz Quranın hökmünə
razıyıq" - səsləri ucaldı.
3
IKI QAZININ (HƏKƏMEYNIN) SEÇILMƏSI
Aydındır ki, Quranın özü danışmır və Quranı dərk edənlər onu nitqə
gətirməli, ona baxıb Allahın hökmünü çıxarmalıdırlar ki, düşmənçiliyə son
qoyulsun. Bu məqsədlə qərara alındı ki, bir neçə nəfər şamlılardan, bir neçə
nəfər də iraqlılardan seçilsin. Şamlılar Müaviyəyə qeydsiz-şərtsiz tabe idilər.
1
"Vəqətu-Siffeyn", səh.493-494
2
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Tarixi-Təbəri", 6-cı cild, səh.28
3
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə,
səh.28
96
O hər kəsi seçsəydi, ona rəy verəcəkdilər. Hamı da bilirdi ki, o bu fitnənin
əsasını qoyan Əmr Asdan başqa heç kimi seçməyəcək. Yaxşı deyiblər ki,
şamlılar məxluqa itaət etməkdə hamıdan müti, Xaliqə asi olmaqda hamıdan
irəli idilər.
Amma sonralar "xəvaric" adlanan "təzyiq qrupu" Imam (ə)-a iki şeyi
qəbul etdirdilər (onlar sonradan həkəmiyyəti kəbirə günah sayır və onu
qəbul etdiklərinə görə tövbə edirdilər, üstəlik Əli (ə)-dan da "tövbə
etməsini" tələb edirdilər):
1-Həkəmiyyəti qəbul etmək (yəni münaqişəni, hər iki tərəfdən hakim
seçməklə həll etmək);
2-Imam (ə)-ın rəy verdiyi adamları yox, öz istədiklərini seçmək.
Tarixin başdan-başa ibrət dərsi olan bu hissəsini aşağıda qeyd edirik:
Təzyiq qrupu:–Biz həkəmiyyətə Əbu Musanı seçirik.
Imam (ə):–Mən heç vaxt bu işə razı olmaram və ona belə bir haqq
vermərəm!
Təzyiq qrupu:–Biz də ondan qeyrisinə rəy vermirik. Çünki ilk gündən
bizi müharibədən saxlayaraq onu böyük fitnə hesab edən yalnız o idi.
Imam (ə):–Əbu Musa xilafətimin ilk çağlarında məndən ayrıldı və
camaatın mənə kömək etməsinə mane oldu, cəzalandırılmaqdan qorxduğu
üçün də qaçdı. Nəhayət ona aman verdim, o da mənə tərəf qayıtdı. Mən
həkəmiyyətə Ibni Abbası seçirəm.
Təzyiq qrupu:–Biz səninlə Ibni Abbasın arasında heç bir fərq görmürük.
Elə bir adamı seç ki, sənə və Müaviyəyə qarşı eyni fikirdə olsun.
Imam (ə):–Malik Əştəri bu işə seçirəm.
Təzyiq qrupu:–Malik müharibə odunu qızışdırmışdır. Biz də məhz onun
hökmünə ! görə məhkum olunmuşuq.
Imam (ə):–Malikin hökmü nədir ki?
Təzyiq qrupu:–O, camaatı bir-birinin canına salaraq səninlə özünün
istədiyini yeritmək istəyir.
Imam (ə):–Əgər Müaviyə özünə hakim seçməkdə tam azaddırsa, onda
Qüreyşdən olan bir nəfər (Əmr As) qarşısında Qüreyşdən olan bir nəfərdən
(Ibni Abbasdan) başqası münasib deyildir. Siz də onun müqabilində
Əbdüllah Ibni Abbası seçin, çünki Əmr As işə nə qədər düyün vursa, Ibni
Abbas onları açar və o nə qədər düyün açsa, Ibni Abbas onu bağlayar. Ibni
Abbas onun
möhkəmlətdiyi işi süstləşdirər, süstləşdirdiyi işi möhkəmlədər.
Əşəs:–Əmr Asla Əbdüllah Ibni Abbas hər ikisi Müzər qəbiləsindəndir.
Müzərdən olan iki nəfər bir-biri ilə qəzavət etməməlidirlər. Əgər biri
Müzərdən olsa, (Məsələn, Əmr As) ikincisi hökmən yəmənli olmalıdır (Əbu
Musa Əşəri)!
(Heç kəs Əşəsdən bu qanunu haradan çıxardığını soruşmur.)
Imam (ə):–Qorxuram ki, sizin seçdiyiniz yəmənli aldansın, çünki Əmr
As elə bir adamdır ki, öz məqsədinə çatmaqda heç nədən çəkinmir.
Əşəs:–Allaha and olsun, əgər o iki həkəmdən biri yəmənli olsa, hətta
bizim istəyimizin əksinə qəzavət etsə belə, bizim üçün daha yaxşıdır; əgər
hər ikisi Müzər qəbiləsindən olsa, bizim istəyimiz kimi qəzavət etsə də belə,
bizim üçün xoşagəlməzdir.